Skip links

Amerikada MBA Təhsili Almaq Üçün Tələb Olunanlar

Amerikada MBA Təhsili Almağın Üstünlükləri

Amerikada MBA təhsili almaq o deməkdir ki, istər xaricdə, istərsə də Azərbaycanda işləmək istədiyiniz sektorda həmişə digərlərindən bir addım öndəsiniz. Alacağınız ingilis dili təhsili sayəsində həm ölkənizdə beynəlxalq şirkətlərdə iş tapa bilər, həm də xaricdə bir şirkətdə işə başlamaq üçün müxtəlif ölkələri və mədəniyyətləri tanımaq fürsəti əldə edəcəksiniz.

MBA proqramlarında iştirak edən məzun tələbələr həmişə daha yüksək maaş alır və karyeralarında daha yüksək səviyyəli işlərə sahib olurlar və deyə bilərik ki, bu maaşın yüksəkliyi təhsil aldığınız Amerika universitetlərinin nüfuzu və tanınması ilə düz mütənasibdir. Çünki Ukraynada və ya Polşada MBA təhsili almışam deməklə, Amerikada həmçinin, Twitter, Apple, Google, İntel, Microsoft kimi texnologiya nəhəngləri olan şirkətlərdə karyera qura və yüksək vəzifələrdə çalışa bilərsiniz.

amerikada mba tehsili

Amerikada MBA Təhsili Almaq Üçün Tələb Olunanlar

ABŞ-da MBA təhsili almaq istəyən tələbələri çətin rəqabət gözləyir, çünki ölkə İngiltərə, Kanada, Avstraliya kimi ölkələr arasında dünyanın ən yaxşı MBA proqramlarına sahib universitetləri ilə hər il minlərlə tələbə qəbul edir. ABŞ-da MBA təhsili almaq tələb olunan şərtlər oxuyacağınız universitetə görə dəyişsə də, ümumi tələbləri aşağıdakı kimi sadalaya bilərik;

  • Əgər xaricdə təhsil almağı düşünürsünüzsə, bilməli olduğunuz ilk qayda ingilis dili biliyinizdir. İstər ABŞ, istər İngiltərə, istər Malayziya, istərsə də Finlandiyada ingilis dili bu gün bir çox ölkələrin və universitetlərin ümumi qlobal dilinə çevrilib. ABŞ-da MBA təhsili almaq istəyən TOEFL imtahanından ən azı 80 və ya İELTS imtahanından ən azı 6.0 bal toplamalıdırılar.
  • Baxmayaraq ki, bakalavr diplomunuz GPA 4-dən ən azı 2.5 olmalıdır, lakin GPA-nız nə qədər yüksək olsa nüfuzlu bir məktəbə daxil olmaq sizin üçün bir o qədər asan olacaqdır.
  • İki və ya üç universitet müəllimindən arayış məktubları və ya işçilər üçün işəgötürənlər arayışlar olmalıdır.
  • Xüsusilə işçilərin ən azı iki illik iş təcrübəsini göstərəcyini bir CV
  • Əksər universitetlər olmasa da bəzi universitetlər GMAT test nəticəsini, xüsusən də ən azı 550-dirsə, qəbul edirlər.
  • ABŞ-da MBA proqramında niyə iştirak etmək istədiklərini, seçdikləri universiteti və gələcək planlarını izah edən niyyət məktubu.
  • Bəzi universitetlər sizdən ərizə formalarında verdikləri suallara bir və ya iki abzas esse yazmağınızı tələb edir.

Müraciət zamanı diqqət etməli olduğunuz ən mühüm məsələlərdən biri də seçdiyiniz universitetlərə görə dəyişən müraciət tarixləridir. ABŞ-da MBA təhsili almaq istəyən tələbələrin, xüsusən də keçəcəkləri testləri nəzərə alsaq, tədris ilinin başlanmasına bir il qalmış ərizələrini vermələri və universitetlərin internet saytından ən çox dəqiq və ətraflı məlumat almaq üçün qurumlarla əlaqə saxlamaları faydalıdır.

Şərh yaz