Skip links

Xaricdə Təhsil

HEÇ BİR İMTAHAN NƏTİCƏSİ OLMADAN XARİCDƏ TƏHSİL AL!

Xaricdə Təhsillə bağlı ətraflı məlumat üçün bizə müraciət edin!

Zəng Et: +994 70 610 66 06 Xaricdə Təhsil Məsləhəti Al

Xaricdə təhsil tələbələrə fərqli mədəniyyət, yeni dil öyrənmək, beynəlxalq təcrübə qazanmaq və karyeralarında rəqabət üstünlüyü əldə etmək imkanı verir. Lakin xaricdə təhsil çox vaxt yüksək xərc və bürokratik prosedurlar tələb edir. Tələbələr ümumiyyətlə dil bilikləri testlərindən keçməli, qəbul olduqları universitetin tələblərinə cavab verməli, lazımi viza və səyahət tənzimləmələrini etməlidirlər. Xaricdə təhsil seçimlərinə universitet proqramları, aspirantura, dil məktəbləri və özəl universitetlər daxildir.

Xaricdə təhsil özlüyündə uzun bir prosesi əhatə edir. Bu prosesdə bəzən tələbələrdə çaşqınlıq yarana bilər, buna səbəb tələbələrin kifayət qədər məlumatlı olmaması, sənədlərin vaxtında hazırlanmaması, universitetlərin düzgün seçilməməsi daxil ola bilər.

Niyə xaricdə təhsil almaq lazımdır?

Xaricdə təhsil bir çox potensial üstünlüklərə malikdir. Onlardan bəziləri bunlardır:

Yeni mədəniyyətə adaptasiya olmaq və mədəni anlayışı inkişaf etdirmək: Xaricdə təhsil almaq tələbələrə fərqli bir mədəniyyəti yaşamaq və yeni insanlarla tanış olmaq imkanı verir. Bu təcrübə tələbələrə daha geniş perspektiv verməklə onların mədəni anlayışlarını inkişaf etdirməyə kömək edə bilər. Bununla yanaşı, xaricdə təhsil tələbələrə xarici dil öyrənmək imkanı verir. Bu, tələbələrə dil bacarıqlarını təkmilləşdirməyə və dildə səlis danışmağa kömək edə bilər. Karyera üstünlüyü: Xaricdə təhsil tələbələrə beynəlxalq təcrübə qazandıraraq onlara karyeralarında rəqabət üstünlüyü verə bilər. Beynəlxalq təhsil tələbələrə qlobal biznesdə və beynəlxalq təşkilatlarda daha uğurlu olmağa kömək edə bilər.

Öyrənmə təcrübəsi: Xaricdə təhsil tələbələrə fərqli təhsil sistemi, öyrənmə metodu və tədris materialı ilə qarşılaşmaq imkanı verir. Bu təcrübə tələbələrə öyrənmə qabiliyyətlərini təkmilləşdirməyə və müxtəlif perspektivlərdən düşünməyə kömək edə bilər. Bununla belə, xaricdə təhsil bəzi çətinliklərlə də gəlir, məsələn, qiymət yüksək ola bilər və inteqrasiya prosesi çətin ola bilər.

Xaricdə təhsil sistemləri

Xaricdə təhsil sistemləri ölkələrə görə fərqlənir. Bəzi ölkələrdə təhsil sistemi daha çox nəzəri, digərləri isə daha çox təcrübə yönümlüdür. Bundan əlavə, təhsil sistemləri təhsil səviyyəsinə (ibtidai məktəb, orta məktəb, orta məktəb, ali məktəb və s.) və tələbələrin yaşına görə fərqlənir. Tələbələrin ən çox müraciət etdiyi ölkələrdən biri olan Türkiyə təhsil sistemi haqqında qısaca məlumat verəcəyik.

Türkiyə təhsil sistemi

Xarici tələbələr üçün Türkiyə bakalavr, magistr və doktorantura proqramları təklif edir. Bu proqramlar həm türk, həm də ingilis dilində tədris olunur. Bakalavr proqramları 4 ildən 6 ilə, magistr proqramları 2 il, doktorantura proqramları isə 3 ildən 4 ilə kimi davam edir. Türkiyədə təhsil barədə daha ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

Türkiyədə Təhsil Haqqında Hər Şey

Xaricdə təhsil üçün ən yaxşı ölkələr

Türkiyə: Şərqlə Qərbin kəsişdiyi yer olan Türkiyə istər təhsil, istərsə də tətil üçün əlverişli və münasib bir dövlət olaraq seçilir və həm Avropaya, həm də Asiyaya yaxın olması Türkiyədə təhsil üçün müraciət etməyi bir çox beynəlxalq tələbələr üçün əlverişli seçim edir. Bununla yanaşı, Türkiyə dövləti son illərdə təhsil sahəsində adını dünyada tanıdan mühüm ölkəyə çevrilib. Tələbələrə yaratdığı rahatlıq, təhsilin keyfiyyətinin günü-gündən artması və həyat səviyyəsinin yüksəlməsi, xarici tələbələrin universitet təhsili üçün Türkiyəyə üstünlük verməsində təsirli olan amillər sırasındadır.

Avropa ölkələri: Hər il dünyanın dörd bir yanından minlərlə tələbə təhsil almaq üçün Avropa ölkələrinə müraciət edir. Bunun ən başlıca səbəblərindən isə Avropa ölkələrində yüksək keyfiyyətli təhsil sistemi, uyğun qiymətli ali təhsil müəssisələrinin və digər ölkələrə nisbətən aylıq yaşam xərclərinin münasib və universiteti bitirdikdən sonra isə geniş iş imkanlarının olmasıdır. İtaliya, Almaniya, Polşa, Macarıstan kimi ölkələr isə Avropanın təhsil sistemi ilə fərqlənən ölkələridir. Lakin Avropa ölkələrində təhsil almaq əcnəbi tələbələr üçün baha başa gəlir. Bu zaman tələbələr Avropa ölkələrində təhsil almaq arzularını təqaüd proqramları vasitəsilə həyata keçirirlər. Ən çox müraciət edilən ölkələr sırasında Latviya, Polşa, Xorvatiya və s. dayanır.

