Skip links

İtaliyada Təhsil Haqları və Yaşam Xərcləri Nə Qədərdir?

Xaricdə təhsil almaq üçün hansı ölkəni seçəcəyini bilmək bir tələbənin verə biləcəyi ən çətin qərarlardan biridir çünki tələbə büdcəsinə uyğun ölkə tapmaq asan deyil. Avropanın ən gözəl və diqqət çəkən ölkələrindən biri olan İtaliya hər il çoxlu sayda beynəlxalq tələbə cəlb edir və ölkəni yalnız turizm cənnəti kimi görmək ədalətsizlik olardır. Bu gözəl ölkə dünya reytinqlərində yüksək yer tutan İtaliya universitetləri, ingilis dilində tədris olunan proqramların artan siyahısı və srfəli təhsil haqları ilə tələbələrə unikal imkanlar təklif edir. Biz İtaliyada təhsil haqları və yaşayış xərcləri haqqında faydalı məzmun hazırlamışıq ki, bu da sizin qərar vermənizi asanlaşdıracaqdır.

italiyada tehsil

İtaliyada təhsil haqqı qimətləri nə qədərdir?

İlk öncə onu qeyd edək ki İtaliyada pulsuz təhsil yoxdur və Almaniya kimi pulsuz təhsil olmasa da, İtaliyada təhsil digər Avropa ölkələrindən qat-qat ucuzdur. İtaliyada təhsil haqqı hər universitet tərəfindən müəyyən edilir. Bu o deməkdir ki, ödənişlər universitet və dərəcə proqramından asılı olaraq çox dəyişə bilər. Bundan əlavə, İtaliyada magistratura və ya doktorantura proqramları bakalavr proqramlarında daha bahalıdır. Xüsusi xərclər və ödənişlər haqqında daha ətraflı məlumat öyrənmək üçün birbaşa maraqlandığınız universitetlə əlaqə saxlamağınızı tövsiyə edirik.

Orta hesabla, İtaliyanın dövlət universitetlərində təhsil haqqı illik 900-4.000 avro arasında dəyişir. Özəl universitetlərdə və ya biznes məktəblərində isə ödənişlər daha yüksək ola bilər; 6.000 avro ilə 20.000 arasında dəyişiklik göstərə bilər.

İtaliya universitetləri üçün müraciət haqqı varmı?

İtaliya universitetlərində adətən ərizə haqqı yoxdur, lakin seçdiyiniz proqram seçicidirsə, qəbul imtahanı verməli ola bilərsiniz və bu, bir qədər baha başa gələ bilər. Məsələn, tibb dərəcəsi üçün qəbul imtahanları adətən təxminən 25 avro ilə 100 avro arasında dəyişə bilər və bundan əlavə, bəzi dövlət və özəl məktəblər ərizə haqqı tələb edə bilər.

İtaliyada hansı universitetlərdə təhsil haqqı aşağıdır?

  • Politecnico di Milano: 3900€
  • Roma Sapienze Universiteti: 1000€
  • Genova Universiteti: 3000€
  • Siena Universiteti: 1800€
  • Padua Universiteti: 3000€
  • Bolonya Universiteti: 500-3000€

İtaliyada təqaüdlə təhsil almaq mümkündürmü?

İtaliyada təhsil almaq istəyən tələbələr üçün pulsuz və ya çox aşağı ödənişlə təhsil almaq üçün bəzi imkanlar var, ailə gəlirinizdən və ya şəxsi vəziyyətinizdən asılı olaraq, dövlət universitetləri və hökumət tərəfindən təklif olunan müxtəlif növ təqaüdlər mümkündür.

İtaliyada yaşam xərcləri yüksəkdir?

İtaliyada təhsil haqları münasib olsa da, nəzərə alın ki, ödəməli olduğunuz başqa xərclər də var, İtaliyada yaşamaq və təhsil almaq Avropa və dünyanın digər məşhur təhsil yerləri ilə müqayisədə nisbətən sərfəli yaşam xərcləri təklif edir! Beynəlxalq tələbə olaraq İtaliyada yaşamağın qiyməti hansı şəhərdə təhsil aldığınıza və yaşam vərdişlərinizdən asılı olaraq dəyişəcək. Buna uyğun olaraq, yaşam, yemək, nəqliyyat və əyləncə kimi yaşam xərcləri üçün Roma, Milan, Florensiya kimi məşhur şəhərlərdə ayda 750 avro ilə 1400 avro arasında büdcəyə ehtiyacınız olacaq. Bolonya 750 € – 1000 €, Florensiya 85€ -1200 €, Milan və Roma 900-1400 € arasında, Genuya və Neapol kimi İtaliya şəhərləri nisbətən aşağı yaşam xərcləri təklif edir.

Şərh yaz