İngiltərədə Magistr Təhsili Almaq
Yüzlərlə illik tarixi, yüksək keyfiyyətli təhsil sistemi, ingilis dilində mükəmməllik əldə etmək imkanı, ABŞ-dan sonra dünyadan ən çox tələbə cəlb edən ölkə, Oksford və Kembric universitetləri daxil olmaqla, beynəlxalq miqyasda nüfuzlu universitetləri ilə tanınan diplomlar və tərcümeyi-hal imkanları ilə İngiltərə bu gün tələbələr üçün ən yaxşı ölkədir. İngiltərədə təhsil almağa üstünlük verən tələbələr, işləmək və təhsil almaq üçün dünyanın hər yerindən gələn tələbələrin və yeni məzunların multikultural quruluşu ilə Avropanın qalan hissəsini araşdırarkən diqqətini maşınqayırma, maliyyə, politologiya, memarlıq kimi ixtisaslara yönədirlər və ölkə sizə qeyri-adi təhsil müddəti təklif edir. İngiltərədə təhsil almaq istəyən tələbələr üçün magistr təhsili ilə bağlı suallara nəzər salaq!
İngiltərədə Təhsil Sistemi
İngiltərə hər il 100-dən çox universitetdə geniş çeşiddə ali təhsil imkanları təklif edir və ABŞ-dan sonra ən çox beynəlxalq tələbəyə malikdir. Bu gün QS və Times Higher Education siyahılarında ilk 10-luğa daxil olan London İmperial Kolleci, Oksford və Kembric universitetlərində beynəlxalq tədqiqat layihələri ilə dünyanın hər yerindən istedadlı və uğurlu tələbələri cəlb edən ölkədə sizi son dərəcə rəqabətli təhsil mühiti gözləyir.
Möhtəşəm tarixi və memarlığı ilə İngiltərə London, Mançester və Liverpul kimi şəhərlərdə tələbələrə qeyri-adi, sosial və mədəni tələbə həyatı təqdim edir və mükəmməl quruluşu və göz oxşayan təbiəti ilə görənləri valeh edir. Keçmişdə dünyanın ilk sənayeləşmiş ölkəsi olan İngiltərə, bu gün qlobal iqtisadiyyata sahib olan az saylı ölkələrdən biridir və xüsusilə də, kimya, əczaçılıq, silah, aviasiya və kosmik sənayedə böyük gücə malikdir. Bu baxımdan, İngiltərə daha yaxşı iş imkanları tapmaq, ingilis dilini təkmilləşdirmək, elmi tədqiqatlarda iştirak etmək və məzun olduqdan sonra ölkədə yaşamaq istəyənlərin tez-tez getdiyi yerdir.
İngiltərədə Magistr Təhsili Almağın Üstünlükləri
Bu gün İngiltərə dünyada İsaak Nyuton, Alan Türinq, Stiven Hokinq və Bertran Rassel kimi bir çox dünya şöhrətli alimləri yetişdirmiş, bir çox elmi kəşf və ixtiralara imza atmış məşhur simaları ilə indiyədən 130 dəfə Nobel mükafatına layiq görülmüş nadir ölkələrdən biridir. Ölkədə təkcə mühəndislik və elm sahəsində deyil, ədəbiyyat, tarix ,memarlıq, musiqi, teatr və kino kimi bir çox incəsənət və dizayn yönümlü sahələr də daxil olmaqla çox saylıq uğurlar əldə etmişdir. Bu gün ədəbiyyatda William Shakespare, Charles Dickens, JRR Tolkien, Vivinenne Westwood, Alexande McQueen moda; kinoda Alfred Hitchcock, Michael Caine, Christian Bale, Helen Mirren, Beatles, Rolling Stones, Pink Floyd, Sting, David Bowie, Elton John kimi adların musiqidə olması hər il İngiltərəyə magistratura təhsili üçün gələn xeyli sayda tələbəni cəlb edir.
İngiltərədə Magistr Təhsili Almaq
Böyük Britaniyada magistratura təhsili əsasən nəzəri təhsil olan və ilin sonunda layihə və tezislərin təqdim olunmasını tələb edən Tədris Magistr və sonunda tezis, akademik araşdırma apararaq ilin sonunda təqdimat və şifahi imtahana cavabdeh olan Tədqiqat Magistri kimi iki qrupa bölünür. Əgər İngiltərədə bakalavr təhsilinizi başa vurmamasınızsa və kifayət qədər ingilis dili və GPA səviyyəsinə malik deyilsinizsə, magistratura öncəsi proqramda iştirak edərək çatışmazlıqlarınızı tamamlaya bilərsiniz.
Magistr Proqramlarına Qəbul Olmaq Üçün Tələb Olunanlar
Böyük Britaniyada magistr təhsil almağı düşünürsüzsə, universitetə müraciət və qəbul tələbləri seçdiyiniz universitet və proqramdan asılı olaraq dəyişir. Əvvəla qeyd edək ki, universitetlərə müraciət mərkəzi sistem olan UCAS vasitəsilə onlayn şəkildə aparılmalıdır. UCAS vasitəsilə edilən müraciətlər üçün tələb olunan sənədlər aşağıdakılardır:
- Magistr proqramları üçün bakalavr dərəcəsi və yüksək GPA nəticəsi tələb olunur.
- Əgər ingilis dili sizin ana diliniz deyilsə, İELTS imtahanından magistr proqramlarına qəbul olunmaq üçün ən az 6.5-7.0 nəticəsində bal toplamamlısınız və buna əlavə olaraq nəzərinizə çatdırmaq istəyirik ki, TOEFL imtahan nəticəsidə əksər universitetlər tərəfindən qəbul olunur.
- Magistratura proqramlarında seçdiyiniz ixtisasdan asılı olaraq GMAT və GRE imtahanlarından biri verməli ola bilərsiniz.
- UCAS ərizə forması və magistr dərəcəsinə görə dəyişən 2-3 referans məktubu təqdim etməlisiniz.
- Müraciət etdiyiniz universitetə ünvanlanacaq niyyət məktubu.
- Keçmiş iş təcrübənizi əgər varsa, sistemə onlayn yükləməlisiniz.
- İncəsənət, dizayn, memarlıq, moda kimi ixtisaslar üçün portfolio.
Bəzi universitetlər lazım bildikləri halda, tələbələrlə telefonla müsahibə ala bilərlər.