Avropa ölkələri arasında ən çox müraciət edilən yerlərdən biri də məhz Polşadır. Polşada təhsilin bir çox avantajları var, bunlar arasında təhsil haqlarının digər Avropa ölkələri ilə müqayisədə daha aşağı olması, tələbələrə yaradılan iş imkanlarını göstərmək olar. Polşada ən çox müraciət edilən ixtisaslar arasında mühəndislik, biznes, informasiya texnologiyaları yer alır.

Polşada Təhsil Barədə Ətraflı Öyrən

Türkiyə: Türkiyə, azərbaycanlı tələbələrin ən çox müraciət etdiyi ölkələrdən  biridir və onu digər ölkələrdən fərqləndirən əsas cəhətlərdən biri də təhsil haqqının aşağı və ingilis dilli proqramların geniş olmasıdır. Siz Türkiyədə tibb, mühəndislik, biznes, kompüter elmləri və s. prioritet sahələrdə təhsil ala bilərsiniz.

Türkiyədə Təhsil Haqqında Hər Şey

Amerika: İmkanlar ölkəsi hesab olunan Amerika, bəlkə də hamısının arzu etdiyi və təhsil almaq istədiyi ölkələrdən biridir. Amerikada təhsil haqları yüksək olsa da siz burada təqaüd imkanlarından faydalana bilərsiniz. Amerikada minimum təhsil haqları 14-15000 dollardan başlayır.


Bizim Xidmətlərimiz

Ödənişsiz təhsil konsultasiyası

Sənədlərin tərcüməsi və təsdiqi

Tələbələrin yataqxana və ya tələbə evlərində yerləşdirilməsi

İstənilən universitet və ixtisasa qəbulun alınması

Avtobuslarla qrup şəklində universitetə göndərilmə

Təhsil müddətində tələbələrə tam dəstək

Viza alınmasında dəstək

Qəbul alındıqdan sonra tələbənin təhsil alacağı ölkədə qarşılanması

Ətraflı Məlumat Al

Xaricdə təhsil şirkətləri

Xaricdə təhsil uzun və bəzi hallarda yorucu proses olduğundan tələbələrin əksəriyyəti bu prosesi onların yerinə icra etməsi üçün xaricdə təhsil şirkətlərinə müraciət edir. Xüsusilə təcrübəsi az olan gənclər bu şirkətlərə üz tutur. Onlar bu məqsədə nail olmaq istəyən şəxslər üçün uyğun sənədlərin toplanması, xaricdə təhsil üçün faydalı konsultasiyaların verilməsi, hansı universitet, ixtisas və ölkənin seçilməsi üçün köməklik göstərirlər. Azərbaycanda da bu istiqamətdə tələbələrə köməklik edən bir sıra şirkətlər var. Bu şirkətlər arasında Marmara Group, İstanbul Group və türkiyedetehsil net şirkətlərini qeyd edə bilərik. Sözügedən şirkətlər həm Avropa, həm də Türkiyədə təhsil almaq istəyən tələbələrə düzgün universitetin seçilməsi, sənədləşmə və digər sonrakı proseslərdə yaxından dəstək olurlar.

Xaricdə təhsil şirkətləri – İstanbul Group (istanbulgroup.az)

Xaricdə təhsilin növləri

Xaricdə təhsilin növləri bunlardır: bakalavr, magistr, distant və qiyabi təhsil.

Xaricdə Bakalavr təhsili

Xaricdə bakalavr təhsili adətən 4 il davam edir və bakalavr dərəcəsi verilir. Proqramlar həm ingilis, həm də tələbənin müraciət etdiyi ölkənin yerli dilində təklif oluna bilər. Xaricdə bakalavr təhsilinin bir çox üstünlükləri var. İlk növbədə, fərqli bir mədəniyyətə və dili mənimsəmiş olursunuz. Bu, perspektivinizi genişləndirə və mədəniyyətlərarası ünsiyyət bacarıqlarınızı artıra bilər. Yaxşı iş perspektivləri: Bir çox işəgötürən beynəlxalq təcrübəyə və qlobal düşüncə tərzinə malik şəxslər axtarır. Şəbəkə qurma imkanları: Xaricdə təhsil sizə dünyanın hər yerindən yeni dostlar və peşəkar əlaqələr qurmaq imkanları verə bilər.

Xaricdə Bakalavr Təhsili Barədə Ətraflı

Xaricdə Magistr təhsili

Tələbələr bir çox səbəblərdən xaricdə magistr təhsili almaq istəyir. Bu səbəblər arasında ilk növbədə dil bacarıqlarının inkişaf etdirilməsi dayanır: Xaricdə təhsil tələbələrə ana dilindən başqa dildə təcrübə keçmək imkanı verir ki, bu da onların dil bacarıqlarını təkmilləşdirməyə kömək edə bilər. Xaricdə magistr təhsili insanların karyera imkanlarını artıra və beynəlxalq iş bazarlarına uyğunlaşmalarına kömək edə bilər. Beynəlxalq təcrübə: Xaricdə təhsil tələbələrə beynəlxalq təcrübə əldə etmək imkanı verir ki, bu da tələbələrə beynəlxalq arenada praktiki təhsil təcrübəsi qazanmağa imkan verir. Şəxsi inkişaf: Xaricdə təhsil insanlara özlərini kəşf etməyə, müxtəlif insanlarla əlaqə saxlamağa və fərqli mədəniyyətləri anlamağa çalışmağa kömək edə bilər ki, bu da onlara şəxsi inkişaf məqsədlərinə çatmağa kömək edə bilər. Ümumilikdə isə magistr proqramları universitetdən asılı olaraq 1 və ya 2 il davam edə bilər.

Xaricdə magistr təhsili barədə daha ətraflı məlumat üçün: Xaricdə Magistr Oxu

Xaricdə Distant təhsil

Qiyabi təhsil adi ənənəvi təhsil tərzindən fərqli olaraq kampusa gəlmək məcburiyyətinin olmadığı, dərslərin virtual mühitdə kompüter vasitəsilə keçirildiyi, tələbənin istədiyi vaxt təkrar-təkrar baxa biləcəyi təhsilin adıdır. Qiyabi təhsil tələbə mərkəzli sistemdir. Bütün tələbələrə bərabər imkanlar təqdim edir. O, həmçinin fiziki qüsurlu və onların məktəbə getməsinə mane olan əlilliyi olan insanlar üçün təhsil imkanları təmin edir.

