Skip links

Latviyada yerləşən The EKA University of Applied Sciences Universitetinin vice-Rektoru Dr. Karina Zalcmane ilə görüş

Latviyanın Riqa şəhərində yerləşən The EKA University of Applied Sciences Universitetinin vice-Rektoru Dr. Karina Zalcmane ilə İstanbul Group şirkətinin Xaricdə Təhsil üzrə Baş mütəxəssisi Qəndab Mustafayevanın Rigada tərəfdaşlıq görüşü baş tutmuşdur.

Nümayəndə ilə görüş zamanı universitetin təklif etdiyi proqramlar, qəbul şərtləri və təqaüdlər haqqında müzakirələr aparıldı. Görüşün sonunda The EKA University of Applied Sciences Universiteti ilə İstanbul Group arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanmışdır. İstanbul Group vasitəsilə müraciət edən tələbələrə universitetin xüsusi endirimləri də olacaqdır.

EKA Tətbiqi Elmlər Universiteti Latviyanın paytaxtı Riqada yerləşən tətbiqi elmlər universitetidir. 1993-cü ildə yaradılıb və təxminən 2500 tələbəsi var. EKA biznes, turizm, informasiya texnologiyaları, hüquq və dizayn sahələrində bakalavr və magistr proqramları təklif edir. Universitet, həmçinin beynəlxalq tələbələrə ingilis dili tədris proqramları təklif edir. EKA beynəlxalq akkreditasiyaya malik tələbələrinə praktiki təcrübələr təqdim edərək iş dünyası üçün ixtisaslı məzunlar yetişdirməyi hədəfləyir.

Latviyada təhsil

Latviya Şimali və Şərqi Avropanın kəsişməsində yerləşən üç Baltikyanı dövlətdən biridir. Estoniya, Rusiya, Belarusiya, Litva və Baltik dənizi ilə həmsərhəddir. Riqa Latviyanın paytaxtıdır və xalq arasında Şərqin Parisi kimi tanınır. Ən çox beynəlxalq tələbələrin təhsil aldığı yerlərdən biridir. Rəsmi dil Latviya dilidir, Litva və Latqal dili ilə yaxından əlaqəli olan Şərqi Baltik dilidir – ölkənin şərqində danışılan latış dilinin ləhcəsidir.

Latviyada universitetlərinin təhsil haqları digər Aİ ölkələri ilə müqayisədə nisbətən daha münasibdir. Təhsil haqları universitetdən və seçilən proqramdan asılı olaraq dəyişir. Latviyada bakalavr proqramları üçün orta illik təhsil haqqı 3 min Avro ilə 5 min Avro arasında dəyişir.

İstanbul Group şirkəti

İstanbul Group hər il müraciət edən yüzlərlə abituriyent və tələbələrin Türkiyədə Təhsil, Polşada Təhsil, Litvada Təhsil, Latviyada Təhsil və Avropanın aparıcı ölkələrində etibarlı xaricdə təhsil qəbul təminatı verməkdədir.

Bunun üçün fəaliyyət göstərən güclü komandası xaricdə təhsil almış peşekar kadrlardan təşkil olunub. Abituriyent və tələbələrin istəkləri, bacarıqları və xarici dil bilikləri əsasında onlar üçün ən uyğun tədris məsləhətləri verilməkdədir.

Şərh yaz