Skip links

İtaliyada Magistr Təhsili Almaq Üçün Qəbul Tələbləri və Ödənişlər

İtaliya illərdir universitet təhsili və magistratura imkanları baxımından Avropanın ən qabaqcıl ölkələrindən biridir. Avropanın ən böyük universiteti olan Sapienza di Roma Universitetinin yerləşdiyi İtaliyada dünyanın ən yaxşı texniki universitetləri və incəsənət universitetləri olaraq görülən Politecnico Milano, İnstituto Marangoni, NABA və Turin kimi dövlət universitetlər idə ciddi populyarlıq qazanmışdır. İtaliyada magistr təhsili xüsusilə dövlət universitetlərində çox əlverişli imkanlarla təklif olunur və beynəlxalq tələbələr arasında çox populyardır.

İtaliyada Magistr Təhsil Sistemi və Müddəti

İtaliyada magistr təhsili adətən 2 il davam edir və bəzi proqramlarda 10 aydan 12 aya qədər olan xüsusi proqramlar ola bilər. Bununla yanaşı, İtaliyada ingilis dilində dərs tədris edən bir çox universitetlərin və ixtisasların olmasına baxmayaraq, təəssüf ki, İtaliyada hazırlıq təhsili variantı yoxdur. İtaliyada tədris dili ümumilikdə italyan olsa da, xarici tələbələr üçün həm bakalavr, həm də magistratura tələbələri üçün ingilis dili proqram variantları təklif olunur.

İtaliyada tədris ili sentyabr-oktyabr aylarında başlayır və yanvarda başa çatır, ikinci semestr isə fevral-iyul aylarında davam edir. Universitetlərin magistratura proqramlarına müraciətləri universitet və ixtisasa görə dəyişsə də, dekabr-yanvar aylarında edilir.

italiyada teqaudlu tehsil

İtaliya Universitetlərin Magistratura Ödənişləri

İtaliyada magistr təhsili adətən dövlət universitetlərində olduqca münasibdir və təhsil alacaq tələbələrin təhsil büdcəsi ildə 1.000 ilə 4.000 € arasında dəyişir, yaşam xərcləri isə şəhərlərə görə dəyişir. Ümumiyyətlə, yaşayış xərcləri üçün ayda 400-800€ geniş diapazon müəyyən edilir, yemək xərcləri üçün isə ayda 300-600€ qiymət təyin oluna bilər. Magistratura proqramlarında təhsil almaq üçün universitetlərin illik təhsil haqqına gəldikdə isə, Politecnico di Milano 900-3.900€, Universita di Bologno 2.400€, Sapienza di Roma 1.600-2.924€, Universita di Pisa 2.556€, University of Toronto 1.000-6.500€ və Universita di Padua 2.529-2.622€ arasında dəyişir.

İtaliyanın ən bahalı şəhərləri arasında Roma, Milan, Florensiya və Venesiya kimi şəhərləri göstərə bilərik. Pisa, Padova və Trento kimi nümunələrin qiymət baxımından daha münasib olduğunu söyləmək olar. Hər halda, tələbələr üçün əlverişli həyat imkanı təklif olunur və birgə mənzil seçə bilsəniz də, yemək və içki və adətən universitet daxilində təklif olunan bir çox digər xidmətlər daha sərfəli olur.

İtaliya Universitetlərində Magistr Proqramlarına Qəbul Proseduru

İtaliyada magistr təhsili almaq istəyən tələbə namizədlərin unutmaması lazım olan ən vacib amil viza prosesi və akkreditasiyalardır. Tələbə namizədlərdən sənədlərini konsulluğa və ya konsulluq əməkdaşına aparmalı, diplom və və transkrip sənədinin təsdiqini almalı və daha sonra viza proseduru üçün müraciət etməlidir. Bakalavr proqramlarından fərqli olaraq, bir çox magistr proqramları üçün ölkə miqyasinda universitetlər tərəfindən tələbələ namizədlərin qəbul prosesində heç bir imtahan nəticəsi tələb olumur.

İtaliyada Magistr Proqramları Üçün Qəbul və Müraciət Tələbləri

İtaliya universitetləri tələbə namizədlərin qəbulu prosesində magistr proqramları üçün bəzi ixtisaslara xas tələblər təklif edə bilər və bu tələblər adətən GPA, dil biliyi, motivasiya və niyət məktubları, iş təcrübəsi, referanslar və şəxsi sənədləri əhatə edir. İtaliyada magistr proqramları üçün qəbul və müraciət tələbləri tələbə namizədlərin qəbul olmaq istədikləri universitet və ixtisasdan asılı olaraq dəyişsə də, ümumi olaraq aşağıdakı göstərici və sənədlər tələb olunur;

  • İtaliyanın ən yaxşı və reytinqli universitetlərinin magistr proqramlarında təhsil almaq üçün tələbə namizədləri İELTS imtahanında ən azı 6.5 bal toplamalıdırlar.
  • GPA və GPA nəticəsnin mümkün qədər 2.5 baldan yuxarı olması tövsiyə olunur, çünki GPA balınız nə qədər yüksək olarsa, magistr proqramlarına qəbul olmaq şansınız da bir o qədər yüksək olacaqdır.
  • MBA proqramlarına qəbul olmaq istəyən tələbə namizədlərin minimum 2 il iş təcrübəsinə sahib olması tələb olunur.
  • CV və ərizə forması
  • Yüksək səviyyəli Portfolioya sahib olmaq incəsənət və ya memarlıq təhsili almaq istəyən tələbə namizədlər üçün ən vacib məsələlərdən biridir. Tələbə namizədlərindən yüksək səviyyəli portfolio və bədii görmə qabiliyyəti tələb olunur.

Şərh yaz