Xaricdə qiyabi təhsil – İstanbul Group (istanbulgroup.az)

Xaricdə ən məşhur universitetlər

Məşhur universitetlər arasında Harvard, Oxford, Cambridge, MIT, Stanford, Princeton kimi adlar var. Bu universitetlər tələbələrə mükəmməl təhsil mühiti təklif etməklə yanaşı, həm də öz qapılarını beynəlxalq tələbələrin üzünə açır.

Avropa ölkələrinin universitetləri də xaricdə təhsil proqramları təklif edirlər, məsələn, Sorbonne, Heidelberg, Leiden kimi universitetlər dünyanın ən yaxşı 500 universiteti arasında yer alır. Xaricdə təhsil tələbələrə qlobal perspektiv qazanmağa və onları iş dünyasında rəqabət aparmaq bacarıqları qazanmağa kömək edə bilər. Bununla belə, xaricdə təhsilin xərcləri yüksək ola bilər və xaricdə yaşamaq üçün başqa dil öyrənmək lazım ola bilər.

Universitetlər QS Ranking 2023 İllik təhsil haqqı
MIT 1 57590 USD
University of Oxford 2 28000 funt
Stanford University 3 57693 USD
University of Cambridge 4 28950 – 44240 funt
Harvard University 5 52659 USD

Xaricdə təhsil universitetləri barədə daha ətraflı məlumat üçün: Xaricdə təhsil üçün universitetlər – İstanbul Group (istanbulgroup.az)

Xaricdə təhsil üçün ən məşhur ixtisaslar

İxtisasın adı Müddət Təqribi təhsil haqqı
Mühəndislik 4 – 5 il 500 – 50000 USD
Tibb və tibblə bağlı proqramlar 5 – 7 il 1000 – 60000 USD
Biznes 4 il 2000 – 30000 USD
Psixologiya 4 – 5 il 500 – 7000 USD
Hüquq 5 il 3000 – 45000 USD
Kompüter mühəndisliyi 4 – 5 il 0 – 50000 USD

Xaricdə təhsil ixtisasları barədə ətraflı məlumat üçün: Xaricdə təhsil ixtisasları – İstanbul Group (istanbulgroup.az)

Xarici universitetlərə qəbul prosesi

Xarici universitetlərə qəbul zamanı ilk növbədə sənədləşmə prosesi gəlir. Bəs bu sənədlər nədən ibarətdir.

  1. Tövsiyə məktubu (recommendation letter) – iki və ya daha çox tələb olunur. Əksər üniversitetlər, əsasən iki tövsiyə məktubu tələb edir. Bunlar bitirdiyiniz (və ya təhsil aldığınız) universitetdə çalışan və sizə hər hansı dərsi tədris edən müəllim\professor\dekan\rektor və s. tərəfindən və ya işləyirsinizsə, işlədiyiniz müəssisənin rəhbəri tərəfindən verilə bilər. (Bəzi hallarda
  2. Diplom və ya arayış – universiteti bitirmisinizsə diplom, yox hələ təhsiliniz davam edirsə, universitetdən diplom haqqında arayış alıb notariusda təsdiq etdirməlisiniz.
  3. Diplom əlavəsi (transkript) – notarius tərəfindən təsdiq olunmalıdır.
  4. CV – Europass ilə daha rahat hazırlaya bilərsiniz. Bir çox universitetlər CV-lərə çox diqqət ayırır. CV-nizini təqdim etməyinizdən çox şey asılıdır. Rəqabətli ixtisaslarda geniş təcrübəyə malik tələbənin qəbul olma şansı daha yüksəksdir.
  5. Sertifikatlar – qəbul olmaq istdiyiniz universitet və ixtisasa uyğun olaraq rəsmi IELTS, TOEFL (bəzi universitetlər artıq Duolingo sertifikatını qəbul edir), GRE, GMAT, SAT ingilis dili və s.
  6. Digər sənədlər – pasport, sağlamlıq haqqında arayış, universitet tələblərinə uyğun sənədlər və müsahibə ola bilər.

 

Xaricdə təhsil haqqı

Ölkənin adı Təqribi qiymətlər
Türkiyə 100 – 35000 USD
Polşa 2000 – 20000 EUR
Latviya 1500 – 10000 EUR
Xorvatiya 800 – 3600 EUR
Yunanıstan 1500 – 2000 EUR

Xaricdə Təhsil Qiymətlərini Öyrən

Ətraflı Məlumat Al

Xaricdə oxumaq üçün ən yaxşı şəhərlər

London, İngiltərə: Londra, dünyanın en ünlü şəhərlərindən biridir və sayıca çox universitetlərə ev sahibliyi edir. Ümumiyyətlə, Londonda oxumaq xarici tələbələr üçün mükəmməl bir təcrübədir.

New York, ABŞ: New York, dünya ən məşhur şəhərlərindən biridir və top universitet və kollec sistemi təklif edir.

Paris, Fransa: Paris, dünyanın en romantik şəhərlərindən biridir və sayıca çox prestijli universitetlərə ev sahibliyi edir.

Melbourne, Avstraliya: Melbourne, Avstraliyanın en məşhur şəhərlərindən biridir və yüksək keyfiyyətli bir universitet və kollec sistemini təklif edir.

Berlin, Almaniya: Berlin, Almaniyada ən böyük şəhərlərdən biridir və bir çox universitet və kollec təklif edir.

Sinqapur: Singapur, Asiyada təhsil üçün ən məşhur şəhərlərdən biridir. Dünya sıralamasında yüksək sıralamalarda olan universitetləri var.

Tokyo, Yaponiya: Tokyo, Asiyada təhsil üçün çox sevdiyimiz şəhərlərdən biridir. Yüksək keyfiyyətli universitetlər təklif edir.

Ən yaxşı xaricdə təhsil təqaüdləri

DAAD Təqaüd Proqramı

DAAD-TEV Məzun Təqaüdü – Alman Akademik Mübadilə Xidməti Almaniyada mühəndislik, riyaziyyat, kompüter elmləri, tibb və psixologiya kimi sahələrdə təqaüdlə təhsil almaq istəyən tələbələrə təklif edir. DAAD təqaüdü çərçivəsində tələbələrə 9-24 ay müddətində aylıq 861 avro dəstək verilir.

