İtaliyada Təhsil Almaq Üçün Ən Yaxşı Universitetlər
İtaliyada təhsil almaq istəyən tələbələr üçün ölkə; Gözəl məkanı, qeyri-adi zövqləri, möhtəşəm tarixi, gözoxşayan memarlığı, zəngin bədii müxtəlifliyi və mədəniyyəti ilə diqqəti cəlb edir və eyni zamanda, italyan dili bacarıqlarınızı təkmilləşdirə biləcəyiniz İtaliya, sizə təsəvvür edə bilmədiyiniz proqramlarda ingilis dilində təhsil almaq fürsəti təqdim edir. Qlobal miqyasda tanınan universitetləri və təsirli beynəlxalq mühiti, aşağı qiymətli təhsil siyasəti ilə İtaliya universitetləri hər il dünyanın hər yerindən xeyli sayda tələbə kütləsini cəlb edir. Məqaləmizdə sizlər üçün İtaliyada təhsil ala biləcəyiniz ən yaxşı universitetləri araşdırmışıq.
University of Bolonga
1088-ci ildə qurulan, dünyanın ən qədim təhsil müəssisəi kimi tanınan Bolonya Universiteti Nobel mükafatçıları Quglielmo Marconi və Enzo Fermi kimi bir çox Papa, ixtiraçı və mühəndis, Kopernik, Petrarka kimi adlar və Giorgio Armani kimi məşhur modelyerləri yetişdirib. Bu gün Bolonya Universitetində ümumilikdə 85.000 tələbə var, onların 10%-i beynəlxalq; İqtisadiyyat, hüquq, tibb, elm, mühəndislik və memarlıq daxil olmaqla 11 fakültədə təhsil təklif edir. Universitetdə orta illik təhsil haqqı qiyməti 1.960€ təşkil edir və tədris dili həm ingilis, həm də italyan dilində təklif olunur.
Politecnico di Torino
Əgər siz xaricdə mühəndislik, kompüter elmləri və texnologiyaları üzrə təhsil almaq istəyirsinizsə, 1859-cu ildə Turində əsası qoyulan Politecnico di Torino İtaliyanın ən yaxşı universitetləri sırasındadır və bu texniki universitet, mühəndislik tələbələrini karyera imkanları heyran buraxır. İtaliyada xarici tələbələr üçün ingilis dili proqramları təklif edən ilk universitetlər arasında olan Politecnico di Torino tələbələrə avtomobil mühəndisliyi sahəsində Alfa Romeo, Lancia, FİAT kimi şirkətlərdə iş təklif edir. Universitetdə orta illik təhsil haqqı qiyməti 2.600€ təşkil edir.
Polimoda Fashion School
1986-cı ildə əsası qoyulan Polimoda dünyanın ən yaxşı moda məktəblərindən biridir. Bu gün məşhur modelyer Ferruccio Ferragamonun rəhbərlik etdiyi Polimoda İtaliyada xüsusilə moda, dizayn və texnologiya, biznes və idarəetmə, media və kommunikasiya kimi ixtisas sahələrində mühüm mərkəzidir. Universitetin ən yaxşı tərəfi, sənayenin ehtiyaclarına uyğun olaraq tələbələr və peşekarlar üçün verdiyi təlimlər və dünyanın ən yaxşı moda şirkətləri ilə əlaqələri sayəsində məzunlarına təqdim etdiyi iş imkanlarıdır. Universitetdə orta illik təhsil haqqı qiyməti 18.000€ təşkil edir və tədris dili həm ingilis, həm də italyan dilində təklif olunur.
Sapienza Universty of Rome
1303-cü ildə qurulan Sapienza Universiteti İtaliyada təhsil almaq istəyən tələbələr üçün ən çox seçilən dövlət tədqiqat universitetlərindən biridir. Universitet tələbə namizədləri arxeologiya, ətraf mühit, nanotexnologiya, humanitar elmlər və bakalavr və magistr dərəcələri üçün həm ingilis, həm də italyan dilində müxtəlif proqramlar sahələrində apardığı elmi tədqiqatları ilə heyran buraxır. İtaliyanın ən prestijli universitetləri arasında yer alan Sapienza Federico Fellini, Bernardo Bertolucci və Ferzan Özpetek kimi məşhur rejissor və prodüserləri yetişdirmişdir. Universitetdə orta illik təhsil haqqı qiyməti 1.500-2.500€ təşkil edir.
Polytechnic Universty of Milan
1863-cü ildə Milan əsası qoyulan Politecnico di Milano İtaliya universitetləri arasında ən böyük texniki universitetlərdən biridir. Dizayn və memarlıq sahəsində ixtisaslaşan universitet tədqiqat və karyera yönümlü təhsil sistemi ilə heyran buraxır. 100-dən çox ölkədən beynəlxalq tələbələri olan Politecnico di Milano indiyədək Gianfranco Ferre, memar Gio Ponti və Nobel mükafatı laureatı Giulio Natta kimi məşhur modelyerləri yetişdirmişdir. Universitetdə orta illik təhsil haqqı qiyməti 1.800-3.700€ təşkil edir və tədris dili həm ingilis, həm də italyan dilində təklif olunur.