Xaricdə təhsil: hansı ixtisaslar daha populyardır?
Xaricdə təhsil almaq bu gün tələbələr arasında çox populyar bir hadisədir və tələbələrin əksəriyyəti universitetdə oxuyarkən Erasmus kimi bir çox tələbə mübadilə proqramları ilə bu xəyalını reallaşdırsa da, bir çoxları xaricdəki magitr proqramları ilə daha parlaq karyera və xaricdə iş imkanlarından faydalanır.
Bəs xaricdə təhsil almağa qərar verən tələbələr arasında ən populyar təhsil proqramları hansılardır?
Mühəndislik və Texnologiya
Son illərdə texnologiya sahəsindəki inkişaflar informatika, komputer sistemləri, proqram mühəndisliyi, süni intellekt, proqramlaşdırma kimi ixtisaslar üzrə təhsil almağa üstünlük verən tələbələrin sayı artarkən, mühəndislik, tibb və hüquq kimi ixtisaslara qəbul hələ də davam edir. Sabit gəlir imkanları ilə dünyada ən populyar proqramlar arasında mühəndislik və texnologiya sahəsi tələbələr üçün güclü karyera perspektivləri təklif edir. Xaricdə mühəndislik və texnologiya sahəsində təhsil verən universitetlər tədqiqata əsaslanan təhsil sayəsində tələbələrin əmək bazarında lazımi bilik, bacarıq və təcrübə ilə məzun olmalarını təmin edir.
Biznes və İdarəetmə
Biznes və idarəetmə proqramları bu gün xaricdə təhsil almaq istəyən tələbələr arasında ən populyar ixtisaslar arasındadır. Dünyadakı çoxsaylı biznes məktəbləri zəngin bakalavr və magistr proqramları təklif edir və gələcək mütəxəssisləri yetişdirmək üçün yüksək keyfiyyətli təlim və məşğulluq imkanları təqdim edir. Biznes və menecment sahəsində beynəlxalq şirkətlərdə işləməyi düşünürsünüzsə və daha parlaq karyeraya sahib olmaq istəyirsinizsə, bakalavr təhsili aldıqdan sonra magistr təhsili almanızı tövsiyə edirik. İqtisadiyyat, marketinq, mühasibat uçotu, biznes, bank işi və maliyyə tələbələrin üstünlük verdiyi ən populyar proqramlar sırasındadır.
Sosial Elmlər və Media
Sosial elmlər və media geniş mövzuları əhatə edən bir sahədir. Sosial elmlər cəmiyyəti və ətrafımızdakı münasibətləri öyrəndiyi halda cəmiyyətin formalaşmasında mühüm rol oyanayan mediadır və bü gün dilçilik, jurnalistika, sosial elmlər, media, sosiologiya, beynəlxalq əlaqələr kimi proqramlar tələbə namizədlərdən ən çox seçilən proqramlar arasındadır. Əgər kompyuter arxasında oturduğunuz yerdə karyerada yüksəlmək istəmirsinizsə, sosial elmlər və media sizə maraqlı seçim təklif edir. Təqdimat, araşdırma və ünsiyyət kimi bir çox bacarıqlara sahib ola biləcəyiniz sosial elmlər və media tələbələrə parlaq gələcək təmin edir.
Yaradıcı İncəsənət və Dizayn
İncəsənətlə əlaqəli tədqiqatlar istedadlı beynəlxalq tələbələr arasında getdikcə artan populyarlıq qazanır. Tələbələrin incəsənət və dizayn sahələrində xaricdəki universitetlərə üstünlük verməsində zəngin təhsil modulları, məşhur rəssamlar tərəfindən hazırlanmış yaradıcı mühitlər və dünya üzrə cəlbedici əsərlər böyük rol oynayır. O moda və tekstil dizaynından rəqsə, musiqidən teatra və dramaturgiyaya, qrafik dizayndan rəssamlığa qədər geniş sahələri əhatə edir.