Skip links

Almaniyada Tələbələr Üçün Pulsuz Universitetlər

Almaniyada təhsil almağı düşünürsünüz? Bəs, ölkədəki dövlət universitetlərinin dünyanın hər yerindən gələn tələbələrə pulsuz təhsil verdiyini bilirsinizmi?

Dünyanın ən yaxşı universitetlərində pulsuz təhsil almaq istəyirsinizsə, Almaniya sizin üçün mükəmməl seçim olacaqdır, çünki Almaniyada pulsuz təhsil təkcə Almaniya vətəndaşlarına və ya Aİ üzv ölkələrindən olanlara deyil, bütün beynəlxalq tələbələrə təklif olunur. Üstəlik, Almaniyada təhsil haqqı əvəzinə hər semestr üçün təxminən 200-300 avro məbləğində təqaüd verilir və bu qeydiyyat haqlarının məbləği adətən universitet və proqramdan asılıdır.

Universitet həmçinin, semestr haqları, tələbə avtobusu biletləri, tələbə kafeləri və digər inzibati ödənişlər kimi kiçik xərcləri qarşılamağa kömək edir. Bundan əlavə, Almaniyanın 200-dən çox universiteti alman dilini bilməyən əcnəbi tələbələrə ingilis dilində 2000-dən çox pulsuz bakalavr və ya magistr proqramı təklif edir. Əgər siz Almaniyada təhsil haqqı ödəmədən pulsuz təhsil almaq istəyirsinizsə, biz sizin üçün ən yaxşı universitetlər və təqaüd imkanları haqqında ətraflı məlumat hazırlamışıq.

Free University of Berlin

Adı kimi təhsildə pulsuz olan Free University of Berlin 1948-ci ildə Soyuq Müharibə dövründə Almaniyada qurulan dövlət universitetidir. Almaniyanın paytaxtı Berlinin düz mərkəzində yerləşən universitet ingilis dilində biokimyadan qlobal tarixə, fəlsəfədən siyasətə qədər geniş çeşiddə dərəcə proqramları təklif edir.

Free University of Berlin bütün dünyadan olan tələbələrə Deutschlandstipendium təqaüd proqramı ilə onların təhsillərinə tam diqqət yetirmələrini təmin edir və proqram istedadlı tələbələri ayda 300 avro ilə dəstəkləsə də, tələbələr bakalavr proqramına başlamaq üçün universitetə daxil olmalı və ya qəbul məktubu almalıdırlar. Free University of Berlin dünyanın ən yaxşı universitetləri arasında 127-ci, Almaniyada isə 4-cü sırada yer alır. Universitetin beynəlxalq tələbə namizədlərinə təklif etdiyi təqaüd proqramına müraciət etmək üçün bu linkə daxil ola bilərsiniz.

Technical University of Munich

Almaniyanın ən yaxşı universitetləri reytinqində ilk 5-də yer alan Technical University of Munich 1868-ci ildə təsis edilmişdir. Tədqiqat keyfiyyəti və mükəmməl təhsili ilə 17 Nobel mükafatı laureatı almış Technical University of Munich Almaniyada, xüsusən də STEM sahələrində pulsuz universitet axtaran tələbə namizədləri üçün əla seçimdir. Technical University of Munich dünyanın ən yaxşı universitetləri arasında 50-ci, Almaniyada isə 1-ci sırada yer alır.

Münhendə əsas kampusu və Heilbronn, Freising, Garching-də yerləşən filialları ilə yanaşı Sinqapurda da filialı var və universitet tələbələrdən 62 avro ilə 144 avro arasında dəyişən semestr haqqı alır. Eyni zamanda, TUM tələbələr üçün geniş çeşiddə təqaüd proqramları da təklif edir və maliyyə dəstəyi üçün universitetin təqaüd səhifəsinə buradan daxil ola bilərsiniz.

  • Beynəlxalq Tələbə Təqaüdü: Hazırda qeydiyyatdan keçmiş bakalavr tələbələrinə hər semestrdə 500 avro ilə 10,500 avro arasında birdəfəlik maliyyə yardımı təklif edir.
  • Oskar Karl Forster Təqaüdü: TUM-da ən azı iki il bitirmiş bakalavr və magistr tələbələri üçün 100 ilə 500 avro arasında kitablar və tədris materialları üçün stipendiyalar təklif edir. O, həmçinin 100-400 € arasında dissertasiya çapı üçün stipendiyalar verir.

Ludwig Maximilian Munich University

Almaniyanın ikinci ən böyük universiteti olan Ludwig Maximilian Munich University 1472-ci ilə aid tarixi ilə Avropanın aparıcı tədqiqat universitetlərindən biri kimi tanınır. Almaniyanın ən yaxşı tələbə şəhərlərindən biri olan olan Münhendə yaradılmış universitet 50 mindən çox tələbə əhalisi və 40-dan çox nobel mükafatı ilə təhsil və tədqiqat sahəsində dünya lideridir. Dövlət universiteti olaraq, LMU həm yerli, həm də beynəlxalq tələbələrə hüquqdan tutmuş iqtisadiyyat və biznesə qədər 20 faükltə ilə pulsuz təhsil təklif edir. Ludwig Maximilian Munich University dünyanın ən yaxşı universitetləri arasında 64-cü, Almaniyada isə 3-cü sırada yer alır.

LMU əksər bakalavr dərəcəsi proqramları üçün təhsil haqqı tələb etmir, lakin siz hər semestr üçün 200 € ödəməlisiniz. Eyni zamanda, universitet beynəlxalq tələbələr, PhD namizədləri və tədqiqatçılar üçün zəngin maliyyə dəstəyi təklif edir.

Humboldt University Berlin

Humboldt University Berlin 1810-cu ildə Almaniyanın paytaxtı Berlində yaradılmış ictimai tədqiqat universitetidir. Almaniyada təbiət elmləri, incəsənət və humanitar elmləri əhatə edən geniş bakalavr və magistr proqramları ilə məşhur olan Humboldt Universiteti dünyanın ən yaxşı universitetləri sırasındadır və pdənişsiz təhsili ilə tələbələr üçün üstünlük təşkil edir və universitetdə təhsil almaq üçün təxminən 300 avroluq bir semestr haqqını ödəmək kifayət edəcəkdir. Humboldt University Berlin həmçinin tələbələrə maliyyə və ya intellektual dəstək verən bir sıra təqaüd proqramlarına malikdir. Təqaüd ərizəsi üçün tələbləri bu linkdən yoxlaya bilərsiniz.

Şərh yaz