Attestatla oxuya biləcəyiniz xarici universitetlər
İmtahan vermədən xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin arzusudur, xüsusilə də, tələbələrin gələcək qayğılarını və imtahan qorxularını nəzərə alsaq, bu fürsətin universitet arzularının gərçəkləşməsi yolunda atılan ilk və ən möhkəm addım olduğunu söyləyə bilərik.
Ümumiyyətlə, xaricdə təhsil almaq əslində bir çox tələbə namizədin arzusudur. Xüsusilə də, Avropa ölkələrində alınacaq dil, bakalavr və magistratura təhsili ilə tələbələr fərqli mədəniyyətlərdə özlərini inkişaf etdirə, yeni dostlar qazana və seçdikləri sahələrdə qlobal biliklərə sahib ola bilərlər. Avropada başa çatan təhsilin sonunda tələbələrin karyera imkanları da artır və beləliklə, daha keyfiyyətli həyat variantları ortaya çıxır.
Son illər ölkəmizdən və dünyanın müxtəlif ölkələrindən çoxlu tələbə universitet təhsili üçün əlverişli iqtisadi şəraiti ilə yanaşı üstünlükləri ilə də seçilən Avropa ölkələrinə üstünlük verməyə başlayıb. Elə isə gəlin, indi Avropanın xaricdə təhsil almaq istəyən beynəlxalq tələbə namizədlərimiz üçün imtahansız və Tək Attestatla qəbul aparan 5 ölkəsinə birlikdə nəzər yetirək!
1. Polşa
Mərkəzi Avropada yerləşən Polşa müxtəlif mədəniyyəti, sakit gözəlliyi ilə məşhurdur və məşhur olaraq Pierogi ölkəsi adlandırılır. Polşanın paytaxtı Varşa Polşa mədəniyyətinə və kosmopolitlərin təlaşına əsaslanan səs-küylü paytaxt şəhəridiri və həmçinin, Şərqi-Mərkəzi Avropa zonasında ən böyük birjaya malik Avropa İttifaqında altıncı ən böyük iqtisadiyyata malikdir.
2. Latviya
Baltik dənizinin sahilində yerləşən və İsveçlə dəniz sərhədi olan Latviya Şimali-Mərkəzi Avropanın üç ölkəsindən biridir və ölkə Litva, Estoniya, həmçinin Rusiya və Belarusiya ilə həmsərhəddir. Nisbətən düz coğrafiyaya malik olan ölkədə ən hündür yerlər 300 metri keçir. Ölkədə 2 milyona yaxın insan yaşayır ki, bu da əhalinin sayına görə kifayət qədər kiçikdir, lakin ölkənin kiçik olmasına baxmayaraq, sıx təbii gözəllikləri və milli parkları ilə görülməyə dəyərdir!
Latviyadakı bir çox universitetlər İELTS və TOEFL imtahanları əvəzinə onlayn şəkildə keçirilən öz imtahanlarını və əvvəllər oxuduğunuz təhsil müəssisəsindən ingilis dili biliyi sənədlərinizi və ya Skype müsahibəsini xarici dil biliyi kimi qəbul edir. Latviya İdman Akademiyası üçün ingilis dili şərti yoxdur, ancaq sizə veriləcək çox sadə ingilis dili imtahanı və Attestat sənədi kifayətdir. Bir sözlə, namizəd tələbələr Avropanın ən gözəl şəhərlərindən birin də, İELTS imtahanı tələb olunmadan və Tək Attestatla təhsil ala bilərlər!
3. Litva
Orta əsr qaynaqlarında Litvaniya (Lietuva), rəsmi adı isə Litva Respublikası (Republic of Lithuania) Avropada Baltik dənizinin şərq sahilində yerləşir və respublikanın paytaxtı isə Vilnüs şəhəridir. Ölkə şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə isə Polşa və Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir.
4. Xorvatiya
Şərqi Avropanın ən dinc və sevimli ölkələrindən biri olan Xorvatiya tələbələrimizi İELTS və TOEFL olmadan Tək Attestatla universitet təhsili üçün qəbul edir. Ölkənin paytaxtı Zaqrebdir və onun əsas şəhərində təxminən 2 milyon əhali yaşayır və ölkənin şəhərlərində, xüsusən də paytaxt Zaqrebdə reytinqli universitetlərdə təhsil almaq şansı əldə edə bilərsiniz.
5. Yunanıstan
Yunanıstanda təhsil almaq ali təhsilin və biliyin müqəddəs zirvəsinə getmək kimidir, təxminən 2 min il əvvəl yaradılmış fəlsəfi məktəblər vasitəsilə ali təhsil ideyasını ilk dəfə yunanlar inkişaf etdirmişlər. Əgər siz Yunanıstanda təhsil almağı düşünürsünüzsə, nəzərinizə çatdırmaq istəyirik ki, siz burada İELTS və ya TOEFL imtahan nəticəsi tələb olunmadan, təhsil ala bilərsiniz!