DAAD Rəssam Təqaüdləri – Almaniyada incəsənət sahəsində aspirantura təhsilini davam etdirmək istəyən tələbələr 10 aydan 24 aya qədər aylıq 851 avro təqaüd dəstəyi verir.

Visegrad Təqaüd Proqramı

Visegrad Təqaüdü bakalavr və magistr dərəcələri üçün 1-4 semestr müddəti ərzində davam edən təqaüd proqramıdır və proqram beynəlxalq Visegrad Fondunun rəhbərləri tərəfindən idarə olunur. Bu təqaüd proqramı Polşa, Slovakiya, Çexiya və Macarıstan ölkələrinin universitetlərində təhsil almaq istəyən tələbə namizədləri üçün nəzərdə tutulmuşdur. Təqaüd proqramı təhsil haqqı və yaşam xərclərini tam olaraq ödəməsinə baxmayaraq, proqram çərçivəsində təhsil alan tələbələrə hər semestr təhsil haqqı üçün 1500 avro və 2500 avro isə stipendiya dəstəyi verir.

VİSBY Təqaüd Proqramı

Visby təqaüd proqramı Moldova, Belarus, Gürcüstan, Rusiya, Azərbaycan və Ukraynadan gələn beynəlxalq tələbə namizədləri və aspirantlar üçün İsveçdəki ən yaxşı təqaüd proqramlarından biridir. Əgər ikili vətəndaşlığınız varsa, müraciət edərkən yalnız birini seçə bilərsiniz. Buna baxmayaraq, siz 600 müxtəlif magistr proqramları arasından seçim etməlisiniz, prioritet ekoloji və sosial davamlılıq, məsuliyyət və davamlı iqtisadiyyat artım üzrə magistr proqramlarını davam etdirənlərə verilir. Təqaüdün məbləği tam təhsil haqqından azadolma, aylıq xərcləri və sağlamlıq sığortası üçün 9000 SEK və uçuş xərcləri üçün isə 5000 SEK təşkil edir.

Xaricdə Pulsuz Təhsil Almaq Üçün Hansı Təqaüd Proqramları Var? (istanbulgroup.az)

Xaricdə yaşam xərcləri

Xaricdə təhsil almaq istəyən tələbələri ən çox maraqlandıran suallardan biri də xarici universitetlərdə qiymətlər necədir? Minimum maximum qiymətlər həmçinin xaricdə yaşam xərcləri və  yataqxana qiymətləri bunların hamısı tələbələri hər zaman ən çox düşündürən suallar olmuşdur.

İlk öncə sizinlə tələblərin ən çox müraciət etdiyi ölkələr haqqında danışacağıq. Bunu qeyd etmək lazımdır ki, xaricdə illik təhsil haqqı qiymətləri hər bir ixtisasa görə fərqlidir.

Türkiyədə təhsil və yaşam qiymətləri

Türkiyə dövlət universitetlərində illik təhsil haqqı təxmini 300 azn-dən başlayır və 1000 azn-ə qədər dəyişir. Bəzi ixtisaslar vardır ki tibb, hüquq bu ixtisaslarda qiymətlər daha yüksək olur. Siz illik təhsil haqqını hissəli şəkildə ödəyə bilərsiniz.

Yataqxana qiymətləri isə ortalama 200 azn civarı dəyişir. Bu qiymətə səhər, axşam yeməkləri və komunal xərclər daxildir. Türkiyənin bütün dövlət və özəl universitetlərində yeməkxanalar olur,  tələbə bir öyün yeməyini təxminən 0.50 azn ödəyərək universitetdə qidalana bilər.

Avropada yaşam xərcləri

Avropada yaşam xərcləri ölkələrə görə dəyişir, əgər siz Almaniya, Hollandiya, Belçika, İspaniya, İtaliya, Fransa kimi ölkələrdə təhsil almaq istəyirsinizsə, o zaman illik 9000-12000 avro arası xərciniz çıxacaq. Buraya sizin yataqxana, gündəlik xərcləriniz daxildir.

Şərqi Avropa ölkələrində isə (Litva, Latviya, Polşa, Macarıstan, Estoniya) yaşam xərcləri nisbətən aşağıdır. Bu ölkələrdə təhsil almağı planlaşdırmısınızsa, o zaman illik 6000-7000 avro büdcə nəzərdə tutmalısınız.

Xaricdə yataqxana imkanları

Xarici tələbələr üçün xaricdəki yataqxana şəraiti ölkədən və universitetdən asılı olaraq dəyişə bilər. Bununla belə, tələbələr üçün adətən universitet şəhərciklərində və ya onların yaxınlığında yataqxanalar mövcuddur. Bəzi ölkələrdə yataqxanalar universitet, bəzi ölkələrdə isə özəl müəssisələr tərəfindən idarə olunur.

Yataqxanalar adətən tələbələrə kirayə, əsas mebel, internet, təhlükəsizlik kimi xidmətlər təqdim edir. Bəzi hostellər iaşə xidmətləri də təklif edirlər. Yataqxana qiymətləri yaşadıqları ölkəyə və bölgəyə görə dəyişir. Məsələn, Avropa və Şimali Amerika kimi daha inkişaf etmiş ölkələrdə yataqxana qiymətləri daha yüksək, Asiya və Latın Amerikası kimi ölkələrdə isə aşağı ola bilər. Aşağıda yerləşdirdiyimiz videoda ən yaxşı tələbə yataqxanaları ilə tanış ola bilərsiniz:

Xaricdə təhsil üçün ən yaxşı 10 tələbə yataqxanası

Doktorantura təhsili

Xaricdə doktorantura təhsili adətən 3 və ya 4 il davam edir. Proqramlar həm ingilis, həm də tələbənin müraciət etdiyi ölkənin yerli dilində təklif oluna bilər. Xaricdə doktorantura təhsili almaq istəyən tələbələr ilk növbədə təhsil almaq istədiyi universitetdə istədiyi ixtisas üzrə araşdırma aparmalı, professorla əvvəlcədən müdafiə edəcəyi mövzu haqqında danışıb tədqiqat işi yazmalıdır. Bundan əlavə, doktorantura üzrə xaricdə təhsil almaq istəyən tələbələrə həm universitet, həm də Azərbaycan hökuməti təqaüd təklif edir. 

