Skip links

Polşanın ən yaxşı universitetləri

Polşa son illərdə Avropada universitet təhsilinin parlayan ulduzudur və hazırda 450-yə yaxın ali təhsil müəssisəsinə ev sahibliyi edir. Bu universitetlərin əksəriyyəti geniş proqramlar üzrə ənənəvi tədris və tədqiqat modelinə əməl etməyə meylli olan bir çox Avropa universitetlərindən fərqli olaraq ixtisaslaşmışdır.

Polşanın ali təhsil sisteminin arta nüfuzu ölkənin təklif etdiyi tək şey deyil. Aşağı yaşam xərcləri, zəngin mədəni irs və gözəl mənzərəsi və ingilis dili hazırlıq proqramları təklif edən bir neçə universitetlə birlikdə Polşanın niyə tez bir zamanda təhsil almaq üçün çox məşhur yerə çevrildiyini başa düşmək asandır. Həmin universitetlər Times Higher Education Wolrd University Rankings 2021-ə görə Polşanın ən yaxşı universitetlərini sizin üçün sadaladıq. Gəlin, həmin universitetlərə birlikdə nəzər salaq!

1. University of Warsaw

Varşava Universiteti Polşanın ən böyük və ən qədim universitetlərindən biridir və eyni zamanda ən prestijli universitetlərdən biridir. Tədrisin əksəriyyəti polyak dilində olsa da, universitet ingilis dilində tədris olunan 20-dən çox proqram təklif edir, o cümlədən iqtisadiyyat, biznes və siyasət elmləri kursları təklif edən Varşava Universiteti 1816-cı ildə Polşanın paytaxtı Varşavada yaradılıb. Təxminən 45.000-dən çox keçmiş tələbəsi var və universitetin əsas kampusu şəhərin mərkəzində yerləşir və bir neçə tarixi saraydan ibarətdir.

Varşava Universitetinin dörd məzunu, o cümlədən fizik Cozef Rotblat və İsrailin keçmiş baş naziri Menahem Beqin Nobel mükafatı laureati olub. Digər görkəmli məzunlar arasında bəstəkar Frederik Şopen və İsrailin qurucu baş naziri David Ben-Qurion da var.

2. Jagiellonian University

1364-cü ildə Polşanın Krakov şəhərində yaradılan Yagellon Universiteti ölkənin qədim digər bir universitetidir və əsas kampus mərkəzi Krakovda yerləşir və universitetdə humanitar, hüquq, təbiət və sosial elmlər və tibb də daxil olmaqla 15 fakültə var. Universitet kitabxanası Polşanın ən böyük kitabxanalarından biridir və burada gizli siyasi ədəbiyyatın böyük kolleksiyası, eləcə də bir neçə orta əsr əlyazmaları da var.

3. SWPS University of Social Sciences and Humanities

Polşa digər bir ən yaxşı universitetlərindən olan Sosial və Humanitar Elmlər Universiteti 1996-cı ildə yaradılıb və bu universitet, Polşada yaradılmış ilk özəl universitet olaraq ali təhsil sistemi tarixinə adını yazdırmışdır. Sosial və Humanitar Elmlər Universiteti tələbələrə müxtəlif akademik və qeyri-akademik imkanlar və xidmətlər təklif edir.

4. Medical University of Warsaw

Varşava Tibb Universiteti Polşanın ən qədim və ən böyük tibb universitetlərindən biridir və ilk akademik tibb kafedrası 1809-cu ildə yaradılmışdır. Universitet Polşanın bir sıra xəstəxanaları ilə bağlıdır. Varşava Tibb Universiteti iki yerdə yerləşir: Bahacha kampusu və Lindleya şəhərciyi. Kampuslarda tələbələrin tam inkişafını və böyüməsini asanlaşdırmaq üçün tələbə klubları, kitabxanalar, idman və reabilitasiya mərkəzləri var.

Şərh yaz