Skip links

İtaliyada Pulsuz Təhsil Ala Biləcəyiniz Təqaüd Proqramları

İtaliya təhsil almaq istəyən tələbələr üçün incəsənət, mədəniyyət və moda mərkəzidir. Xüsusilə incəsənət, dizayn, moda və memarlıq kimi sahələrdə bakalavr və magistr proqramlarına müraciət edən beynəlxalq tələbələrin üstünlük verdiyi universitetlərdə təhsil almaq artıq xəyal deyil! Çünki İtaliya hökuməti və təhsil müəssisələri bununla bağlı əcnəbi tələbələrə müxtəlif təqaüdlər verir. İtaliyada universitetdə təhsil almaq üçün müraciət edə biləcəyiniz bəzi təqaüdləri araşdırdıq!

italiyada bakalavr tehsili

İtaliya Hökuməti Beynəlxalq Tələbə Təqaüdləri

Hər il İtaliya hökuməti vətəndaşlarına və beynəlxalq tələbələrə təqaüdlə təhsil almaq şansı verir və bu təqaüdlər magistratura, doktorantura və tədqiqat, italyan dili və mədəniyyəti, incəsənət-musiqi və rəqs sahələrində bakalavr tələbələri üçün 3, 6 və 9 ay müddətinə verilir. Müraciətlər hər il aprel və may ayları arasında qəbul edilməsinə baxmayaraq, son müraciətlərinizi erkəndən etməyinizi tövsiyə edirik. İtaliyada təqaüdlə təhsil alacaq tələbələr müraciət üçün bəzi şərtlərə cavab verməlidirlər və bu şərtlərdən ən vacibi 18-36 yaş arasında olmaq və namizədlərdən ən azı B2 səviyyəli italyan dili biliyini sertifikatla təqdim etmələri tələb olunur. İngilis dilində təhsil alacaq tələbələr üçün italyan dilini bilmək tələbi yoxdur. İtaliya hökumətinin beynəlxalq tələbə təqaüdləri üçün bu linkdən müraciət edə bilərsiniz.

Invest Your Talent in Italy Təqaüdləri

Bunlar İtaliyada memarlıq, mühəndislik, dizayn, qabaqcıl texnologiyalar, iqtisadiyyat və biznes kimi proqramlar üzrə magistr və doktorantura təhsili almaq istəyən beynəlxalq tələbələr üçün təqaüdlərdir. İtaliya Xarici İşlər və Beynəlxalq Əməkşdalıq Nazirliyi, İtaliya Ticarət Agentliyi, Uni-İtaliya və İtaliya Ticarət Palataları tərəfindən dəstəklənən təqaüdlər İtaliyanın ən nüfuzlu 23 universitetində akademik, texniki və peşekar bacarıqlarınızı təkmilləşdirməyə yönəlib.

Müraciət tələbləri təhsil alınacaq proqram növünə görə dəyişsə də, 3 və ya 4 illik bakalavr dərəcəsi tələb olunur və son tarix hər il fevral ayının sonunda bitir. Təqaüdlər ildə 8.000 € dəyərindədir və 2 illik proqramlarda ikinci il üçün yenilənə bilir. Invest Your Talent in Italy təqaüdləri üçün bu linkdən müraciət edə bilərsiniz.

Bocconi Universiteti Beynəlxalq Tələbə Təqaüdləri

Bocconi Universiteti hüquq üzrə bakalavr və elm magistr proqramlarında təhsil almaq istəyən beynəlxalq tələbələrə ildə 11.500 € – 12.700 € arasında təqaüdlər verir və müraciətlərdə tələbənin akademik göstəriciləri, eləcə də tələbənin iqtisadi şərtləri nəzərə alınır.

Təqaüdlər üçün müraciətlər hər il dekabr-aprel ayları arasında aparılır və magistratura proqramı üçün son müraciət tarixi aprel ayının sonuna qədərdir. Bakalavr proqramlarına da müraciətlər aprel ayına qədər aparılır və dekabr ayından başlayaraq hər il təqaüd üçün müraciət edə bilərsiniz. Universitetin bakalavrmagistr proqramı üçün təqdim etdiyi təqaüdlər üçün müvafiq linklərdən müraciət edə bilərsiniz.

Bolonya Universiteti Beynəlxalq Tələbə Təqaüdləri

Bolonya Universiteti hər il beynəlxalq tələbələrə bakalavr və magistr proqramları üçün təqaüdlər təklif edir və İtaliyada təhsil almaq istəyən tələbələrin ən çox seçdiyi univeritetlərdən biri olan qurumda təqaüdlər iki mərhələdədir.

  1. Unibo Action 1 magistr proqramlarında iştirak etmək istəyən tələbələr üçün təhsil haqqı təqaüdü təklif edir və müraciət üçün son tarix iyun ayına qədərdir.
  2. Unibo Action 2 beynəlxalq tələbələr üçün təhsil təqaüdüdür və müraciət üçün son tarixlər hər il yanvar və mart ayları arasındadır.

Bolonya Universiteti tərəfindən təklif olunan Unibo Action 2 təqaüdünün təhsil haqqı bu il 11.000 € təşkil edir. Təqaüdlər üçün siz 30 yaşda kiçik olmalı və SAT və ya GRE imtahanlarından birini verməlisiniz. Bolonya Universitetinin təqaüdləri üçün bu linkdən müraciət edə bilərsiniz.

Şərh yaz