Namizədlərin etdiyi ümumi səhvlər və qarşısının alınma yolları
Xaricdə təhsil üçün müraciət prosesində uğur təkcə yaxşı qiymətlərlə ölçülmür. Sənədlərin hazırlanma forması, məlumatların təqdimatı, vaxt idarəetməsi və ümumi strategiya da qəbul nəticəsinə birbaşa təsir göstərir. Təcrübə göstərir ki, bir çox namizəd potensialı yüksək olsa belə, bəzi fundamental səhvlərə yol verdiyi üçün istədiyi nəticəni əldə edə bilmir.
Gəlin namizədlərin ən çox etdiyi ümumi səhvlər və onların qarşısının alınma yolları ilə tanış olaq.
Müraciətə plansız yanaşma
Namizədlərin böyük qismi müraciət prosesinə konkret plan olmadan başlayır. Hansı ölkə, hansı universitet, hansı proqram, hansı tarixlər, bunlar düzgün şəkildə strukturlaşdırılmadıqda proses qarışıq və stresli hala çevrilir.
Qarşısının alınma yolu:
Müraciətdən əvvəl mərhələli plan hazırlanmalıdır:
- ölkə və proqram seçimi
- qəbul şərtlərinin araşdırılması
- sənədlərin toplanması
- imtahan tarixləri
- müraciət deadline-ları
Planlı yanaşma informasiyanın itirilməsinin və vaxtın boşuna xərclənməsinin qarşısını alır.
Eyni sənədləri bütün universitetlərə göndərmək
Bir çox namizəd motivasiya məktubunu, CV-ni və digər sənədləri bütün universitetlər üçün eyni formada təqdim edir. Bu isə müraciətin “şablon” kimi görünməsinə səbəb olur.
Qarşısının alınma yolu:
Hər universitet və proqram üçün sənədlər fərdiləşdirilməlidir. Xüsusilə motivasiya məktubu müraciət edilən proqramın məntiqinə uyğun şəkildə yenidən qurulmalıdır.
Real olmayan gözləntilər
Bəzi namizədlər yalnız ən prestijli universitetlərə müraciət edir, lakin öz akademik profili ilə həmin proqramların tələbləri arasında uyğunluq olmadığını nəzərə almır.
Qarşısının alınma yolu:
Universitet və proqram seçimi real göstəricilərə əsaslanmalıdır:
- GPA səviyyəsi
- dil nəticələri
- təcrübə
- əvvəlki qəbul statistikasına uyğunluq
Strategiyada mütləq alternativ seçimlər də yer almalıdır.
Dil tələblərinə laqeyd yanaşma
Bir çox namizəd dil sertifikatı məsələsini gecikdirir və nəticədə müraciətlərini vaxtında tamamlamır və ya minimal tələb səviyyəsini ödəyə bilmir.
Qarşısının alınma yolu:
Dil imtahanlarına hazırlıq müraciətdən ən azı 6–9 ay əvvəl planlaşdırılmalıdır. Sertifikat tələbi olan üniversitetlərin rəsmi minimum balları əvvəlcədən yoxlanılmalıdır.
Sənədlərdə qeyri-dəqiqlik və texniki səhvlər
Səhv yazılmış ad-soyad, uyğun olmayan tarixlər, natamam skanlar, qüsurlu tərcümələr, bunlar müraciətin avtomatik olaraq texniki səbəblərlə rədd edilməsinə gətirib çıxara bilir.
Qarşısının alınma yolu:
Sənədlər göndərilməzdən əvvəl ən azı iki dəfə yoxlanmalıdır. Mümkünsə üçüncü şəxsin də yoxlaması məqsədəuyğundur.
Motivasiya məktubunda süni pafos
Tez-tez rast gəlinən səhvlərdən biri də həddən artıq şişirdilmiş ifadələr, qeyri-real iddialar və süni emosional yanaşmadır. Bu cür mətnlər inandırıcı təsir bağışlamır.
Qarşısının alınma yolu:
Motivasiya məktubu səmimi, ölçülü və məntiqi əsaslandırılmış olmalıdır. Faktlara və real təcrübəyə söykənən üslub daha güclü təsir yaradır.
Deadline-ların qaçırılması
Deadline tarixlərinin unudulması və ya gecikdirilməsi ən geri dönməz səhvlərdən biridir. Bir neçə saatlıq gecikmə belə müraciətin qəbul edilməməsi ilə nəticələnə bilər.
Qarşısının alınma yolu:
Bütün son tarixlər əvvəlcədən qeyd edilməli, yaddaş sistemlərinə əlavə olunmalı və ən azı 1 həftə əvvəl sənədlər tamamlanmalıdır.
Xaricdə təhsil müraciəti təkcə sənəd təqdim etmək deyil, eyni zamanda strateji planlama, düzgün qərarlar və məsuliyyətli yanaşma tələb edən bir prosesdir. Buraxılan səhvlərin böyük əksəriyyəti diqqət və vaxtında planlama ilə rahat şəkildə qarşısı alına bilən məsələlərdir.
Düzgün qurulmuş müraciət strategiyası namizədin real potensialını ortaya çıxarır və qəbul şansını ciddi şəkildə artırır.
Müraciət prosesində düzgün istiqamətə qəbulun ən vacib hissəsidir. Düzgün istiqamət və müraciət üçünsə İstanbul Group yanınızdadır!