Amerikada Təhsil Sistemi Haqqında Ümumi Məlumat
Amerikada təhsil almağa qərar verdiniz, lakin Amerikanın təhsil sistemi haqqında kifayət qədər məlumatınız yoxdursa, aşağıda mövzu ilə bağlı bütün məlumatları sizlər üçün ətraflı şəkildə izah etdik..
Amerikadakı təhsil sistemi Azərbaycan təhsil sistemindən çox fərqlənir və ən böyük fərq Amerikada təhsil sisteminin Azərbaycandakı kimi mərkəzləşdirilmiş sistem olmamasıdır. Hər bir dövlət öz tədris planını və məqsədlərini müəyyən edir müəllimlər isə öz kurrikulum proqramlarının hazırlanmasına cavabdehdirlər. Əzbərləmi deyil, iştiraka təşviq edən tədris metodu tətbiq olunur, dərs zamanı isə şagirdlər sual verir və ya konstruktiv tənqid edir. Müəllimlər passiv şagirdləri sinifdə səfərbər edir, onları müzakirələrdə də iştirak etməyə həvəsləndirirlər. Dərsliyi və digər həftəlik oxunuşları müəllimlər müəyyən edirlər və bundan əlavə, şagirdlərdən hər semestr ev tapşırığı hazırlamaq tapşırılır. Dərslər yüzlərlə şagirdin sıx olduğu sinif otaqlarında və ya bir neçə nəfər kiçik sinif otaqlarında keçirilə bilər və bununla yanaşı, şagirdlər və müəllimlər istədikləri kimi geyinməkdə sərbəstdirlər.
Amerikada əsas təhsil ( bağça, ibtidai məktəb, orta məktəb və lisey) 12 il davam edir. İbtidai və orta təhsil pulsuzdur, orta məktəb tələbələri üçün milli imtahan və ya kurs müraciəti olmasa da, orta məktəb məzunlarından gözlənilən ixtisas tələbləri var. Orta məktəbi bitirən tələbələr attestat və ya diplom proqramları ilə qısa müddətdə praktiki təhsil alaraq iş həyatına başlaya bilərlər və ya istəklərinə uyğun olaraq, texniki institutlara, peşə məktəblərinə və ya universitetlərə davam edə bilərlər.
Universitet təhsili
ABŞ-dakı universitet sistemi, ümumi təhsil sistemində olduğu kimi, tələbələrin əzbər öyrənməkdənsə, onların fərdi qabiliyyətlərini inkişaf etdirmələri, məsuliyyət daşımaları, araşdırmalar aparmaları, layihələr hazırlamları və tələbələr arasında rəqabət yaratmaq üçün şərait yaradır. ABŞ-da universitet təhsilini önlisans, bakalavr və magistratura kimi üç yerə ayıra bilərik.
1. Önlisans dərəcəsi
Önlisans təhsili dövlət tərəfindən maliyyələşdirilən və ya “Community College” və ya “Two-Year College” adlı iki illik özəl məktəblərdə tədris olunur və burada iki il təhsil alan tələbələr oxudqları fakültə ilə bağlı “Dosentlik Diplomu” almaq hüququ qazanırlar. Təhsili davam etdirməyi seçən tələbələr aldıqları kreditləri universitetə köçürməklə və önlisans diplomunun üzərinə daha iki il təhsil alaraq “Bakalavr diplomu” almaq hüququ qazanırlar.
2. Bakalavr dərəcəsi
Amerika universitetlərində bakalavr təhsili dörd il çəkir və bakalavr tələbələri proqrama “ümumi təhsil”, “əsas bakalavriat təhsili” və ya “əsas kurikulum” daxil olan kursları keçərək başlayır və sonra öz ixtisaslarını seçirlər. Tələbələr bakalavr dərəcəsini qazanmaq üçün 120 kredit kurs işi almalıdırlar.
3. Magistratura dərəcəsi
Amerika universitetlərində magistr təhsili iki il davam edir, lakin tezisli və ya dissestasiyasız iki variant mövcuddur. Magistratura təhsilinin bakalavr təhsilindən fərqi ondan ibarətdir ki, o , daha dərin təhsil təklif edir, ixtisas və təlim intensivliyini artırır. Bakalavr səviyyəsi ilə müqayisədə, magistratura səviyyəsində təhsil və öyrənmə daha çox insan yönümlüdür.