Qiyabi təhsil adi ənənəvi təhsil tərzindən fərqli olaraq kampusa gəlmək məcburiyyətinin olmadığı, dərslərin virtual mühitdə kompüter vasitəsilə keçirildiyi, tələbənin istədiyi vaxt təkrar-təkrar baxa biləcəyi təhsilin adıdır. Qiyabi təhsil tələbə mərkəzli sistemdir. Bütün tələbələrə bərabər imkanlar təqdim edir. O, həmçinin fiziki qüsurlu və onların məktəbə getməsinə mane olan əlilliyi olan insanlar üçün təhsil imkanları təmin edir.
O, həmçinin regional və coğrafi maneələri tamamilə aradan qaldıraraq ənənəvi və formal təhsildən faydalana bilməyən tələbələr üçün ideal təhsil imkanı yaradır. İşləmək məcburiyyətində qalan və təhsilini davam etdirə bilməyən insanlara rahatlıq yaradır, onların təhsil həyatını davam etdirməsinə şərait yaradır. Məlumata asan və sürətli çıxışı təmin edir.
Xaricdə qiyabi təhsilin üstünlükləri
Dünyada geniş yayılmış qiyabi təhsil ölkəmizdə hələ də maraq dairəsində deyil. Bunu səbəbi insanların bu haqda məlumatlarının olmamasıdır. Əslində bu təhsilin bir çox üstünlükləri vardır:
- Evdə oturaraq xarici universitetlərdə təhsil almaq
- Həm oxuyub, həm də işləmək imkanı
- Daha əlverişli və sərfəli təhsil
- Sərbəst təhsil alma sistemi
- Ödənişin kredit sistemi ilə ödəmə şansı
- İşdən sonra və evdə oxuma imkanı
Xaricdə qiyabi təhsil sistemləri
Tələbələr Rusiya, Ukrayna, Türkiyə və s. kimi ölkələrdə qiyabi təhsil ala bilərlər.
Bəzi Avropa ölkələrində qiyabi təhsil almaq mümkün olmur. Buna səbəb vizanın verilməməsidir. Bunun əvəzinə xaricdə distant təhsil almaq olar.
Tələbələr bəzi Avropa ölkələrində 1 il qiyabi magistr dərəcəsində təhsil ala bilərlər. Amma bu çox az hallarda mümkün olur. Ümumiyyətlə Avropa ölkələrində magistratura təhsili 2 ildir. Qiyabi təhsil onlayn keçirildiyinə görə tədris müddətinin necə bitirilməsi tələbədən asılı olur.
Türkiyədə qiyabi təhsil sistemi
Türkiyədə distant təhsil “uzaktan eğitim” adlanaraq, 184 ali təhsil müəssisəsindən 68 universitet uzaktan eğitim təklif etməkdədir. Türkiyədə distant təhsil ilk dəfə 1950-ci ildə Ankara Universiteti Hüquq fakültəsinin işçiləri üçün xidmət işi çərçivəsində tətbiq olunmuşdur. Daha sonralar distant təhsil fəaliyyətləri genişləyərək, 1982-ci ildə Anadolu Universitetində distant təhsilin tətbiqi həyata keçirilməyə başlamışdır. İlk dəfə kompyuter dəstəyi vasitəsi ilə 2000-ci ildə İstanbul Bilgi Universitetinin MBA proqramlarında distant təhsil tətbiq olunmuşdur.
Türkiyə universitetlərində heç bir imtahan vermədən sadəcə attestat və ya bakalavr diplomunuz sayəsində qiyabi təhsil ala bilərsiniz. Smestr imtahanları zamanı, yəni 6 aydan bir Türkiyə dövlətinə gedib imtahanlarda iştirak etməyiniz lazım olacaqdır. Universitetlərdə illik təhsil haqqı qiymətləri isə 2000 tl, yəni 500 manatdan başlayır.
Rusiyada qiyabi təhsil sistemi
Rusiyada qiyabi tehsil zamanı siz ildə iki dəfə olmaqla Rusiyaya gedirsiniz və hər gedişdə 8-20 gün qalıb gələ bilərsiniz. Qiyabi təhsil zamanı hər gedişdə qalacağınız minimal müddət 8 gün təşkil edir. Yox əgər çox qalmaq istəsəniz ayrıca imtahanlardan əlavə keçilən dərslərdədə iştirak etmək istəsəniz 20 günə qədər qala bilərsiniz.
Rusiyada qiyabi tehsil müddəti 4 il ilə 5 il arası dəyişməkdədir.
Siz yalnız attestatla heç bir imtahan vermədən Rusiyada qiyabi təhsil ala bilərsiniz.
Xaricdə qiyabi təhsil üçün ən yaxşı ölkələr
Türkiyə – Türkiyədə qiyabi təhsil, son illərdə geniş yayılan bir təhsil forması olub. Bu təhsil forması tələbələrin kompüter, tablet və ya smartfon kimi internetə bağlanabilən cihazlar vasitəsilə tədris materialını əldə etməsini və interaktiv şəkildə öyrənmələrini təmin edir.
Qiyabi təhsil (uzaqdan təhsil) tələbələrə daha çox imkan və rahatlıq təmin edir. Tələbələr öz tempində və öz vaxtlarında dərsə qatıla bilərlər. Bu, xüsusilə işləyən və ya ailəsi ilə məşğul olan tələbələr üçün yararlıdır.
