Skip links

Rusiyada Necə Təqaüdlə Təhsil Almaq Olar? – Rusiyada Pulsuz Təhsil

Sahəsinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsi olmaqla yanaşı, 143 milyonluq çoxmillətli ölkə olan Rusiya əhalisinin 80%ni ruslar təşkil etməkdədir. Ancaq Rusiya dövlətində 150-dən çox etnik qruplar birlikdə yaşayır və ölkənin rəsmi dili rus dili olmasına baxmayaraq, danışılan dillər tatar, ukrayn və ingilis dilləridə daxilidir.

rusiyada pulsuz tehsil

Dünyanın ən yaxşı muzey teatrlarına və operalarına sahib olan ölkənin böyük bir sənət və dünya mədəniyyətinə böyük töhfə vermiş ədəbiyyat irsi vardır. Rus yazıçıları dünya ədəbiyyatında böyük izlər qoymuş və Nobel mükafatına layiq görülmüşlərdir, həmçinin Rusiya dövləti ölkələr arasında çətinliklə viza verən ölkə olmasına baxmayaraq, keçmiş SSRİ ölkəsi olduğumuzdan dolyı azərbaycanlı vətəndaşlar Rusiya dövlətinə vizasızda asanlıqla daxil ola bilirlər.

Rusiyada Təhsil Almağın Üstünlükləri Nələrdir?

Xaricdə təhsil almağı düşünən beynəlxalq tələbələr üçün Rusiya dövləti son illərdə iqtisadi və mədəni inkişafı ilə Avropa və Asiyanın müxtəlif ölkələrində təhsil alan tələbələr üçün bir nömrəli seçim halına fəlmişdir. Rusiyada təhsil almağa üstünlük verən tələbələrin sayını nəzərə alsaq, son iki ilə nisbətən ciddi bir artım dərəcəsinin olduğunu müşahidə etmiş olacayıq. Bu artımın səbəbini təhsil mütəxəssisləri Rusiyada verilən yüksək keyfiyyətli təhsilin olması və bir çox Avropa və Asiya ölkələri tərəfindən tanınan diplomların alınması Rusiyada təhsil seçimini artıran ən vacib amillərdən biridir.

Rusiya böyük bir ölkə olmaqla, Kalininqraddan Vladivostoka qədər 82 bölgədə yerləşən 700-dən çox universitetə sahibdir. Xüsusilədə Elm və Mühəndislik ixtisaslarında ağla gələn ilk universitetlərdən olan Rusiya universitetləri mütəxəssis riyaziyyatçılar, fiziklər, geoloqlar və həkimləri ilə dünyanın ən qabaqcıl ali təhsil müəssisələri arasındadır. Rusiya universitetləri xaricdə işləyən savadlı və peşekar müəllim heyəti sayəsində çox güclü istinadlara və beynəlxalq əlaqələrə sahibdir. Həmçinin demək olar ki, bütün Rusiya ali təhsil müəssisələri dünyanın hər bir universitetləri ilə tələbə mübadiləsi proqramları həyata keçirirlər. Bu beynəlxalq əlaqələr sayəsində universitetləri bitirib məzun olan hər bir tələbəyə uyğun iş imkanları təmin edilir.

Rusiyada Necə Təqaüdlə Təhsil Almaq Olar?

Rusiya Federasiyasında təqaüdlə təhsil almaq istəyən tələbələr üçün bu yazımızda iki təqaüd proqramı haqqında ətraflı məlumat verəcəyik və haqqında bəhs edəcəyimiz ilk təqaüd proqramı Open Doors Scholarships olacaqdır. Təqaüd proqramı Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir. Bu proqram rus vətəndaşlığı olmayan və magistr təhsillərini Rusiya universitetlərində təqaüdlə davam etdirmək istəyən namizədlər, həmçinin bakalavr təhsilini davam etdirən tələbələrin iştirak etməsi üçün nəzərdə tutulmuşdur.

Namizədlər ilk növbədə təqaüd proqramın rəsmi saytından qeydiyyatdan keçməlidirlər və təqaüd prorqamı iki online mərhələdən ibarətdir. Təqaüd proqramında həm ingilis, həm də rus dilində təhsil almaq mümkündür. Lakin hər bir ixtisas üzrə ingilis dilli proqramlar mövcud deyil. Proqramın tələbləri arasında ingilis dili biliklərinə aid dil sertifikatları tələb olunmasında ediləcəkdir, əgər namizədin sənədləri proqramında tələblərinə uyğun olarsa, onun üçün online imtahan təşkil olunur. İmtahandan uğurlar keçən tələbələr təqaüd proqramına qəbul olunurlar və hər ay tələbələrə 1500 rubl təqaüd verilir. Open Doors Təqaüd Proqramı haqqında ətraflı məlumat əldə etmək üçün proqramın rəsmi saytında bu linkdən daxil ola bilərsiniz.

Digər bir proqram isə Russia Study or Future in Russia təqaüdüdür. Bu təqaüd proqramı isə tələbə namizədlərin həm bakalavr, həm də magistr dərəcəsi üzrə Rusiya universitetlərində pulsuz təhsil almalarını nəzərdə tutmuşdur. Bakalavr proqramları üçün müraciət edildiyi halda namizədin akademik göstəricilərinə diqqət edilir. Təqaüd proqramında iştirak etmək üçün sadəcə proqramın rəsmin saytında qeydiyyatdan keçib online ərizə formasını doldurmaq lazım olacaqdır. Namizədlər ərizə formalarına tələb olunan sənədləri əlavə etməlidirlər. Həmçinin, təqaüd proqramında tələbələrin 6-ya qədər universitet seçimi etmək hüquqları var. Təqaüd proqramı haqqında ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün bu linkdən müraciət edə bilərsiniz.

Şərh yaz