Skip links

Almaniyada Mühəndislik Təhsili Verən Ən Yaxşı Univesitetlər

Mühəndislik təhsili almaq və gələcəyə sərmayə qoymaq istəyirsinizsə, Almaniyanının sizin cavabınız olması şansı böyükdür. Çünki ölkə tədqiqat və inkişaf sərmayələri, elm və texnologiya sahəsində liderliyi, dünyanın ən böyük avtomobil sanayelərindən birinə sahib olması, qabaqcıl iqtisadiyyatı və karyera imkanları ilə mühəndislik imkanlarını araşdırmaq istəyən beynəlxalq tələbələri cəlb edir. Almaniya xaricdə mühəndislik təhsili verən yüksək keyfiyyətli dövlət universitetləri və aşağı ödənişli təhsil imkanları ilə tələbələrin gündəmində olsa da, elektrik, maşınqayırma və avtomobil mühəndisliyi ən populyar mühəndislik sahələri arasındadır.

Münhen Texniki Universiteti

1868-cı ildə yaradılmış Münhen Texniki Universiteti Almaniyanın ən yaxşı təhsil verən müəssisəsi və 10.000-ə yaxın beynəlxalq tələbənin təhsil aldığı ən nüfuzlu texniki ali məktəbdir. Universitet elektrik və kompyuter mühəndisliyi, riyaziyyat, maşınqayırma, tibb və fizika daxil olmaqla cəmi 14 akademik şöbə və ingilis dili seçimi də daxil olmaqla 150-dən çox bakalavr proqramı təklif edir. Avropada elmi nəşrlər baxımından Kembric və Oksforddan sonra ən yüksək təsirə malik üçüncü təhsil müəssisəi olan Münhen Texniki Universiteti Almaniyanın innovasiya və tədqiqat işlərində birinci yerdə olan təhsil ocaqlarından biridir.

Freiburg Universiteti

1457-ci ildə qurulan Freiburg Universiteti Almaniyanın beşinci ən qədim və ən hörmətli universitetlərindən biridir. 120 müxtəlif millətdən 4000 beynəlxalq tələbəyə ev sahibliyi edən universitet 11 fakültə və 180-ə yaxın bakalavr və magistr proqramı ilə dünya səviyyəli təhsil imkanı təklif edir. Alman universitetləri arasında bərpa olunan enerji mühəndisliyi və idarə edilməsi və mikro sistem mühəndisliyi üzrə magistr tədqiqat proqramları və yüksək səviyyəli doktorantura proqramları ilə heyran edir.

Berlin Texniki Universiteti

Almaniyada həm mühəndislik təhsili almağı, həm də universitetdə təhsil almağı düşünürsünüzsə, texnologiya sahəsində qabaqcıl məktəblər arasında yer alan Berlin Texniki Universiteti 1879-cu ildə qurulmuş bir araşdırma universitetidir. Dünyanın aparıcı metropoliten şəhərlərindən biri olan Berlində elmi araşdırmaların və texnologiya sektorunun geniş yayıldığı böyük kampuslarda və tədqiqat mərkəzlərində təhsil alacaqsınız. Xüsusilə elektrik mühəndisliyi, maşınqayırma və kompyuter elmləri sahələrində xarici tələbələr üçün Avropada ilk seçim olan universitetin təxminən 35.000 tələbəsi və 40 institutu var.

Heidelberg Universiteti

Almaniyada mühəndislik təhsili almaq istəyən tələbələr üçün ölkənin dünyanın məşhur şəhəri olan Heydelberqdə yerləşən universitet 1386-cı ilə aid tarixi ilə ölkənin ən qədim ali təhsil ocağıdır. Şəhəri iki yerə bölən Neckar çayının hər iki sahilində yerləşən iki kampusu və orta əsrlərə aid tarixi faktura ilə Heidelberg Universiteti ölkəyə gələn tələbələrə unudulmaz təcrübə təqdim edir. Bir çox elm adamının, siyasətçinin, sənətçinin, mütəfəkkirin təhsil aldığı məktəb elmi araşdırmaları və magistratura proqramları ilə diqqət çəkir. Əgər Almaniyada təhsil almağı düşünürsünüzsə, qeyd etmək lazımdır ki, universitet ölkədə ən yaxşı mühəndislik kolleclərinə, nüfuzlu reputasiya və intellektual professorlara malikdir.

RWTH Aachen Universiteti

Almaniyada mühəndislik təhsili üzrə dünyanın ən yaxşı universitetləri olduğu halda, 1870-ci ildə əsası qoyulan RWTH Aachen Universiteti 40.000-dən çox tələbəsi olan ölkənin ən böyük texniki ali məktəbidir. RWTH Aachen Universiteti əsasən maşınqayırma, elektrik mühəndisliyi, kompyuter mühəndisliyi və mühəndislik idarəçiliyi, həmçinin fizika və kimya da daxil olmaqla 9 fakültə və 260 institutdan ibarətdir. Təcrübəli müəllim heyəti və geniş mühəndislik kursu variantları ilə 120-dən çox ölkədə təxminən 8000 beynəlxalq tələbəyə ev sahibliyi edən universitet sənaye və ətrafdakı texnologiya və mühəndislik şirkətləri ilə güclü əlaqələri ilə tələbələrinə saysız-hesabsız imkanlar təqdim edir.

Karlsrue Texnologiya İnstitutu

Karlsrue Texnologiya İnstitutu Almaniyanın ən böyük mühəndislik təhsili verən ən böyük və ən nüfuzlu tədqiqat və təhsil müəssisələrindən biridir. 1825-ci ildə əsası qoyulan universitet mühəndislik və informasiya texnologiyaları, eləcə də köklü tarixi və yüksək keyfiyyətli təhsil sistemi ilə dünyanın ən yaxşı təhsil ocaqlarından biridir. 25.000 tələbəsi olan KİT-də riyaziyyat, fizika, kimya və biologiya, memarlıq, maşınqayırma və kompyuter elmləri də daxil olmaqla 11 fakültə var. Tələbələrin xüsusilə mexaniki və elektrik-elektron mühəndisliyinə üstünlük verdiyi universitet bərpa olunan enerjilər, nüvə sintezi, nanp və mikro sistemlər, səmərəli enerji çevrilmələri ilə bağlı tədqiqat işlərinə hər il ciddi büdcə ayırır. Universitetin məşhur məzunları arasında Almaniyada maşınqayırmanın banisi hesab edilən Ferdinand Redtenbaher, avtomobilin ixtiraçısı Karl Benz, hidrogen bombasının ixtiraçısı Edvard Teller var.

Şərh yaz