Skip links

Almaniya Ali Təhsil Sistemi

Avropanın mərkəzində yerləşən və dünyanın ən texnoloji cəhətdən inkişaf etmiş ölkələrindən biri olan Almaniya, münasib təhsil haqqı ilə tələbələrə əlaə təhsil təklig edir. Bu maraqlı şəhərdə təhsilinizi planlaşdırmağa başlamazdan əvvəl Almaniya ali təhsil sisteminin strukturunu və mədəniyyətini başa düşməyiniz üçün aşağıdakı əsas məqamları ətraflı izah etdik..

Almaniya Ali Təhsil Sistemi

Avropa İttifaqı ölkələrinin təşəbbüsü ilə ali təhsilin standartlaşdırılmasını təmin etmək, eyni zamanda çağın gözləntilərinə uyğun nəsil yetişdirmək məqsədilə “Boloniya Prosesi” adlanan Avropa Ali Təhsil Bölgəsinin qurucu üzvlərindən biri olan Almaniyada yüksək ixtisaslı ali təhsilə malik olan tələbələrin diplomları qeyd olunan müqaviləyə uyğun olaraq, Avropa İttifaqına üzv ölkələrdən bərabər qəbul edilir və tibb təhsili xaricindəki sahələrdə bakalavr təhsili 3 il, magistratura təhsili isə 2 il davam edir. Hər tədris ilinin 2 semestrə bölündüyü Almaniyada ölkəmizdən fərqli olaraq, hər iki semestrdə universitetlərə müraciət oluna və təhsilə başlana bilər.

Almaniya universitetlərində tətbiq edilən qiymətləndirmə sistemində ən yüksək sistemində ən yüksək qiymət 1, ən aşağı qiymət isə 4 olaraq müəyyən edilib ki, bu da ölkəmizdəki qiymətləndirmə sisteminin tam əksidir. Almaniyanın ali təhsil sistemində iki tip universitet mövcuddur: daha çox nəzəri təhsilin verildiyi “Universitat” adlı elmi tədqiqat yönümlü universitetlər və daha çox tətbiqi təhsilin verildiyi “Fachhochschule” adlanan tətbiqi elmlər universitetləri var.

Bakalavr Təhsili

Tədqiqat yönümlü, hər sahədə təhsil ala biləcəyiniz universitetlərdə təhsil nəzəri cəhətdən əsaslandırılır və daha çox elmi tədqiqat yönümlü olur. Bu universitetlərə daha çox nəzəri elmlər üzrə təhsil almaq və akademik karyera qurmaq istəyən yüksək nailiyyətləri olan tələbələr üstünlük verirlər. Təcrübə yönümlü universitetlərdə isə təhsilin əsasını praktikaya yönəlmiş proqramlar təşkil edir. Bu universitetlərdə təhsil alan tələbələr elmi-tədqiqat yönümlü universitetlərə nisbətən daha çox təcrübə keçir və nəzəri təhsillə yanaşı, peşekar bilik və bacarıqlarını peşekar həyatda inkişaf etdirmək imkanı əldə edirlər.

Magistratura Təhsili

Magistratura təhsilinin əsasən 2 il davam etdiyi Almaniyada təbiət elmləri, mühəndislik və iqtisadiyyat üzrə magistr proqramları “Master of Science”, sosial elmlər və dil və mədəniyyətşünaslıq üzrə magistr proqramları “Master of Arts”, “Fanchhochschule” adlanır. Tətbiqi elmlər universitetlərində mühəndislik sahələrində verilən magistratura təhsili “Mühəndislik Magistri” adlanır.

Doktorantura Təhsili

Magistratura təhsilinin birinci kursunda verilən nəzəri təhsili müvəffəqiyyətlə başa vuran tələbələr ikinci kursda məsləhətçinin rəhbərliyi altında magistr dissertasiyası hazırlayırlar. Universitetin mavfiq komitələri tərəfindən dissertasiya işi qəbul edilən tələbələr magistr dərəcəsi almaq hüququna malikdirlər. Almaniyada doktorantura təhsili almaq tələbələr istənilən universitetdə çalışan professor-müəllim heyəti ilə birbaşa saxlayaraq fərdi (İndiviuell) müraciət edə və ya universitetlərin doktorantura elanlarını izləyərək strukturlaşdırılmış ərizə (Strukturiert) edə bilərlər. Almaniyada alman və ya ingilis dilində 3-5 il arasında davam edən doktorantura təhsili ödənişdir. Almaniyada doktorantlara maaş verən universitetlərdə var.

Şərh yaz