Skip links

İtaliyada Bakalavr Təhsili Almaq

Aralıq dənizinin göbəyində yerləşən İtaliya, Roma İmperiyasından bəri köklü tarixi, elm və sənət sahələrindəki yenilikləri və ixtiraları ilə keçmişdən bu günə adından söz etdirməyi bacaran möhtəşəm gözəllik ölkəsidir. YUNESKO-nun Ümumdünya İrs siyahısındakı 51 yerlə mədəni zənginliyini gücləndirən İtaliya, xaricdə təhsil almaq və karyera qurmaq istəyən beynəlxaql tələbələr üçün ilk seçim olan dünyanın ən qədim və ən keyfiyyətli təhsil müəssisələrinə ev sahibliyi edir. Gəlin, İtaliyada ali təhsil sistemi və bakalavr təhsili almaq haqqında ətraflı məlumatları nəzərdən keçirək!

İtaliyada Ali Təhsil Sistemi

İtaliya Avropada “Boloniya Prosesi” adlı ali təhsil islahatına başlayan ilk 4 ölkələrdən biridir və İtaliyada yetişkinlər arasında savadlılıq səviyyəsi təxminən 95% təşkil edir. Təxminən 32.000 beynəlxalq tələbə xaricdə təhsil alan və ya bir qurumla əlaqəsi olmayan tələbələr də daxil olmaqla, İtaliyada təhsil alır.

italiyada tehsil

İtaliyada 13 illik ibtidai orta və lisey təhsilindən sonra tələbələr verdikləri imtahanla universitet təhsilini seçə bilərlər. Universitet təhsili özəl və dövlət statuslu universitetlər olaraq iki əsas qrupa bölünür və əgər tələbələr texniki liseydə oxuyublarsa, orta məktəbdə oxuduqları fakültədən yuxarı universitetlərə gedə bilərlər. İtaliyadakı universitet təhsili Azərbaycandakı universitet təhsil sisteminə çox bənzəsə də, onu əsasən 3 kateqoriyaya bölmək olar:

  • Bakalavr Səviyyəsində Təhsil (Laurea Triennale)
  • Magistratura Səviyyəsində Təhsil (Laurea Magistrale)
  • Doktorantura Səviyyəsində Təhsil (Dottorato di Ricerca)

Bakalavr Səviyyəsində Təhsil (Laurea Triennale)

İtaliyadakı universitet təhsil sisteminə görə, bakalavr səviyyəsinin məqsədi tələbələr ümumi metod və elmi məzmun haqqında kifayət qədər biliklər əldə etmək imkanı verməkdir. Ümumiyyətlə, İtaliyada təhsil sistemində bakalavr proqramları 3 il davam edir və tələbələr orta məktəb diplomları və ya başqa ölkədən İtaliyada etibarlı olan ixtisas sənədləri varsa, istənilən ixtisasa qəbul ola bilərlər. Alınacaq bu dərəcə sertifikatı 1999-cu ildə Bolonyada bildirildiyi kimi, Avropa universitet sistemində Elm Bakalavr dərəcəsinə uyğundur.

İtaliyada təhsil ala biləcəyiniz ixtisaslar

  • Tibb
  • Mühəndislik
  • Memarlıq
  • Stomatologiya
  • Psixologiya
  • Moda dizaynı
  • Siyasi elm
  • Beynəlxalq münasibətlər
  • Biznes
  • İqtisadiyyat
  • İnformasiya texnologiyaları

İtaliyada təhsil ala biləcəyiniz ən yaxşı universitetlər

  • Politecnico Di Torino
  • Politecnico Di Milano
  • Bolonya Universiteti
  • Roma Sapienza Universiteti
  • Roma Tor Vergata Universiteti
  • Milan Universiteti
  • Milan-Bicocca Universiteti
  • Bocconi Universiteti
  • Padova Universiteti
  • Pavia Universiteti
  • Venesiya Universiteti Ca’Foscari
  • Florensiya Universiteti
  • Piza Universiteti
  • Siena Universiteti
  • Neapol Luici Vanvitelli Universiteti
  • Neopol Federico II Universiteti
  • Genova Universiteti
  • Turin Universiteti

Şərh yaz