Skip links

İtaliyada Təhsil Ala Biləcəyiniz 3 Əsas İxtisas

Xaricdə təhsil almaq istəyən tələbə namizədləri üçün İtaliya; tarix, memarlıq və modanın qovuşduğu unikal gözəllik ölkəsi olmaqla yanaşı, Bolonya və Sapienza kimi dünyanın ən qədim universitetlərinə ev sahibliyi edir. Onun mehriban qonaqpərvər insanları, mədəni müxtəlifliyi, hər birinin özünəməxsus xüsusiyyətləri olan Roma, Florensiya, Siena, Boloniya və Milan kimi tələbə şəhərləri və dövlət universitetlərində pulsuz və ya ucuz təhsil almaq imkanı İtaliyanın beynəlxalq təbələlər üçün getdikdə daha da populyar bir hala gətirir. İtaliya ali təhsil sistemi dünyanın ən qədimlərindən biridir və ölkəmizdəki sistemdən fərqli ola bilər. İtaliya universitetlərində təhsil ala bilcəcəyiniz və sistemin nədən ibarət olunduğu haqda öyrənmək üçün məqaləmizi oxumağa davam edin…

İtaliya Ali Təhsil Sistemi Haqqında

İtaliya Avropada “Boloniya Prosesi” adlı ali təhsil islahatına başlayan ilk 4 ölkələrdən biridir və İtaliyada yetişkinlər arasında savadlılıq təxminən 95% təşkil edir. Təxminən 32.000 beynəlxalq tələbə xaricdə təhsil alan və ya bir qurumla əlaqəsi olmayan tələbələr də daxil olmaqla, İtaliyada təhsil alır.

İtaliyada 13 illik ibtidai, orta və lisey təhsilindən sonra tələbələr verdikləri imtahanla universitet təhsilini seçə bilərlər. Universitet təhsili özəl və dövlət statuslu universitetlər olaraq iki əsas qrupa bölünür və əgər təbələr texniki liseydə oxuyublarsa, orta məktəbdə oxuduqları fakültədən yuxarı universitetlərə gedə bilərlər.

Əgər siz nəyi öyrənmək və hansı ixtisasda təhsil almaq istədiklərini dəqiq bilən tələbələrdənsinizsə, məqaləmizi oxumağa davam etməklə və axtarış düyməmizi klikləməklə İtaliyada sizin üçün ən yaxşı tədris proqramını tapacağınıza əminik! Ancaq nə öyrənmək və hansı ixtisasda təhsil almaq istədiyinizdən əmin olmayan bir çox beynəlxalq tələbə kimisinizsə, tək deyilsiniz və tələbələr arasında hansı yola getmək barədə qərarsız olmaq əslində çox yayğındır. Sizə haradan başlamağınız barədə fikir vermək üçün İtaliyada 3 maraq və əsas ixtisaslarını ətraflı izah etdik.

İtaliyada Təhsil Ala Biləcəyiniz 3 Əsas İxtisas

1. Memarlıq

İtaliyada Memarlıq təhsili bütün zamanların ən böyük memarlıq elementlərini öyrənmək üçün əla fürsətdir. İtaliya Forum və Kolizey kimi minlərlə il ərzində qorunan strukturlarla və dünyanın ən heyrətamiz kilsələrindən bzəiləri ilə doludur. Bundan əlavə, Poltecnico di Milano memarlıq üzrə bakalavr proqramı ilə QS World Universities Reputation Ranking-də dünyada 14-cü yerdədir və bu universitet beynəlxalq tələbələrə layiqli təqaüdlər də təklif edir. Əgər memarlıqla maraqlanırsınızsa, mütləq bu universiteti araşdırmalısınız!

2. Tibb

Getdikcə daha çox İtalyan universiteti beynəlxalq tələbələrə İtaliyada tibb dərəcəsi almağa imkan verən tam ingilis dilində tədris olunan tibbi proqramlar təklif etməyə başlayır. Universita degli Studi di Milano kimi bəzi universitetlər Avropa Tibb Doktoru dərəcəi verir ki, məzunlar bütün Avropada tibb sahəsində işləyə bilsinlər.

İtaliyada tibb fakültəsinin ödənişləri, xüsusən ABŞ və Böyük Britaniya ilə müqayisədə, ümumiyyətlə, daha münasibdir. Bununla belə, İtaliyada təhsil haqları sizə bir qədər baha görünsə də, siz həmişə özəl donorlar və İtaliya hökuməti vasitəsilə əldə olunan maliyyə yardımı və təqaüdlər üçün müraciət edə bilərsiniz.

Fizika və Astronomiya

Magistratura proqramlarına gəldikdə isə İtaliyanı keçmək çətindir, çünki onun təhsil sahəsindəki innovasiyaların uzun tarixi İtaliyaya digər ölkələrin rəqabət edə bilməyəcəyi bir miras qoyub. Fizika və Astronomiya üzrə dərəcə ilə birlikdə bu tarixi şərait sizi karyera yarışında həmyaşıdlarınızdan qabaqlayacaq. QS World Universities Reputation Rankings-də 22-ci yerdə olan Roma Sapienza Universitetində və ya Fizika və Astronomiya üzrə dünya 30-cu yerdə olan Piza Universitetində intensiv, tədqiqat yönümlü təhsilinizlə fəxr edəcəksiniz.

Şərh yaz