Skip links

Amerikada Təhsil Almaq Üçün Haradan Başlamaq Lazımdır?

Universitet təhsili üçün ən çox seçilən ölkələrdən biri olan Amerikada minlərlə ali təhsil təhsil müəssisəsi var və bu seçim çoxluğuna görə də, büdcənizə və istəyinizə uyğun ali məktəbdə təhsil almaq mümkündür. Amma bu seçimləri hansı kriteriyalara görə edəcəyinizi, seçdiyiniz universitetə müraciət edərkən nələrə diqqət edəcəyinizi və maliyyə dəstəyini necə tapacağını bilmirsinizsə, bu məqaləmizdə sizlər üçün bütün detalları ətraflı izah etdik..

Haradan başlamaq lazımdır?

ABŞ-da 3500 universitet arasında seçim etməyə çalışarkən, bir çox meyarlar sizə uyğun olanı tapmaqda kömək edəcəkdir və universitetin yerləşdiyi yer də bu meyarlardan biridir. Əvvəlcə izdihamlı bir şəhərdə və ya sakit bir şəhərdə təhsil almağa üstünlük verdiyinizə qərar verin və bununla yanaşı, istədiyiniz bölgədəki universitetlərə baxarkən sizə təklif olunan yerləşdirmə imkanlarını qiymətləndirməyi unutmayın. Bir çox tələbə tək başına yaşamağı səbirsizliklə gözləyirç lakin bu ilkin azadlıq həvəsi söndükdən sonra tələbələrin əksəriyyəti fərqli düşünməyə başalyır. Yaşadığınız mühitin rahat olması və sizinlə uyğun bir otaq yoldaşının olması ətraf mühitə uyğunlaşmanız üçün də vacibdir.

Amerika universitetlərində təhsil sistemi və qəbul tələbləri

ABŞ-da universitetlər təhsilə avqustun sonu və ya sentyabrın birinci yarısında başlayır. Tədris ili may ayında və ya ən geci iyunun əvvəlində başa çatır və tələbənin bütün tədris ili ərzində universitetə getməsi məcburidir. Bir çox universitetlərdə tədris ili semestr adlanan iki bərabər hissəyə bölünməklə yanaşı, yay dövrü də var. Bəzi universitetlərdə təqvim ili dörd bərabər hissəyə bölünür və tələbələr yay semestrlərində iştirak edib-etməməkdə sərbəstdirlər.

Amerika universitetləri üçün ən mühüm qəbul tələbləri tələbənin bilik səviyyəsi, akademik statusu, bilik və qabiliyyət testlərindəki nəticələr, motivasiya məktubları və ABŞ-da təhsil və yaşam xərclərini qarşılaya bilməsidir.

İngilis dili bilik səviyyəsi

Amerika universitetlərində təhsil almaq üçün əsas tələblərdən biri ingilis dilini amerikalı tələbə kimi başa düşə və dərs proqramlarını izləyə biləcəyiniz dərəcədə bilməkdir. İngilis dilini çox yaxşı bilməyən tələbənin ABŞ-da hər hansı bakalavr, magistr və doktorantura proqramlarında iştirak etməsi mümkün deyil və ingilis dili səviyyəsi TOEFL testi ilə ölçülür.

Tələbənin akademik vəziyyəti

İstənilən universitetə qəbul olmaq üçün tələbə əvvəlki təhsili zamanı uğur qazanmalıdır. Məsələn, bakalavr təhsili üçün müraciət edən orta məktəb tələbəsi və universitet kursları və qiymətləri üçün müraciət edən aspirantdan transkript tələb olunur. Amerikada bir çox universitet qəbul tələbi kimi minimum B GPA (10-dan 7.5 və ya 4-dən 3) tələb edir. Daha aşağı GPA ilə tələbələri qəbul edən bir çox başqa universitetlər də var və qəbulda dərəcə almaq (məsələn, 57 tələbədən 4-cü) də mühüm rol oynayır.

Tövsiyə məktubları

Namizəd tələbənin müəyyən kurslarda uğur qazanması, dərsə münasibəti və akademik göstəriciləri, mədəni və ictimai fəaliyyəti, beynəlxalq layihə və seminarlarda iştirak etməsi və s. bunlar tələbəni universitetə təqdim və tövsiyə edən sənəd və məktublardır.

Amerikada xərclərin ödənilməsi

Tələbə bank məktubu və ya təqaüd sənədini qəbul olmaq istədiyi universitetə təqdim etmək ilə Amerikada təhsil almaq üçün kifayət qədər maliyyə imkanının olduğunu sübut etməlidir. Bank məktubu tələbənin və ya onun ailəsinin həmin bankda müəyyən məbləğdə pulunun olduğunu bildirən bank arayışından ibarətdir. ABŞ-da təhsil haqqı qiymətləri müraciət etdiyiniz universitet və təhsil proqramlarından asılı olaraq dəyişsə də, illik təhsil haqqı qiymətləri 5.000-30.000 $ arasında dəyişir.

telebe mubadile proqramlari

Maliyyə dəstəyi tapmağın yolları

ABŞ-da bir kollec və ya universitetə qəbul olmaq bir çox beynəlxalq tələbənin arzusudur, ancaq məktəbə qəbul olmaq yalnız başlanğıcdır. Sizin və ya ailənizin universitetə necə pul ödəyəcəyi də universitetə qəbul olmaq qədər vacibdir. Bu səbəbdən qiymətləndirdiyiniz universitetlərin əcnəbi tələbələrə maliyyə dəstəyi verib-vermədiyini mütləq öyrənin. Çünki bir çox özəl və nüfuzlu universitetlər akademik cəhətdən güclü olan tələbələrə səxavətli təqaüdlər təklif edir.

Şərh yaz