Skip links

Almaniyada Bakalavr Təhsili Almaq Üçün Tələb Olunanlar

Hər il artan beynəlxalq tələbələrin sayı ilə Almaniya dünyanın ən yaxşı beynəlxalq təhsil ölkələrindən biri kimi seçilir, çünki Almaniya universitetləri yüksək təhsil standartları və dünya reytinqləri ilə əncəbi tələbələr üçün əla şərait yaradır. Bunların arasında dövlət universitetlərində təhsil haqlarının aşağı olması, tədqiqat imkanları, universitetdə təhsil alan tələbələrin sayı və xaricdə iş imkanları böyük əhəmiyyət kəsb edir. Bəs, dünyanın ən yaxşı təhsil sistemlərindən birində malik Almaniyada tələbələrdə bakalavr proqramlarına müraciətlərində hansı sənədlər tələb olunur və müraciət prosesi necədir?

Bakalavr proqramlarına müraciət üçün hansı sənədlər tələb olunur?

Almaniyada universitetə müraciət etməyi düşünən tələbələr bir neçə vacib addıma diqqət yetirməlidirlər və bunlardan ən vacibi isə erkən müraciətdir. Çünki ölkədə akademik dövr qış və yaya bölünərkən; qış dövrü sentyabr-fevral aylarında, yay mövsümü isə mart-avqust aylarında bitir. Qış semestrinə müraciət edəcək tələbə namizədlərin sənədlərini iyulun 15-dək tamamlaması, yay semestrində isə yanvarın 15-nə kimi qeydiyyatdan keçməsi faydalıdır. Almaniya universitetlərinin bakalvr proqramlarında təhsil almaq istəyən tələbə namizədlərindən müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır;

  • Bitirdiyiniz müəssisənin orta məktəb diplomu
  • Müraciət etdiyiniz universitetə yazılan niyyət məktubu
  • İngilis və ya alman dil biliyi sertifikatı, ümumiyyətlə, ingilis dilindən TOEFL 550 və ya İELTS 6.5 imtahan nəticələri Almaniyada universitet ərizələri üçün kifayətdir. Bununla belə, bəzi universitetlər və proqramlar sizdən alman dil biliyinizi sübut etməyi tələb edir, bu halda sizə lazım olan şey TestDaf (universitetə qəbul alman dili imtahanı) və ya DSH (xarici dil tesi olaraq alman dili) bilik sənədlərinin olmasıdır.

Bakalavr proqramları üçün universitetlərə müraciət prosedurları

Almaniyada universitetə müraciət edəcək tələbələr bütün universitetləri əhatə edən Alman Akademik Mübadilə Xidməti olan DAAD tərəfindən idarə olunan beynəlxalq tələbələr üçün mərkəzi qəbul portalı vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, tələbə namizədləri universitetlərin rəsmi saytlarından yararlana bilərlər. Son qeydiyyat üçün müraciət tarixləri qurumlar arasında fərqli olsa da, hər bir qurum öz proqramları daxilində fərqli tarixlər və sənədlər tələb edə bilər və buna görə də, universitetlərin internet saytlarını yoxlamağı unutmayın!

Eyni zamanda, qarşılaşa biləcəyiniz problemləri nəzərə alaraq, çatışmayan sənədlər, düzəlişlər və əlavələr üçün özünüzə vaxt vermək üçün ən azı 6 həftə əvvəl müraciət etməyinizi tövsiyə edirik. Müraciət müddəti bitdikdən sonra qurumlar bir və ya iki ay ərzində cavab verirlər. Qeyd edək ki, qəbul üçün ilk tələb olunan sənədlərin notarial qaydada təsdiqlənməsi, alman dilinə tərcümə edilməsi və tam olmasıdır!

Şərh yaz