Skip links

Ən Yaxşı Tələbə Mübadilə Proqramları Hansılardır? – 2022 Xaricdə Təhsil

İngilis dilində Student Exchange Program kimi bilinən tələbə mübadilə proqramları heç bir illik təhsil və yaşayış haqqı ödəmədən bir tələbənin başqa bir ölkənin universitetində dərslərdə iştirak edəcəyi və ya işləyəcəyi müəyyən bir vaxtdır. Bu proses zamanı universitet tələbələrə yerli dili öyrənmək, yeni ölkə və mədəniyyətlə tanış olmaq imkanı verir və bu baxımdan deyə bilərik ki, tələbə mübadilə proqramları tələbələri qlobal perspektiv inkişaf etdirməyə təşviq edir. Tələbə mübadilə proqramları iki hissəyə bölünür:

Uzunmüddətli: 6 aydan 10 aya qədər və ya 1 ilə qədər davam edən mübadilə proqramları zamanı müvafiq olaraq, iştirakçılar səfər edəcəkləri ölkələrin universitetlərinə daxil olmaq üçün tələbə vizası almalıdırlar.

Qısamüddətli: Bu proqram növü isə 1 həftədən 3 aya qədər davam edir və yay/intensiv və ya mədəni mübadilə proqramları kimi çeşidləri var.

Bəs Ən Yaxşı Tələbə Mübadilə Proqramları Hansılardır?

1. Erasmus Proqramı

Tələbə mübadilə proqramları dedikdə ilk ağıla Erasmus gəlir və Azərbaycandan ən məşhur və ən çox istifadə edilən mübadilə proqramı olan Erasmus proqramı tələbələrə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Avropa ölkəsində təhsil almaq və ya işləmək imkanı verir. Azərbaycanlı tələbələr arasın ən çox üstünlük verilən Erasmus ölkələri arasında Fransa, İspaniya, Almaniya və İtaliya var, lakin proqram ümumilikdə 33 ölkəni əhatə edir və 3 aydan 1 ilə qədər davam edir.

2. Mövlana Tələbə Mübadilə Proqramı

Mövlana tələbə mübadiləsi proqramının Erasmusdan ən fərqli cəhəti onun təkcə Avropanı deyil, dünyanın bir çox ölkəsini əhatə etməsidir və Mövlana tələbə mübadiləsi proqramı ilə bu gün 66 ölkədə təhsil ala bilərsiniz. YÖK tərəfindən müəyyən edilən proqram Türkiyədəki və digər xarici universitetlər arasında tələbə və müəllim mübadiləsini təşviq edir. Bakalavr, magistr və ya doktorantura dərəcələri üçün müraciətlərə açıqdır.

3. ISEP

40 ildən artıqdır ki, Beynəlxalq Tələbə Mübadilə Proqramları (ISEP) tələbələrə dünyanın müxtəlif ölkələrinin universitet və kolleclərində təhsil almaq imkanı yaradır. ISEP mübadilə proqramı 50 müxtəlif ölkədə 300-dən çox qurumla həyata keçirilir, lakin imkanlar oxuduğunuz məktəbdən asılı olacaqdır. Müvafiq olaraq, əgər hazırda təhsil almağa davam etdiyiniz universitet, ISEP üzvüdürsə, siz başqa ISEP mübadilə təşkilatından olan tələbə ilə yerləri dəyişə bilərsiniz. 10-a qədər tərəfdaş universitet və ya kollec arasında seçim imkanınız olacaqdır.

Şərh yaz