Rusiya – Rusiyada qiyabi təhsil iki simestrə bölünür (yay və qış).Bu, xarici tələbələr və universitetdən kənarda yaşayan hər kəs üçün əlverişlidir. Dərslərin təşkili: qiyabi təhsil mühazirələr, seminarlar, praktik məşğələlər və tələbələrin müstəqil işlərini əhatə edə bilər. Müstəqil iş üçün materiallar ümumiyyətlə elektron formada və ya uzaq platformalarda verilir.
İmtahanlar və testlər: təhsil müəssisəsindən və proqramından asılı olaraq tələbələr qiyabi imtahan və ya test verə bilərlər. Tədris prosesinin quruluşu: qiyabi təhsil ümumiyyətlə tədris prosesinin daha çevik bir quruluşuna malikdir və tələbələrə vaxtlarını və öyrənmə templərini daha sərbəst planlaşdırmağa imkan verir.
Ukrayna – Qiyabi təhsil sistemini seçən tələbələr arasında Ukraynada davamlı olma imkanı olmayan və eyni zamanda öz ölkəsində işləmək istəyən namizədlər üstünlük təşkil etməkdədir. Ukraynada qiyabi və distant təhsil sisteminə maraq göstərən tələbələr arasında azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə və Özbəkistan tələbələri də üstünlük təşkil edir. Ukraynada distant təhsil bakalavr, magistratura və doktorantura dərəcələri üzrə proqramlar tətbiq oluna bilir.
Tələbələr yalnız ildə 2 dəfə imtahan sessiyası dövründə Ukrayna dövlətinə gəlməli və 2-3 həftə ərzində imtahanları verməlidirlər. Tədris dili isə rus və ya ingilis dillərində təşkil olunur. Təhsil haqqı rəsmi təhsildən aşağı qiymətlərə malikdir. Qiyabi və distant təhsil almaq üçün tələbə vizasına ehtiyac olmadığından dolayı, orada yaşamaq icazəsi almağa da ehtiyac yoxdur.
Avropa – Tələbələr bəzi Avropa ölkələrində 1 il qiyabi magistr dərəcəsində təhsil ala bilərlər. Amma bu çox az hallarda mümkün olur. Ümumiyyətlə Avropa ölkələrində magistratura təhsili 2 ildir. Qiyabi təhsil onlayn keçirildiyinə görə tədris müddətinin necə bitirilməsi tələbədən asılı olur. Bu o demekdir ki, yəni onlayn proqramla 2 illik magistratura təhsilini 1 il oxumaq olar. İngiltərə və Hollandiya universitetlərində qiyabi təhsil daha keyfiyyətlidir.
Xaricdə qiyabi təhsil verən universitetlər
Universitet |
QS Ranking 2024 |
İllik təhsil haqqı |
İstanbul Universiteti |
711-720 |
300 AZN |
Anadolu Universiteti |
1201-1400 |
1900 AZN |
Atatürk Universiteti |
1401+ |
420 USD |
Rusiya Xalqlar Dostluğu Universiteti
|
342 |
90000-180000 rubl |
Böyük Pyotrun Sankt-Peterburq Politexnik Universiteti |
534 |
200000-250000 rubl |
Kazan (Volqa) Federal Universiteti |
396 |
150000 + rubl |
Xaricdə qiyabi təhsil ixtisasları
İxtisas |
Müddəti |
Ortalama Xərc |
MBA |
1-2 illik proqram |
$300 – $1200 |
Kompüter elmləri |
2-4 illik proqram |
$200 – $6000 |
Tibb |
4-6 illik proqram |
$400 – $1500 |
Təbiət elmləri |
2-5 illik proqram |
$150 – $5000 |
Beynəlxalq Elmlər |
1-3 illik proqram |
$150 – $4000 |
Mühəndislik |
3-5 illik proqram |
$200 – $8000 |
Yenilənən Enerji |
2-4 illik proqram |
$150 – $5000 |
Psixologiya |
2-6 illik proqram |
$200 – $6000 |
Data Elmləri |
1-3 illik proqram |
$150 – $5000 |
Süni İntellekt |
1-4 illik proqram |
$200 – $7000 |
Fashion Design |
2-4 illik proqram |
$150 – $5000 |
Beynəlxalq biznes |
1-3 illik proqram |
$200 – $6000 |
Memarlıq |
3-6 illik proqram |
$200 – $8000 |
Xaricdə qiyabi təhsil proqramları
Universitet |
Proqram |
Təhsil Haqqı |
Müddəti |
Türkiyə |
|
|
|
İstanbul Universiteti |
Biznes |
$1000 – $2000 |
4 il |
Anadolu Universiteti |
Kompütet elmləri |
$1500 – $2500 |
2 il |
Atatürk Universiteti |
İqtisadiyyat |
$800 – $1500 |
6 il |
Rusiya |
|
|
|
Lomonosov Moscow Universiteti |
Beynəlxalq münasibətlər |
$200 – $700 |
4 il |
Bauman Moscow Texnologiya Universiteti |
Mühəndislik |
$300 – $800 |
5 il |
Saint Petersburg State Universiteti |
Fizika |
$200 – $600 |
3 il |
Ukrayna |
|
|
|
Kyiv National Universiteti |
Data Elmləri |
$200 – $500 |
2 il |
Lviv Polytechnic National Universiteti |
Təbiət elmləri |
$150 – $400 |
2 il |
National Medical Universiteti of Ukraine |
Diş həkimliyi |
$400 – $800 |
5 il |
Polşa |
|
|
|
Warsaw Universiteti |
Süni intellekt |
$400 – $1000 |
2 il |
Jagiellonian Universiteti |
Psixologiya |
$300 – $800 |
3 il |
Wroclaw Polytechnic Universiteti |
Memarlıq |
$500 – $1200 |
3 il |
Bizim Xidmətlərimiz