Skip links

İtaliyada Təhsil Almaq Üçün 5 Səbəb

1. Nüfuzlu Universitetlər

QS World University Reputatuon Rankings-ə əsasən, bir çox İtaliya universiteti akademik nailiyyətləri ilə öndədir və Politecnico di Milano və Universita di Bologna dünyanın ən yaxşı 200 universiteti sırasındadır. Bolonya və Sapienza kimi dünyanın ən qədim universitetlərinə ev sahibliyi edən İtaliyada tam ingiliscə proqramlar təklif edən Universita degli Studi di Milano da iddialı proqramları olan digər universitetlər sırasındadır. Politecnico di Milano bu yaxınlarda mühəndislik və incəsənt proqramları ilə tanınır və mühəndislik və texnologiya fakültələrinə görə dünyada 24-cü olan Princeten Universiteti ilə eyni dərəcəni bölüşür.

2. Beynəlxalq Proqramlar

Tamamilə ingilis dilində tədris olunan dərəcələr və proqramlar İtaliyada getdikcə daha çox yayılır və Romada yerləşən Amerika universiteti olan John Cabot Universiteti kimi innovativ institutlar beynəlxalq tələbələr üçün xaricdə təhsil proqramları təklif edir. The Universita degli studi Milano və Universita Cattolica del Sacro Cuore kimi digər İtaliya universitetlərində də tamamilə və ya qismən ingilis dilində tədris olunan bakalavr və magistr proqramları var. İtaliya həmişə tələbələr üçün xaricdə təhsil varinatları arasında populyar bir ölkə olub və italyan dilini bilməyən tələbələr üçün getdikcə daha əlçatan olur.

3. İtalyan Dili

Xaricdə təhsil alarkən italyan dilini öyrənmək təkcə Roma və ya Milan kimi şəhərləri ziyarət edərkən faydalı olmayacaq, həm də təhsilinizi başa vurduqdan sonra iş tapmaqda sizə kömək edəcək. İşəgötürənlərin xüsusilə biznes, maliyyə, ədəbiyyat və hətta təhsil sahələrində xarici dil biliklərinə böyük əhəmiyyət verməsi bir həqiqətdir. Bəzi İtaliya universitetləri, məsələn, University Bocconi Milan, beynəlxalq tələbələr üçün italyan dili bacarıqlarını təkmilləşdirmək üçün hərtərəfli dil proqramları təklif edir.

4. Mətbəx

İtalyanlar gözəl makaron hazırlamaq, ən yaxşı espressonu hazırlamaq və məhtəşəm şərablar istehsal etmək, dadlı pizzaları tanınan İtaliyada mətbəx fərqli rollar alaraq unikal sənət və əyləncə formasına çevrilmişdir.

5. Tarix

İtaliya Böyük Konstantindən Leonardo da Vinçiyə qədər geniş tərəqqi və yaradıcılıq tarixinə malikdir. Bu ölkəyə təhsil almaq üçün gələn tələbələr məşhur binaları, muzeyləri və sənət əsərlərini ziyarət edərək İtaliyanın görkəmli tarixini ilk əldən təcrübə ilə öyrənə biləcəklər. Bundan əlavə, İtaliyadakı qabaqcıl qatar sistemi böyük şəhərlər arasında səyahəti asanlaşdırır və tələbələrə bir günlük və ya həftə sonu səfərləri zamanı Romadakı Kolesseumu, Venesiyada Teatro La Fenice apre evini və ya Toskanadakı möhtəşəm çimərlikləri ziyarət etməyə imkan verir.

Şərh yaz