Skip links

Ukraynada Necə Təqaüdlə Təhsil Almaq Olar? – Rusiyada Pulsuz Təhsil

Xaricdə təhsil almaq internet və inkişaf edən texnologiyalar sayəsində artıq asanlıqla həll olunan bir prosedur halına gəlmişdir, çünki tələbə namizədlər ingilis dili bilikləri sayəsində artıq təhsil almağı planlaşdırdıqları universitetlərə asanlıqla online olaraq müraciət edə bilirlər. Həm ölkələr, həm də ali təhsil müəssisələri tərəfindən maliyyələşdirilən təqaüd proqramları, təhsil kreditləri və Erasmus kimi mübadilə proqramları vasitəsilə xaricdə təhsil arzularını gərçəkləşdirə bilirlər. Xaricdə təhsil almaq üçün ilk növbədə gənclər təhsil almaq istədikləri ölkəni seçməlidirlər. Bu yazımızda sizlərə həm azərbaycanlı, həm də beynəlxalq tələbələrin xaricdə təhsil almaq üçün ən çox müraciət etdiyi ölkələrdən biri olan Ukraynada təhsil və təqaüd imkanları haqqında ətraflı məlumat verəcəyik.

Niyə Ukraynada Təhsil Almalı?

Ukrayna dövləti əsrlər boyu təhsilə dəyər verən bir dövlət olaraq təhsil sahəsində özünü doğrultmuşdur. 500-dən çox ali təhsil müəssisəsinə ev sahibliyi edən Ukrayna dövləti tarixdə ən qədim və köklü universitetlərə sahibdir. Bu səbəbdən Ukrayna universitetləri dünyanın ən nüfuzlu ali təhsil müəssisələri arasındadır və Ukrayna universitetlərinə nəzər salsaq, ali təhsil müəssisələrinin ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunduğunun, geniş kampus imkanlarına sahib olduğunun və ən vacibi universitetlərdə digər Avropa ölkələrində də mövcud olan Bolonya təhsil sisteminin burada da tətbiq olunduğunu müşahidə etmiş olacayıq.

Bununla bərabər, Ukrayna dövlətində yerləşən ali təhsil müəssisələrinin hər biri Avropa Universitetləri Birliyinin üzvüdür. Ukraya universitetləri savadlı və peşekar akademik heyətdən ibarət olaraq, dərs verən bütün müəllimlərin tərcümeyi-halına baxsaq, öz sahələrində uğurlu və olduqca məsuliyyətli olduqlarını müşahidə edəcəyik.

Ukraynada Necə Təqaüdlə Təhsil Almaq Olar?

Xaricdə təhsil əcnəbi tələbələr üçün nisbətən baha başa gəldiyindən dolayı, əminliklə deyə bilərik ki, xaricdə təhsil almaq istəyən hər bir tələbə təqaüd proqramları haqqında maraqlanmışdır. Bu zaman tələbə namizədləri xaricdə təhsil arzularını təqaüd proqramları vasitəsi ilə həyata keçirirlər. Ukrayna dövlətində isə təqaüdlə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün müəyyən təqaüd proqramları vardır. Həmin təqaüd proqramlarını aşağıdakı siyahıda qeyd etmişik və hər bir təqaüd proqramı haqqında linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz:

  1. School of Russian and Asian Studies Scholarships and Grants
  2. İREX Scholarships
  3. Ukrainian İnternational Education Council Scholarships and Grants
  4. Educationa Future İnternational Scholarships
  5. İnternational Visegrad Fund

Hər bir təqaüd proqramı haqqında daha ətraflı məlumat almaq üçün müvafiq proqramın rəsmi saytlarına daxil olub, tələb olunan akademik göstərici və nailiyyətlər, həmçinin qəbul şərtləri və tələb olunan sənədləri öyrənə və sizə uyğun olan təqaüd proqramına müraciət edə bilərsiniz. Bundan əlavə nəzərinizə çatdırmaq istəyirik ki, müraciət etdiyiniz təqaüd proqramından asılı olaraq, təqaüdlərin miqdarı 5.000-30.000 USD arasında dəyişə biir.

Şərh yaz