Skip links

İtaliya Universitetlərində Təhsil Almaq və Müraciət Prosesi

Universitet və Proqram Seçimi

İtaliya son illərdə beynəlxalq tələbələrinin sayını artırır. Bunun ən mühüm səbəbləri arasında dövlət universitetlərində aşağı ödənişli təhsil, təqaüd imkanları və bakalavr təhsilinin 3 il ərzində başa çatdırılması göstərilir. İtaliyada təhsil almaq istəyən tələbələr üçün təhsil alacaqları dərəcə və Avropa İtiffaqına üzv ölkədə yaşayıb-yaşamamalarından asılı olraq 2 fərqli müraciət prosesi mövcuddur:

  1. Bakalavr: İtaliyada bir universitetdə bakalavr təhsili üçün müraciət edəcək tələbələr ən azı 12 illik orta təhsili bitirməli və orta məktəb diplomuna sahib olmalıdırlar.
  2. Magistratura: İtaliyada magistratura təhsili almaq istəyən tələbələrin ən azı 15 illik təhsili və bakalavr dərəcəsinin olması gözlənilir. Ölkədə magistratura və doktoranturaya müraciətlər bu dərəcələr üzrə tələbə qəbul edən universitetlərin komitələri tərəfindən qiymətləndirilir.

Əgər siz İtaliyada təhsil almaq üçün bakalavr proqramlarına qəbul olmağı düşünürsünüzsə və Aİ tələbəsi deyilsinizsə, müraciət üçün bu tövsiyələrə əməl etməlisiniz;

  • Şəxsi gözləntilərinizə və akademik profilinizə ən uyğun olan universiteti və proqramı seçməyə çalışın.
  • Müraciət mərhələləri, tarixlər, tələb olunan sənədlər və qəbul olunduqdan sonra nə etməli olduğunuz barədə universitetlərin beynəlxalq ofislərindən məlumat alın.
  • Mümkün qədər erkən müraciət edin.

Necə müraciət etməli?

Hər bir universitet sizdən fərqli müraciət prosedurlarını yerinə yetirməyi tələb etsə də, seçdiyiniz proqramlara görə dəyişən testlərdən də keçməli ola bilərsiniz. Bu baxımdan, İtaliyadakı ali təhsil müəssisəsinə müraciət etməzdən əvvəl, lazımi şərtləri və uyğunluğunuzu əvvəlcədən yoxlamaq faydalıdır. Avropa İtiffaqına üzv olmayan ölkələrdə yaşayan tələbələr İtaliyada təhsil almaq üçün İtaliya səfirliyinə və ya İtaliya konsulluğuna müraciət etməlidirlər. Tələbələrin əməl etməli olduğu addımlar aşağıdakılardır;

  • Təhsil almaq istədiyiniz universitetlə əlaqə saxlayaraq uyğunluq və giriş tələblərinizi yoxlayın.
  • Universitet sizin uyğunluğunuzla bağlı rəy bildirdikdən sonra, yaşadığınız ölkədəki İtaliya səfirliyinə və İtaliya konsulluğuna lazımi sənədlərlə ilkin ərizə tələb edin.
  • Konsulluq ilkin müraciətinizi qəbul etdikdən sonra bütün sənədlərinizi sizin adınıza müvafiq univeristetə göndərir.

Unutmayın ki, ərizə üçün tələb olunan bütün sənədlər italyan dilinə tərcümə edilməli və notariat tərəfindən təsdiqlənməlidir.

Tələb olunan sənədlər

  • Loco-da DV-Dichiarazione di Valoro adlı Akademik Uyğunluq və Kvalifikasiya sertifikatı.
  • Öncədən qeydiyyat forması
  • Şəxsiyyət vəsiqəsi və xarici passport ən azı 3 il etibarlı olmalıdır.
  • Bakalavr təhsili üçün orta məktəb diplomu və universitet ərizə forması.
  • Transkript sənədi, niyyət və motivasiya məktubu.
  • İngilis və ya İtalyan dil biliyini təsdiqləyən beynəlxalq sertifikat.
  • İtaliya Təhsil Nazirliyi tibb, memarlıq və baytarlıq kimi ixtisaslarda təhsil alacaq tələbələr mərkəzi imtahanla qəbul edilərkən, mühəndislik və memarlıq kimi dizayna əsaslanan ixtisaslarda təhsil verən universitetlər öz xüsusi qəbul imtahanlarını təşkil edirlər və bu proqramlarda təhsil almaq üçün portfolio.

Tələb olunan dil biliyi

İtaliyada təhsil almaq istəyən tələbələr üçün universitetlər həm ingilis, həm də italyan dillərində təhsil almaq imkanı təqdim edir. İngilis dili təhsil proqramları daha çox dövlət universitetləri və magistratura və doktoranturada təhsil alacaq aspirantlara tətbiq edilir və ingilis dilində təhsil verən universitetlər moda dizaynı, incəsənət və sənaye dizaynı kimi ixstisaslarda təhsil verən özəl universitetlər və ya akademiyalardır.

İtaliyada 200-dən çox ingilis dili ixtisasları olsa da, siz ingilis dil biliyinizi TOEFL və y İELTS kimi beynəlxalq səviyyədə tanınmış testlərlə təsdiqləməlisiniz, əgər orta məktəb təhsilinizi ingilis dilində başa vurmusunuzsa, peşekarlıq imtahanına ehtiyac olmadan birbaşa İtaliya universitetlərinə müraciət mərhələsinə keçə bilərsiniz. İtalyan dilində təhsil almaq istəyən tələbələr isə bu dildə biliklərini sünut etmək üçün öz ölkələrindəki İtalyan Mədəniyyət Mərkəzində keçirilən CİLS adlı yazılı və şifahi imtahan verməlidirlər.

Nə vaxt müraciət etməli?

Aİ üzvü olmayan ölkələrdən İtaliyada təhsil almaq istəyən tələbələr universitetdən təsdiq aldıqdan sonra İtaliyanın Baş Konsulluğundan və ya ölkələrində və şəhərlərində İtaliya səfirliyindən aprel və may aylarında Loco-da DV-Dichiarazione di Valoro adlı Akademik Uyğunluq və Kvalifikasiya formasını tələb etməlidirlər. Müraciətlərindən sonra səfirlik və ya konsulluq İtaliyada təhsil ala biləcək və ya proqramlara qəbulu müəyyən edilən namizədlər üçün qəbul namizədlərinin siyahısını dərc edir. Buna uyğun olaraq qəbul olunanlar italyan dili imtahanı və ya seçdikləri ixtisaslara görə dəyişən qəbul imtahanları haqqında məlumatlandırılır və sentyabr ayında tətbiq olunacaq imtahanlarda iştirak edirlər.

İtaliya universitetlərinə müraciətiniz qəbul olunduqdan sonra əgər Avropa İttifaqına üzv olmayan ölkədən gəlirsinizsə, İtaliyada təhsil almaq üçün ilk növbədə tələbə vizası üçün müraciət etməlisiniz. İtaliyaya addım atdığınız andan 8 gün ərzində şəhərinizdəki yerli polisə yaşayış icazəsi üçün müraciət etməli və universitetə yazılmalısınız.

Şərh yaz