Xaricdə təhsil üçün viza prosesi

Xaricdə təhsil prosesində tələbələrin ən çox çətinlik çəkdiyi məsələlərdən biri də məhz viza prosesidir. Bu bir çox tələbəyə qarışıq görünə bilər, əslində isə proses çox sadədir. Avropa ölkələrinə giriş üçün Şengen vizası tələb olunur. Tələbələr, əsasən, yay aylarında vizaya müraciət edir. Dərslər sentyabr (bəzilərində oktyabr) ayında başladığı üçün vizaya ən tezi 3 ay qabaqcadan müraciət etmək mümkündür. Müraciət zamanı uzunmüddətli viza növünü seçmək lazımdır. Tələb olunan sənədlər standart olur: Buraya – xarici pasport, biometrik şəkil, universitetdən qəbul məktubu, qalacağınız yerə dair sübut, bank hesabınızda tələb olunan məbləğ, viza rüsumu, 18 yaşdan aşağı tələbələr üçün valideyn icazəsi və digər sənədlər tələb oluna bilər.

Xarici universitetlərə qəbul şanslarını artırmaq üçün nə etməli?

Akademik nailiyyətlər: Universitetlərə qəbul üçün ən vacib meyarlardan biri tələbənin akademik uğurudur. Odur ki, orta məktəb illərində dərslərinizə diqqət yetirin, qiymətlərinizi artırın və xüsusilə seçdiyiniz bölməyə uyğun kurslarda uğur qazanın.

Standart imtahanlar: Universitet qəbulunda imtahanlara verilən önəm yüksəkdir. Orta məktəb illərində verəcəyiniz imtahanlarda yaxşı nəticə göstərməyiniz universitetlərin sizə olan marağını artıra bilər. Standart imtahanlara YKS, SAT, ACT və s. daxildir. mövcuddur. Bu imtahanlara hazırlaşmaq üçün yaxşı bir təhsil proqramı hazırlaya bilərsiniz.

Tövsiyə məktubu: Müraciət etdiyiniz universitet, xüsusən də magistratura proqramları üçün arayış məktubu tələb edə bilər. Buna görə də, müəllimlərinizdən, alimlərinizdən və işəgötürənlərinizdən arayış məktubları istəyə bilərsiniz. Bu məktublar ərizənizin güclü tərəflərini vurğulayaraq universitetin diqqətini cəlb edə bilər.

Könüllülük təcrübəsi: Universitetlərə qəbulda tələbənin könüllü işi də nəzərə alınır. Buna görə də, məktəbdən kənarda müxtəlif sahələrdə könüllü işlər görərək təcrübənizi artıra bilərsiniz. Məsələn, xeyriyyə təşkilatlarında könüllü olaraq cəmiyyətə töhfə verə bilərsiniz.

Motivasiya məktubu: Universitetə ​​müraciət edərkən motivasiya məktubu hazırlamalı ola bilərsiniz. Motivasiya məktubunuzda özünüzü və maraqlandığınız ixtisası, niyə bu ixtisası seçdiyinizi və universitetin sizə hansı imkanlar təklif edə biləcəyini izah edə bilərsiniz. 

Erkən müraciət: Bəzi universitetlər erkən müraciət dövrləri təşkil edir. Erkən müraciət müddətində müraciət edən tələbələrin, ümumiyyətlə, digər ərizəçilərə nisbətən qəbul olma şansları daha yüksəkdir. Buna görə də, mümkünsə erkən müraciət etməklə qəbul şansınızı artıra bilərsiniz.

Xaricdə təhsil sahələri

Xaricdə tibb təhsili

Xaricdə tibb təhsili universitetdən asılı olaraq 6 – 7 il davam edir. Tibb proqramlarına qəbul üçün müəyyən imtahanlar verməlisiniz. Avropa ölkələrində tibb proqramlarının əksəriyyəti yerli dildə tədris olunur. Avropada ingilis dilində tibb Polşa, Litva, Çexiya, Macarıstan və İtaliyanın bəzi universitetlərində mövcuddur. Tibb təhsil üçün ən ideal seçim Türkiyədir. Türkiyənin bir çox universitetində ingilis dilində tibb təhsili var. SAT və ya TR-YÖS imtahanlarından birini verməlisiniz.

Xaricdə memarlıq təhsili

Memarlıq sahəsində dünyanın ən yaxşı 5 universiteti

  1. Massaçusets Texnologiya İnstitutu (MIT), ABŞ

MIT həmişə memarlıq sahəsində dünyanın ən yaxşı universitetləri arasında 1-ci yerdədir.

Amerikada ilk belə memarlıq məktəbi 1865-ci ildə yaradılmışdır. Massaçusets Texnologiya İnstitutu ABŞ-a modernizm gətirməsi və həmçinin mütərəqqi binaların istifadəyə verilməsi ilə tanınır.

  1. Bartlett Memarlıq Məktəbi, Böyük Britaniya

Memarlıq sahəsində dünya universitetlərinin ilk 10 reytinqində 2-ci yerdə olan Bartlett School of Architecture İngiltərədədir. 1947-ci ildə qurulan universitet UCL-in 11k qurucu fakültəsindən biridir.

  1. Delft Texnologiya Universiteti, Hollandiya

Dünyanın 54-cü ən yaxşı universiteti olan bu Hollandiya universiteti memarlıq reytinqində dünyada 3-cü yerdədir. Memarlıq fakültəsində 5625 beynəlxalq tələbə və universitetdən cəmi 2500 alim təhsil alır.

  1. ETH Sürix (İsveçrə Federal Texnologiya İnstitutu), İsveçrə

İsveçrənin ETH Zurich memarlıq üzrə ən perspektivli universitetlərdən biri kimi tanınır. Memarlıq kafedrası 1854-cü ildə yaradılıb və 2000-dən çox tələbəsi var.

Universitetin nüfuzu daha çox onun mükəmməllikçi tədris tərzi və dərin tədqiqat nəticələri ilə bağlıdır.

  1. Kaliforniya Universiteti, Berkli (UCB), ABŞ

Kaliforniya Universiteti, Berkli tədqiqatları və müstəqil dizaynı təşviq etməsi ilə tanınır. Memarlıq dərəcələri; dizaynın estetik, mədəni və texniki komponentlərinə diqqət yetirir.

