Skip links

Xaricdə təqaüd imkanları və tələbləri

Gənclər yerli universitetlərindəki müasir texnologiya və avadanlıqların olmaması, yeniliyə açıq olmayan və “qiymət yazmayan” pedaqoqlar tətəfindən tədris olunan təhsilin onları qane etmədiyindən dolayı xaricdə təhsilə üz tuturlar. Lakin xaricdə təhsil beynəlxalq tələbələr üçün baha başa gəlir. Buna görədə tələbələr xaricdə təhsil arzularını təqaüd proqramları vasitəsilə gərçəkləşdirirlər.

Bəs Təqaüd Proqramlarını Necə Tapmalı?

Birazdan qeyd edəcəyimiz saytlar vasitəsilə siz özünüzə uyğun təqaüd proqramlarını və həmin proqramlar haqqında detalllı məlumatları tapa biləcəksiniz. İlk növbədə qeyd etməliyik ki, siz təqaüd proqramları ilə tanış olmazdan əvvəl təqaüdü qazanmaq üçün qoyulan tələblər və mərhələlərlə tanış olmalısınız. Buna görədə yuxarıda qeyd etdiyimiz məqaləni oxumağınızı və sonra saytlarla tanış olmağınızı tövsiyə edirəm. Xaricdə təqaüdlə təhsil üçün proqramları aşağıdakı saytlar vasitəsilə tapa bilərsiniz:

1.masterportal.com

Bu sayt vasitəsilə siz istədiyiniz ixtisas və ölkədə mövcud olan təqaüd proqramları haqqında ətraflı məlumat ala bilərsiniz. Saytda həm ödənişli, həm də ödənişsiz təqaüd proqramları vardır. Məsələn, siz Avropada Tibb təhsili üzrə təqaüd proqramları ilə maraqlanırsınız. Bunun üçün sadəcə sayta daxil olub, axtarış bölməsinə Avropada Tibb ixtisası yazmaqla sayt sizə uyğun olan proqramları özü tapacaqdır. Saytdan istifadə tamamilə pulsuzdur.

2.topuniversities.com

Həmçinin bu sayt vasitəsi ilədə istədiyiniz ölkə və ixtisas üzrə təqaüd proqramları haqqında detallı məlumatları əldə edə bilərsiniz. Saytın fərqi ondan ibarətdir ki, sayt sizə həmçinin təkcə proqram və ərazi üzrə yox, fərqli kateqoriyalara uyğun olaraqda proqramları təkli edir. Məsələn, inkişafda olan ölkələrdən olan tələbələr üçün təqaüdlər, məşhurların təqdim etdiyi təqaüd proqramları və s. vardir/. Bu saytdan istifadə də ödənişsizdir.

3.scholarships.com

Digər bir sayt olan shcolarships.com-da siz təqaüd proqramları haqqında ətraflı məlumatları öyrənə bilərsiniz. Etməli olduğunuz tək şey saytda qeydiyyatdan keçmək olacaqdır. Daha sonra maraqlandığınız sahələr üzrə mövcud olan bütün təqaüd proqramları ilə tanış ola bilərsiniz.

4.scholars4dev.com

Sayt vasitəsilə siz həm təqaüd proqramları haqqında məlumat ala, həm də beynəlxalq təlimlər, layihələr haqqında ətraflı məlumat tapa bilərsiniz. Təqaüd proqramları haqqında məlumat almaq üçün təhsil almaq istədiyiniz ixtisas dərəcənizi (bakalavr , magistr və doktorantura) və ölkəni daxil etməklə sizə uyğun olan təqaüd proqramları ilə tanış ola bilərsiniz.

5.wemakescholars.com

Bu sayt təqaüd proqramları ilə tanış olmaq və xaricdə təcrübə toplamaq və hətta son müraciət tarixi bitmiş (deadline) təqaüd proqramları haqqında da məlumat ala biləcəyiniz ən faydalı saytlardan biri hesab olunur. Bununlada, sizə uyğun ola biləcəyinizi düşündüyünüz deadline-nı bitmiş təqaüd proqramlarına gələn il vaxtında müraciət edə bilərsiniz.

Şərh yaz