Türkiyədə Təqaüdlə Necə Təhsil Almaq Olar? – Türkiyədə Pulsuz Təhsil
1923-cü ildə qurulan Türkiyə dövləti sözün əsl mənasında Avropa və Asiya qitələri arasında körpü rolu olmaqla, ölkə hər iki qitədə yerləşir. Türkiyə dövlətinin əksəriyyəti Qərbi Asiyada yerləşərək, İran, İraq və Suriya ölkələri ilə həmsərhəd olsa da, kiçik bir hissəi Cənub-Şərqi Avropada yerləşir və Bolqarıstan, Yunanıstan və Gürcütanla həmsərhəddir.
Eyni zamanda Egey, Aralıq və Qara dənizi olmaqla 3 böyük dənizin sahil xəttinə malikdir. Həmçinin Türkiyə dövləti zəngin tarixə və qədim abidələrə malik olan çoxmədəniyyətli bir ölkədir. Bununla yanaşı, hamımızında bildiyi kimi, Türkiyə dövləti bizimlə sadəcə sərhəd qonşusu deyildə, həmçinin qardaş ölkə olması azərbaycanlı tələbələrin xaricdə təhsil üçün müraciət etdiyi ən çox ölkələrdən birincisidir. Coğrafi cəhətdən yaxınlığımız, milli-mədəni bənzərliyimiz, eyni dil ailəsinə mənsubluğumuz və türk vətəndaşlarının azərbaycanlılaraq qarşı sevgi və hörməti bizlərə özümüzü doğma vətənimizdəki kimi hiss etdirir.
Niyə Türkiyədə Təhsil Almalı?
Türkiyə dövlətində istənilən akademik təhsil dərəcəsi üzrə təhsil almağı düşünən tələbələr qərb və orta şərq mədəniyyəti arasında körpü olan daimi inkişaf edən təhsil mühiti tapacaqlardır. Türk ali təhsil müəssisələri çoxlu tədris proqramlarının olduğu və yüksək keyfiyyətli təhsil sistemi ilə tanınır. Geniş kampus imkanları, nüfuzlu universitetləri və keyfiyyətli təhsil sistemi ilə nəinki azərbaycanlı tələbələrin, hətta beynəlxalq tələbələrində Türkiyə dövlətində yerləşən ali təhsil müəssisələrində təhsil almasına əsaslı səbəb yaradır. Buna səbəb isə Türkiyə dövlətinin təhsil sahəsində atdığı uğurlu addımları və prestijli universitetləri vasitəsi ilə bütün dünyaya səs salmasıdır.
Həmçinin Türkiyə universitetləri Avropa ölkələrində daxil olduğu Boloniya təhsil sistemini yüksək səviyyədə tədris edən proqramları əhatə edir. Beləliklə, Türkiyə dövləti universitetlərindən məzun olan tələbələrin əldə etdiyi diplomlar bütün Avropa və dünyanın demək olar ki, bütün ölkələrində tanınıb və yüksək səviyyədə qəbul olunacaqdır. Türkiyə dövlətində yerləşən universitetlərin sayı 207 olmaqla, təxminən 60.000-dən çox təhsil proqramları vardır. Tədris proqramlarının genişliyi sayəsində özünüzə uyğun universitet və tədris proqramları tapmaq çox rahat olacaqdır.
Hər şəhərdə ən az bir universitet yerləşməklə, Türkiyə dövləti demək olar ki, tələbə dostudur və hər universitetdə yerləşən geniş campus imkanları, sosial klublar və idman komandaları tələbələrin təhsil müddətində sosial və aktiv həyat keçirməsinə səbəb olur. Türkiyə universitetləri ən son texnologiyaya və müasir avadanlıqlarla təchiz olunmuşdur. Həmçinin, universitetlərdə ingilis dili proqramların olması və Türkiyə dövlətindən asanlıqla vizanın alınması tələbələrin ali təhsil almaq üçün Türkiyə seçməsinə səbəb olur və bu kimi bir çox əsaslı səbəblərə görə məhz Türkiyədə təhsil almağa dəyər!
Bəs Türkiyədə Necə Pulsuz Təhsil Almaq Olar?
Türkiyədə pulsuz təhsil almaq istəyən tələbələr üçün bir neçə alternativ yollar vardır və belə ki, tələbələrin təqaüd proqramları və mübadilə proqramları vasitəsi ilə pulsuz təhsil almaq imkanından yararlana bilmək imkanları vardır. Türkiyə dövlətində təqaüdlə təhsil almaq istəyən tələbələrin ən çox yararlandığı Türkiyə Bursları təqaüd proqramıdır və Türkiyə Bursları təqaüd proqramı vasitəsilə ilə hər il minlərlə tələbə Türkiyədə pulsuz təhsil almaq xəyallarını gərçəkləşdirirlər. Təqaüd proqramı bakalavr, magistr və doktorantura səviyyələrini əhatə edir. Təqaüd proqramında iştirak etmək üçün tələbə namizədlərdən tələb olunan bəzi şərtlər vardır:
- Tələbə namizədlər bakalavr təhsili üçün 21 yaşın altında olmalı;
- Tələbə namizədlər magistr təhsili üçün 30 yaşın altında olmalı;
- Tələbə namizədlər doktorantura təhsili üçün 35 yaşın altında olmalı;
- Namizədlər tələb olunan minimum akademik nailiyyətə sahib olmalı (hər hansı bir təhsil müəssisəsində qiymət ortalaması)
Tələb olunan minimum akademik nailiyyət bakalavr namizədləri üçün ortalama 70%, magistr namizədləri və doktorantura namizədləri üçün 75%, Tibb elmləri (Tibb, stomatologiya və əczaçılıq) üçün isə akademik ortalama 90% olmalıdır.
Təqaüd Proqramlarına Necə Müraciət Etmək Olar?
Türkiyə təqaüd proqramlarına müraciət internet üzərindən aparılır və bu sənədlər tələb olunur:
- Şəxsiyyət vəsiqəsi və ya xarici passport
- Yaxın zamanlarda çəkilmiş fotoşəkil
- Beynəlxalq imtahan nəticəsi (varsa)
- Diplom və müvəqqəti məzuniyyət sənədi
- Akademik transkriptlər
- Beynəlxalq imtahan nəticələri (GRE, GMAT, YDS, YÖS və s.) seçilmiş proqram tərəfindən tələb olunarsa
- Dil testi nəticələri (seçilmiş proqram tələb edərsə)
- Araşdırmaq mövzusu təklifi və gördüyünüz işin yazılı bir nümunəsi (yalnız doktorantura müraciətləri üçün)
Türkiyə universitetlərində tədrisin türk dilində olmasına baxmayaraq, bəzi universitet və ixtisaslar ingilis və digər dillərdə də tədrisi həyata keçirə bilirlər və buna görə də bu proqramlarda təhsil almaq istəyən namizədlərin beynəlxalq səviyyədə tanınmış dil bilik sertifikatı olmalıdır. SAT, TOEFL, GRE, GMAT və s. imtahan sertifikatları tələb olunur.