Skip links

Almaniyada Bakalavr Təhsili Almaq

Xaricdə təhsil almağı düşünən tələbələr üçün Almaniya bakalavr və magistr pillələrində, xüsusən də mühəndislik, informatika və riyaziyyat sahələrində təhsil almaq istəyənlər üçün ən çox üstünlük verilən ölkələrdən biridir. Berlin, Münhen, Hamburq və Ştutqart kimi müasir və tarixi şəhərləri ilə diqqət çəkən Almaniyada universitetdə təhsil almaq istəyən tələbələr üçün çoxlu alman və ingilis dili proqramları mövcuddur. Möhtəşəm təbiəti, açıq hava fəaliyyətləri, xizək kurortları, səhnə şouları və moda həftələri ilə diqqət çəkən Almaniya ali təhsil sistemi haqqında və universitetlərdə bakalavr təhsili haqqında məlumatları sizlər üçün araşdırdıq!

almaniyada tehsil sistemi

Almaniya Ali Təhsil Sistemi

Avropa İttifaqı ölkələrinin təşəbbüsü ilə ali təhsilin standartlaşdırılmasını təmin etmək, eyni zamanda çağın gözləntilərinə uyğun nəsil yetişdirmək məqsədilə “Bolonya Prosesi” adlanan Avropa Ali Təhsil Bölgəsinin qurucu üzvlərindən biri olan Almaniyada yüksək ixtisaslı ali təhsilə malik olan tələbələrin diplomları qeyd olunan müqaviləyə uyğun olaraq, Avropa İttifaqına üzv ölkələrdən bərabər qəbul edilir və tibb təhsili xaricindəki sahələrdə bakalvr təhsili 3 il, magistratura təhsili isə 2 il davam edir. Hər tədris ilinin 2 semstrə bölündüyü Almaniyada ölkəmizdən fərqli olaraq, hər iki semestrdə universitetlərə müraciət oluna və təhsilə başlana bilər.

Almaniya universitetlərində tətbiq edilən qiymətləndirmə sistemində ən yüksək sistemində ən yüksək qiymət 1, ən aşağı qiymət isə 4 olaraq müəyyən edilib ki, bu da ölkəmizdəki qiymətləndirmə sisteminin tam əksidir. Almaniyanın ali təhsil sistemində iki tip universitet mövcuddur; daha çox nəzəri təhsilin verildiyi “Universitat” adlı elmi tədqiqat yönümlü universitetlər və daha çox tətbiqi təhsilin verildiyi “Fanchhochschule” adlanan tətbiqi elmlər universitetləri var.

Almaniyada Bakalavr Təhsili Almaq

Tədqiqat yönümlü, hər sahədə təhsil ala biləcəyiniz universitetlərdə təhsil nəzəri cəhətdən əsaslandırılır və daha çox elmi tədqiqat yönümlü olur. Bu universitetlərə daha çox nəzəri elmlər üzrə təhsil almaq və akademik karyera qurmaq istəyən yüksək nailiyyətləri olan tələbələr üstünlük verirlər. Təcrübə yönümlü universitetlərdə isə təhsilin əsasını praktikaya yönəlmiş proqramlar təşkil edir. Bu universitetlərdə təhsil alan tələbələr elmi-tədqiqat yönümlü universitetlərə nisbətən daha çox təcrübə keçir və nəzəri təhsillə yanaşı, peşekar bilik və bacarıqlarını peşekar həyatda inkişaf etdirmək imkanı əldə edirlər.

Almaniyada Bakalavr Təhsili Ala Biləcəyiniz İxtisaslar

Almaniyada xaricdən və ölkə daxilindən ən çox seçilən ixtisasları aşağıdakı kimi sadalaya bilərik:

  • Biznes
  • İqtisadiyyat
  • Beynəlxalq münasibətlər
  • Mexanika mühəndisliyi
  • Sənaye mühəndisliyi
  • Kompyuter mühəndisliyi
  • Elektrik elektronika mühəndisliyi
  • Avtomobil mühəndisliyi
  • Aviasiya mühəndisliyi

Son illərdə artan tələblər arasında material mühəndisliyi və bərpa olunan enerji kimi ixtisas sahələri də beynəlxalq tələbatdadır və xarici tələbələr tərəfindən ən çox seçilən və müraciət olunan ixtisas sahələrindən biridir. Mühəndislik sahəsində çox parlaq gələcəyə malik olan nanotexnologiya, həmçinin mexatronika kimi bölmələr Almaniyada ən çox seçilən və getdikdə daha çox universitetdə təklif olunan ixtisaslar sırasındadır.

Almaniyada Bakalavr Təhsili Ala Biləcəyiniz Universitetlər

Almaniyada xaricdən və ölkə daxilindən ən çox seçilən universitetləri və Almaniyanın ən yaxşı 10 universitetini aşağıdakı kimi sadalaya bilərik:

  1. Mühnen Texniki Universiteti
  2. Münhen Ludwig-Maximilians Universiteti
  3. Heidelberg Ruprecht-Karls Universiteti
  4. Karlsrue Texnologiy İnstitutu
  5. Berlin Humboldt Universiteti
  6. RWTH Aachen Universiteti
  7. Freiburg Albert-Ludwigs Universiteti
  8. Berlin Texniki Universiteti
  9. Tübingen Eberhard Karls Universiteti
  10. Azad Berlin Universiteti

Almaniyanın dövlət universitetlərində tədris dilinin alman dili olmasına baxmayaraq, alman dilindən başqa ingilis dilində də təhsil verən proqramlar və universitet sayı kifayət qədərdir, Almaniyada ingilis dili əsaslı təhsil almaq istəyirsinizsə, özəl universitetlər seçə bilərsiniz və bunun üçün də universitetlər tərəfindən ingilis dil biliklərinizi təsdiqləyən İELTS sertifikatı tələb olunur. Bundan başqa, Almaniyada ingilis dilli proqramlarda bakalavr təhsili almaq üçün İELTS-dən ən azı 6.0 bal toplamalı və bu sənədi təhsil alamq istədiyiniz ali təhsil müəssisəsinə təqdim etdikdən sonra siz birbaşa bakalavr təhsilinizə başlaya bilərsiniz.

Yox əgər, Almaniyada bakalavr təhsilinizə alman dilində başlamaq istəyirsinizsə, bunun üçün alman dil səviyyəniz təhsil ala biləcək səviyyədə olmalıdır və alman universitetləri ən azı C1 səviyyəli alman dili tələb edir. Müraciət etidiyniz universitetin qəbul etdiyi Alman Sertifikatı ilə dil səviyyənizi sübut etməlisiniz və hər bir universitetin qəbul etdiyi Alman Sertifikatı fərqli olsa da, TestDaf, Goethe, ÖSD və TELC kimi beynəlxalq səviyyədə tanınan sertifikatlar əsasən qəbul edilir.

Şərh yaz