Skip links

Almaniyada Azərbaycanlı Tələbələrin Ən Çox Seçdiyi 10 Universitet

Bu gün Almaniyanın ən yaxşı universitetləri xarici tələbələri, xüsusən də ingilis dilində bakalavr və magistr proqramları ilə cəlb edərkən, Almaniyada mühəndislik, tibb, elm və iqtisadiyyat kimi ixtisaslar çox populyardır. Bəs, dünyanın ən yaxşı təhsil sistemlərindən birinə malik Almaniyada tələbələr hansı universitetlərində təhsil almağa üstünlük verirlər? Təfərrüatlar məqaləmizdə.

10. Universtiy of Cologno

Köln şəhərində, Amsterdam, Brüssel və Paris kimi Avropa şəhərlərinə qatarla getmək üçün kifayət qədər yaxınlıqlda yerləşən Köln Universiteti beynəlxalq tələbələr arasında məşhur bir yerdir. 1388-ci ilə qədər uzanan uzun tarixi və 45.000-dən çox tələbəsi olan məktəb Almaniyanın ən böyük və ən qədim universitetləri arasındadır. Nobel mükafatı laureatı Kurt Alder, Heinrich Böll və Peter Grünberg kimi görkəmli məzun olanları olan Köln Universitetində xüsusilə kimya və avtomobil sənayesində təcrübə və iş imkanları var.

9. Goethe University Frankfurt

Alman müəllifi Johann Wolfgang von Goethe-nin adını daşıyan Alman Goethe University Frankfurt ölkənin etnik müxtəlifliyi və bank sektorunda təklif etdiyi xaricdə biznes imkanları ilə zəngin olan Frankfurt şəhərində yerləşir. 1914-cü ildə əsası qoyulmuş gənc universitet olan Goethe University Frankfurt Almaniyada universitet təhsili üçün məşhur seçimdir və 45.000-dən çox tələbəsi, xüsusilə xərçəng və transplantasiya tədqiqatları ilə Almaniya şəhərləri arasında Avropanın ən zəngin və maliyyə mərkəzi olan Frankfurtda təhsil almaq istəyirsinizsə, Goethe Universiteti mükəmməl seçim olacaq.

8. University of Freiburg

1457-ci ildə əsası qoyulan Freiburg Universiteti 120 müxtəlif ölkədən 4000-dən çox beynəlxalq tələbənin təhsil aldığı Almaniyanın hökumətə bağlı ən elit təhsil müəssisələrindən biridir. Xüsusilə mühəndislik, tibb və texnologiya kimi ixtisaslarda 11 fakültədə 180 bakalavr və magistr proqramı variantı və reytinqlərdəki uğurları ilə Almaniyanın ən yaxşı 10 universiteti arasındadır. Bundan əlavə, Freiburg Universiteti bütün Aİ və Aİ olmayan tələbələrə pulsuz təhsil təklif edir.

7. Heidelberg Universiteti

Almaniyanın ən füsunkar və tarixi şəhərlərindən biri olan Heydelberqdə 1386-cı ildə qurulan Heidelberg Universiteti Almaniyanın ən qədim universiteti kimi tarixə düşüb. Xarici tələbələr üçün ən çox cəlbedici bir yerə sahib Almaniya şəhərləri arasında olan Heidelberg, yüksək tələbə əhalisi ilə də tanınır. Çünki bu gün 130 ölkədən 5 mindən çox beynəlxalq tələbə qəbul edən və Almaniyanın ən yaxşı universiteti kimi tanınan Heidelberg Universiteti fizika, kimya, astronomiya və molekulyar biologiya kimi ixtisaslarda innovativ tədqiqatları, bakalavr və magistr proqramları ilə diqqət çəkir.

6. Berlin Humboldt Universiteti

Almaniyanın ən çox seçilən universitetləri arasında yer alan Humboldt Universiteti Berlin, Otto von Bismark və Rober Koch kimi görkəmli məzunları ilə tanınır. 1811-ci ildə qurulan Humboldt Universiteti 2012-ci ildə bütün universitetlərin Mükəmməllik Universiteti adına layiq görülüb. Almaniyanın paytaxtı Berlində yerləşən universiteti 32 mindən çox tələbəyə ev sahibliyi edir.

5. Berlin Texniki Universiteti

Qərbi Avropa şəhərləri arasında yaşayış xərclərinin aşağı olması ilə təkcə turistləri deyil, dünyanın hər yerindən gələn tələbələrin də diqqətini çəkən Berlin Texniki Universiteti 1879-cu ildə Almaniyanın paytaxtı Berlində yaradılmışdır və texnologiya sahəsində inkişafın qabaqcıllarındandır. Yüksək səviyyəli mühəndislik proqramları və xaricdə dərəcə qazanmaq üçün tədqiqat və tədris bacarıqlarına malik əla məktəbi ilə tanınan Berlin Texniki Universiteti uğurlu məzunları və alimləri ilə dünyanın hər yerindən tələbələri cəlb edir.

4. RWTH Aachen Universiteti

Ölkənin ən böyük texniki universiteti olan RWTH Aachen Universiteti də ən yaxşılarından biridir. Mühəndislik və xüsusilə dağ-mədən sektoru ilə əlaqələri ilə universitet sənaye sektorlarında möhkəm bir nüfuza malikdir və bakalavrlar üçün iş imkanları ilə diqqət çəkir. RWTH Aachen Universiteti beynəlxalq tələbə əhalisi və xüsusilə dünyanın hər yerindən 10 minə yaxın kampus müxtəlifliyi ilə diqqət cəlb edərkən, Aachen şəhəri qida və kimya sənayesində əhəmiyyətli bir yerə malikdir.

3. Münhen Texniki Universiteti

1868-ci ildə qurulan Münhen Texniki Universiteti Almaniyanın elm və texnologiyaya diqqət yetirən yeganə dövlət universitetidir. Mühəndislik sahəsində zəngin bakalavr və magistr proqramları ilə xüsusilə məşhur olan Münhen Texniki Universiteti innovasiya və sahibkarlıq üçün möhkəm əsaslara malikdir. Çünki məktəbin iki görkəmli məzunu var ki, onların arasında soyuducunun ixtiraçısı Karl fon Linde və dizel mühərrikini kəşf edən Rudolf Dizel də var.

2. Lüdviq Maksimilian Universiteti

Lüdviq Maksimilian Universiteti 34 Nobel mükafatı ilə Almaniyanın ən qədim və ən prestijli universitetlərindən biridir. 1472-ci ildən bu yana təkcə Almaniyanın deyil, Avropanın da ən yaxşı ali təhsil və tədqiqat müəssisəsi kimi uzun illər populyarlığını və nüfuzunu qoruyub saxlayan LMU, ölkənin ikinci ən çox tələbə əhalisi oln Münhen şəhərində yerləşir.

1. Azad Berlin Universiteti

1948-ci ildə yaradılan Azad Berlin Universiteti gənc gəncə yaşına baxmayaraq Almaniyanın ən yaxşı 10 universiteti arasında yer alır. Bunun ən mühüm səbəbləri arasında universitetin diqqət mərkəzində tədqiqatda mükəmməllik olduğunu qeyd etmək lazımdır. Bu gün beynəlxalq universitetlər, tədqiqat mərkəzləri ilə tərəfdaşlığı, işəgötürənlərlə əməkdaşlığı və qadın məzunlar üçün 30% iş imkanları ilə heyran buraxır.

Şərh yaz