Xaricdə mühəndislik təhsili

Son illərdə texnologiya sahəsindəki inkişaflar informatika, komputer sistemləri, proqram mühəndisliyi, süni intellekt, proqramlaşdırma kimi ixtisaslar üzrə təhsil almağa üstünlük verən tələbələrin sayı artarkən, mühəndislik, tibb və hüquq kimi ixtisaslara qəbul hələ də davam edir. Sabit gəlir imkanları ilə dünyada ən populyar proqramlar arasında mühəndislik və texnologiya sahəsi tələbələr üçün güclü karyera perspektivləri təklif edir. Xaricdə mühəndislik və texnologiya sahəsində təhsil verən universitetlər tədqiqata əsaslanan təhsil sayəsində tələbələrin əmək bazarında lazımi bilik, bacarıq və təcrübə ilə məzun olmalarını təmin edir.

Xaricdə İT təhsili

Kompüter mühəndisliyi ixtisası üzrə bakalavr proqramında iş təcrübəsi və təhsil almaq üçün təhsil müddəti 4 ildir. 1 illik hazırlıq proqramının müddəti var. Bu magistr proqramını bitirən tələbələr yüksək qazanc imkanları qazanır və bir çox sənaye şirkətləri ilə əlaqə saxlaya bilirlər.

Xaricdə menecment təhsili

Xaricdə menecment təhsili alaraq tələbələr, müxtəlif sahələr üçün strateji və təşkilat yönləndirmə bacarığına sahib olmaq imkanına sahib olurlar. Biznesin idarə olunması, strateji planlaşdırma, insan resursları idarəetməsi və liderlik prinsipləri kimi keyfiyyətli proqramlar, tələbələrə təcrübə və bacarıqları əldə etmək imkanı verir. Menecment ixtisası üzrə sizə Türkiyə, Avropanın Litva, Latviya, Polşa, Estoniya universitetlərində 100% ingilis dilində təhsil ala bilərsiniz. 

Xaricdə maliyyə təhsili

Xaricdə maliyyə təhsili alaraq tələbələr, beynəlxalq maliyyə bazarının dinamiklərini və müasir maliyyə tədbirlərini öyrənir və bu sahədə beynəlxalq təcrübə qazanmağa nail olurlar. Bankçılıq, investisiyalar, portfel idarəetməsi, korporativ maliyyə, və risk idarəetmə kimi geniş bir sahədə təhsil alaraq tələbələr, fərqli ölkələrdə fərqli maliyyə sistemi və təşkilatlarında işləmə imkanı əldə edirlər. Bu təhsil onlara beynəlxalq iqtisadiyyat və maliyyə tədbirlərinin kompleksliyini başa düşmək və dünya bazarında maliyyə sahəsində müvafiq karyera inkişaf etmək üçün güclü bir əsas təmin edir. Ayrıca, tələbələr beynəlxalq təcrübə və əlaqələr əldə etmək imkanına da sahib olurlar.

Xaricdə təhsil üçün tələblər

İlk növbədə siz təhsil almaq istədiyiniz ölkəni seçməli və universitetləri tanış olmalısınız. Təqaüdlərin həm dövlət tərəfindən, həmdə universitet tərəfindən maliyyələşdirilən proqramları mövcud olur. Burada diqqət etməli olduğunuz bir məqam var ki, bahalı və reytingi çox yüksək olan universitetlərdən uzaq durmalısınız. Çünki siz xaricdə təqaüdlə təhsil alsanız belə müəyyən qədər xərcləriniz çıxacaqdır. Bu xərclərə isə vizanın alınması, sığorta xərcləri, imtahan xərcləri və s. aiddir. Bu kimi səbəblərdən dolayı bahalı universitetlərin təqaüd proqramlarına müraciət etməməlisiniz, çünki həmin universitetlərin xərcləri çox yüksək ve təqaüd proqramlarına olan rəqabət isə güclü olur. Daha sonra isə siz təqaüd proqramlarının müəyyən tələbləri tanış olmalısınız. Bu tələblər qəbul olmaq istədiyiniz universitet və ixtisasdan asılı olaraq fərqlilik göstərsədə, əsasən aşağıdakı göstəricilərə malik olan namizədlər təqaüd proqramına qəbul olunurlar:

1.Şəxsi Portfolionuzu Hazırlayın!

2.Dil Biliyinizi Təsdiq Edən Sertifikata Sahib Olmalısınız!

3.Qəbul Üçün İmtahanı Nəticəsi!

4.GPA Nəticəsi!

Xaricdə alman dilində təhsil

Xaricdə alman dilində təhsil Almaniya, İsveçrə, Belçika kimi ölkələrdə mümkündür. Alman dilində təhsil almaq üçün TestDAF və ya digər uyğun imtahan vermək lazımdır. Almanca təhsil almaq sizə Almaniyada bir çox üstünlüklər qazandıracaq. İlk növbədə pulsuz təhsil imkanı qazanacaqsınız. Bundan əlavə, alman dili bilikləri sayəsində siz Almaniyada rəsmi işlərdə çalışa bilərsiniz. Almaniyada ingilis dili istifadə olunsa da rəsmi dil alman dili olduğundan daha çox iş imkanları mövcuddur. 

Xaricdə ingilis dilində təhsil

Elm və texnologiya inkişaf etdikdə, qloballaşma sürətlə yayıldıqca ingilis dilinin əhəmiyyəti də artır. Dünyada çin dilindən sonra ən çox danışılan dil məhz ingilis dilidir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. İndi demək olar ki, dünyanın hər bir yerində büdcənizə uyğun ingilis dilində həm bakalavr, həm magistr, həm də doktorantura təhsili ala bilərsiniz. 

Aşağı büdcəli tələbələr üçün xaricdə təhsil imkanları

Aşağı büdcəli tələbələr xaricdə təhsil üçün uyğun ölkələr seçərkən bir neçə faktora diqqət etmək lazımdır. Bunlar arasında yaşayış məsrəfləri, təhsil dili, təhsil imkanları, iş imkanları və sosial mühit kimi məqamlar sayıla bilər.

