Skip links

Xaricdə Təqaüdlü Təhsil Almaq Üçün Etməli Olduğunuz 5 Sadə Addım

Xaricdə təhsil almaq əvəzsiz təcrübədir, lakin bir çox tələbələr xaricdə təhsil almağın yüksək qiyməti səbəbindən qərarlarını təxirə salmalı olurlar, ancaq xaricdə pulsuz və ya daha az pulla təhsil almaq mümkündür! Bununla belə, xaricdə təhsilin qiyməti müraciət edəcəyiniz proqramın növündən, yerləşdiyi ölkədən və həmin ölkənin həyat tərzindən asılı olaraq çox dəyişir. Həyatınızın sonuna qədər unutmayacağınız və gələcək karyeranızı formalaşdıracaq bir macəra yaşayarkən, xərcləri azaltmaq üçün təqaüd proqramlarından yararlana bilərsiniz. Gəlin xaricdə təqaüdlə təhsil almağınıza kömək edəcək addım-addım məsləhətlərə birlikdə nəzər salaq!

xaricde teqaud proqramlari

1. Təqaüd axtarmağa başlayın

Müəyyən meyarlara və nailiyyətlərə cavab verən tələbələrə xaricdə bir çox universitet və səfər edəcəyiniz ölkə tərəfindən təklif olunan çoxsaylı təqaüd imkanları var. Əgər siz düzgün addımlar atsanız və tələbləri layiqincə yerinə yetirsəniz, əslində təqaüd almaq o qədər də çətin deyil. Ümumilikdə xaricdə təqaüd verənlər 3 qrupa bölünür: getdiyiniz ölkənin hökumətinin təklif etdiyi təqaüdlər, dövlət və özəl universitetlərin tələbələrinə verilən təqaüdlər və qurumlara aid yardımlar.

2. Təqaüdlər haqqında məlumat əldə edin

Xaricdə təqaüdlər əsasən aşağı sosial-iqtisadi səviyyəli və yüksək nəticə göstərən tələbələrə verilir və bu baxımdan təqaüdlər haqqında məlumat əldə edərkən, yaşadığınız ölkənin xaricdəki təqaüdlər çərçivəsində olub-olmadığını yoxlamaq faydalıdır. Misal üçün, Böyük Britaniyanın Chevening Təqaüdləri və ya Amerikanın Fulbrayt Təqaüd Proqramları həm bakalavr, həm sə aspirantura səviyyələrində azərbaycanlı tələbələr üçün təqaüdlər, kreditlər və tədqiat fondlarına malikdir.

3. Erkən müraciət edin

Xaricdə təqaüdlə təhsil almaq istəyirsinizsə, erkən təqaüd üçün müraciət etməyin həyatları xilas edəcəyini bilmək faydalıdır və çox vaxt, hətta universitet qeydiyyatı üçün 1 il əvvəl edilən müraciətlər və son tarixlər də təqaüdlər üçün keçərlidir. Ümumiyyətlə, hökumətlər tərəfindən verilən xaricdə təqaüdlər ölkənizdəki səfirliklərin internet saytından izlənilə bilsə də, unutmayın ki, onlar hər il müəyyən tarixlərdə verilir.

4. Qəbul tələbləri

Əksər ölkələr məhdud sayda bakalavr və magistr təqaüd imkanlarına müəyyən müraciət tələbləri əlavə edirlər və bu səbəbdən sizin də bütün göstəriciləriniz yüksək olmalıdır ki, digər rəqiblərinizdən fərqlənə biləsiniz. Xaricdə təqaüd proqramları üçün ümumi tələblər təhsil alacağınız ölkə və universitetdən asılı olaraq dəyişə bilsə də, əskər tələblər aşağıdakılardır:

  • Bakalavr və ya magistr dərəcəsi üçün orta məktəb diplomu
  • Akademik GPA orta qiymət balınız
  • Yaş tələbi
  • TOEFL və ya İELTS balları
  • Motivasiya və ya tövsiyə məktubunuz
turkiyede qiyabi tehsil

5. Müraciətinizi təkrar yoxlayın

Xaricdə təqaüdlə təhsil almaq üçün müraciət etməzdən əvvəl səhv etmək şansınızı iki dəfə yoxlaman;z vacibdir, çünki siz belə olduğu təqdirdə, sənədlərinizdəki çatışmazlıqları, motivasiya və ya tövsiyə məktubunuzda qaçırdığınız detalı və ya hərf səhvinizi əvvəlcədən görə bilərsiniz. Əgər mümkünsə, sənədlərinizi ailənizdən və ya dostlarınızdan başqa bir şəxsə göstərə və onlardan da yoxlamasını xahiş edə bilərsiniz, çünki sizin bu məqamda səhv etmək şansınız yoxdur.

Şərh yaz