Xaricdə təhsil üçün ən ucuz ölkələr

Türkiyə aşağı büdcəli tələbələr üçün uyğun təhsil ölkəsi olaraq tanınır. Türkiyə geniş təhsil sahələri və uyğun qiymətli təhsil imkanları ilə tanınır. Ölkənin bir çox universiteti həm türkcə, həm də ingilis dilində təhsil verir və təhsil haqları çox aşağıdır. Bununla yanaşı, Türkiyə bir çox tələbə üçün məsafə baxımından əlverişlidir, çünki bir çox ölkəyə yaxın və çox sayda beynəlxalq tələbələrə ev sahibliyi edir. Türkiyədə ortalama təhsil haqları 500 – 5000 dollar arasında dəyişir.

Polşa

Polşa aşağı büdcəli tələbələr üçün uyğun bir təhsil ölkəsi olaraq tanınır. Polşada bir çox universitet və tədris mərkəzi var və bu mərkəzlər arasında tələbələr üçün çox sayda seçim var. Polşada ortamala təhsil haqları 1500-3000 dollar arasında dəyişir.

Bundan əlavə, Litva, Latvia, Estoniya kimi digər Şərqi Avropa ölkələri də aşağı büdcəli tələbələr üçün münasibdir. Ortalama təhsil haqları 1200 – 3000 avro arasında dəyişir.

Xaricdə təqaüdlər

Xaricdə universitetdə təhsil son illərdə tələbələrin ən çox sevdiyi mövzulardan biri olsa da, yaşadığınız ölkədən kənara köçmək bahalı macəraya çevrilə bilər. Amerika, İngiltərə və Kanada kimi ölkələrdə tələbə sıxlığı təhsil haqlarına və yaşayış xərclərinə əlavə edildikdə, hökumətlər, özəl təşkilatlar və universitetlər kimi təqaüd verən qurumlar tərəfindən təklif olunan maliyyə yardımı qazanmaq üçün sizi rəqabətli mühit gözləyir. Bununla belə, bəzi tələbələr öz istedadları, yüksək bal ortalamaları və nailiyyətləri sayəsində beynəlxalq magistr təqaüdləri, doktorantura və bakalavr təqaüdləri almaq hüququ qazanırlar ki, bu təqaüdlər dünyanın saysız-hesabsız qurumları təhsil müddətində gənclərə dəstək olur və onların arzularını həyata keçirməyə kömək edir.

Visegrad Təqaüd proqramı

Visegrad təqaüdü Mərkəzi Avropa ölkələri üçün nəzərdə tutulmuş nadir təqaüd proqramlarından biridir. Bu Avropa ölkələrinə Çexiya, Polşa, Macarıstan və Slovakiya daxildir. Çünki, bu kimi ölkələr Qərbi Avropa ölkələrinə nisbətən daha əlverişli yaşam və təhsil xərcləri təklif etdiyi üçün təqaüd məsələlərində daha məhdud imkanlara sahibdirlər.

Visby Təqaüd Proqramı

İsveç İnstitutu tərəfindən maliyyələşdirilən Visby təqaüd proqramı İsveç hökümətinin Avropa Şərq Tərəfdaşlığı (EaP) və həmçinin Rusiya Federasiyasının vətəndaşları üçün nəzərdə tutulmuşdur. Beynəlxalq tələbələr üçün ən prestijli təqaüd proqramlarından biri olmaqla, hər il 7 ölkənin hər birindən təxminən 9-13 tələbə Visby təqaüd proqramına seçilir. Visby təqaüd proqramı digər proqramlardan olduqca əlverişlidir.

DAAD Təqaüd Proqramı

DAAD tələbələrə Almaniyada təqaüdlü təhsil almaq imkanı yaradan akademik mübadilə proqramıdır. Həmçinin DAAD alman ali məktəblərinin və tələbələrin birliyi kimi tanınan qurumdur. 1 yanvar 1925-ci ildə bir tələbə tərəfindən Heydelberqdə yaradılan Alman Akademik Mübadil Xidməti olan DAAD-ın məqsədi və prinsipi tələbələri və elmi birləşdirmək olmuşdur. Həmin vaxtdan etibarən günümüzə qədər 1.9 milyondan çox tələbənin və elmi işçilərin təhsil almasına öz töhfəsini vermişdir. Almaniyanın 230 universitetini və 126 tələbə təşkilatını özündə birləşdirir. Tələbə və elmi işçiləri dəstəkləyən ən görkəmli proqramlardan biri olan DAAD-ın əsas fəaliyyəti həm yerli , həm də xarici tələbələri təqaüdlə təmin etməkdir.

Xaricdə pulsuz təhsil verən ölkələr

Bir çox Avropa ölkələrində də dövlət ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur. Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə təhsil haqqından azaddır. 

Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta prestijli Sarbonna universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur.

Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir.

Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.

Ali təhsili pulsuz olan ölkələr arasında Isveç, Danimarka və Çexiyanı da göstərmək olar. Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əmək haqqı 3 min avrodan az deyil.

Beynəlxalq tələbələr üçün və ya Azərbaycan tələbələri üçün ən uyğun olan ölkə Almaniyadır. Bəzi əyalətləri tam ödənişsiz bəzi əyalətlər ildə min avroya kimi ödənişi olur.

Ama bu yaşamınızı ödəyəcək anlamına gəlməz. Almaniya tələbə vizası üçün Alman bankına 8040 avro yatırmanızı məcbur edir. Çünki o sizin bir illik xərcinizi öncədən göstərməlisiniz ki gedib orda çətin vəziyyətdə qalmayasınız.

Almaniyada DAAD təqaüdü var qalan xərclərinizi ödəmək üçün ama ordan tələbələr çox az keçir. İldə 5 tələbə gedər getməz. Yəni təhsil haqqı olmayan ölkələrə gedəndə yaşamı çox zaman siz ödəməli olursunuz. Bunu qəbul etmək lazımdı.

Norveç və digər skandinav ölkələri də eyni sistemlə işləyir. Məsələn Norveçdə təhsil haqqı yoxdur ama qəbul üçün əvvəl öz bankınızda 12 min avroya yaxın məbləğ göstərməlisiniz və qəbuldan sonra viza üçün pulu universitetin hesabına köüçürməlisiniz.

Dövlət proqramı ilə xaricdə təhsil

Proqramın Tələbləri və Qəbul Şərtləri

Bu proqramlara müraciət edən namizədlər iki mərhələli seçim prosesindən keçməlidirlər. İlk mərhələdə lazımi sənədlər təqdim edilməli və “Şəxsi kabinet”də ərizə təsdiq edilməlidir. İkinci mərhələdə isə namizədlərin müraciətləri dəyərləndirilir və müsbət qiymətləndirilən şəxslər sonrakı mərhələyə buraxılırlar.

Maliyyə Dəstəyi

Azərbaycan hökuməti tərəfindən maliyyə yardımı, tələbələrin xaricdə təhsil alması üçün əhəmiyyətli bir dəstəkdir. Bu yardım, tələbələrin təhsil xərcləri, viza və qeydiyyat xərcləri, aylıq yaşayış xərcləri, tibbi sığorta, beynəlxalq nəqliyyat və digər məsələləri əhatə edir.

Nəticə

Xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclər üçün dövlət proqramları, yüksək keyfiyyətli təhsil almaq imkanını təmin edir. Bu proqramlar, tələbələrin akademik və peşəkar inkişafına yardım edərək, onların gələcək karyeralarını gücləndirir.

Xaricdə təhsil almış tələbələrin rəyləri

  • Xaricdə təhsil üçün “İstanbul Group” şirkətinə müraciət etdim və burada çalışan mütəxəssislərin köməyi ilə Ankara Universitetinin bakalavr üzrə “idarəetmə” ixtisasına qəbul oldum. Sənədləşmə işlərindən başlayaraq orada yerləşməyimə qədər bütün prosesdə mənə dəstək oldular. Hal-hazırda 2-ci kursda təhsil alıram və buradakı təhsildən çox razıyam.
  • Polşada təhsil almaq istəyirdim, lakin necə və haradan başlamaq lazımdır bilmirdim. “İstanbul Group” şirkəti sayəsində bütün suallarıma cavab tapdım və hal-hazırda Varşava Dövlət Universitetində “hüquq” təhsili alıram. Göstərdikləri xidmətə görə “Rusiyada Təhsil” şirkəti əməkdaşlarına təşəkkür edirəm.
  • İşlərimlə əlaqədar əyani təhsil ala bilmirdim və qərara gəldim ki, distant təhsil üzrə davam edim. Azərbaycanda bir çox şirkətləri araşdırdım və araşdırmalarımı yekun olaraq “İstanbul Group” şirkətində dayandırdım. Xüsusilə distant təhsil üzrə peşəkar komanda heyəti olan “Rusiyada Təhsil” şirkətinin köməyi ilə İstanbul Universitetində “işletme” üzrə magistr təhsili alıram. Distant təhsil almaq və bu sahədə düzgün istiqamət istəyən tələbələrə “İstanbul Group” şirkətini tövsiyə edirəm.

FAQ

Rusiya universitetlərində təhsil almaq tələbələrin təhsil həyatına töhfə verməklə yanaşı, onların dilini və mədəniyyətini təkmilləşdirir, dünyaya baxışını gücləndirir. Ölkənin təhsil sahəsində irəliləyişlərini nəzərə alsaq, inkişaf etmiş ölkələrlə rəqabət aparan səviyyədə olması və kifayət qədər müasir olması da diqqətdən kənarda qalmamalı bir nüansdır.

İmtahansız qəbul olmaq imkanı, ikili diplom almaq şansı, dünya sıralamasında ilk 500 universitetdə təhsil almaq imkanı kimi bir çox üstünlükləri olan Rusiya universitetlərində təhsil üstünlükləri arasındadır.

İstanbul Group şirkəti tələbə üçün ən uyğun şəhər və universiteti müəyyənləşdirir və tələbəyə uyğun hərəkət edir və sizə deyəcəyimiz sənədləri təqdim etsəniz, müraciətiniz problemsiz həyata keçirilir.

Xarici tələbələr əvvəlcə Türkiyə universitetinin birinci kursu üçün müraciət etməlidir. Qeydiyyatdan sonra tələbə öz ölkəsinin milli universitetində müəyyən sayda dərsi bitirdiyi barədə akademik hesabat təqdim edə bilər. Xüsusi komissiya hesabata baxacaq və xarici tələbənin təqdim olunmuş sənədə uyğun olan sinfə köçürülməsi barədə qərar verəcək. Bununla belə, siz öz universitetinizdə diplom aldıqdan sonra növbəti təhsil səviyyəsinə keçə bilərsiniz. Misal üçün; Əgər bakalavr pilləsini bitirmisinizsə, Türkiyə universitetlərinin magistraturasına müraciət edə bilərsiniz.

Avropada biznes və mühəndislik kimi fakültələr üzrə bakalavr təhsil müddəti adətən 4 il çəkir. Bəzi universitetlər və ya proqramlar üçün bu müddət dəyişə bilər. Məsələn, tibb təhsili 6 il davam edərkən; Stomatologiya, əczaçılıq kimi ixtisaslar 5 il çəkir.

Orta məktəb qiymətlərinizin ən azı 3-4 olması lazımdır. Hazırlıqdan sonrakı bakalavr proqramında 1 qiyməti olanlar universitetdən xaric edilir. Ümumilikdə isə ortalama qiyməti 4-5 olanların daha reytinqli universitet qazanma şansı çoxdur.

Xaricdə Təhsil Təcrübəsi üzrə Məsləhətlər

Nə Əldə Edəcəksiniz?

Diplomların tanınması

Ən sərfəli qiymət

Qanunvericilik

Düzgün istiqamət

Xaricdə qarşılanma

12 illik təcrübə

Xaricdə təhsil

100% Qəbul qarantisi

Xaricdə təhsil almış komanda


Hələ də Sualınız Var?

O zaman bizə müraciət etməkdən çəkinməyin!

Xaricdə Təhsil Məsləhəti Al

Tələbə Rəyləri

Xaricdə Təhsil Alan Tələbələrimiz

Nihad Esgerli

Nihad Əsgərli

Pamukkale Üniversitesi – Hukuk

Hüseynova Gülnarə

Hüseynova Gülnarə

Atatürk Üniversitesi – Kamu Yönetimi

Nihad Enserli

Nihad Ənsərli

Bandırma Onyedi Eylül Üniversitesi

Niyazəliyeva Fatimə

Niyazəliyeva Fatimə

Tekirdağ Namık Kemal Üniversitesi – İnsan Kaynakları

Xaricdə Təhsil haqqında məlumatlar