Türkiyədə Qiyabi Təhsil Almaq – 2022 ƏN YENİ
Qiyabi təhsil zaman və mühitdən tamamilə asılı olmayaraq, professor-müəllim heyətinin və tələbələrin universitetə getmək məcburiyyəti olmadan, mövcud kompüter texnologiyaları vasitəsilə tamamilə virtual audio, canlı və video dərslərin tədris edildiyi iştirakçıların istədikləri zaman bu cür dərslərə yenidən baxa bildiyi müasir şəraitdə təhsil və təlimin tez bir zaman mənimsənilməsinə kömək edir. Koronavirusla bir çox universitetlər dünyanın hər yerində tələbələrə onlayn kurslar təklif etməyə başlayıb. Distant təhsil kimi də tanınan onlayn təhsil, tələbələrin ümumiyyətlə tədris müəssisəsindən fərqli bir yerdə, çox güman ki, evdən və kompüter vasitəsilə vaxt məhdudiyyəti olmadan aldıqları öyrənmə formasıdır.
[bizimleelaqe]
Türkiyədə qiyabi təhsil haqqında
Türkiyə dövlətində qiyabi təhsil “uzaktan eğitim” adlanaraq, 184 ali təhsil müəssisəsindən 68 universitet eğitim təklif etməkdədir və 1927-1960-cı illər arasında distant təhsil sahəsində aparılan müzakirələr və təkliflər distant təhsilin yaranma mərhələsini təşkil etmişdir. Bu illərdə ünsiyyət vasitəsi ilə savadlılığın yayılması qarşıya məqsəd qoyulmuşdur. Türkiyədə distant təhsil ilk dəfə 1950-ci ildə Ankara Universiteti Hüquq fakültəsinin işçiləri üçün xidmət işi çərçivəsində tətbiq olunmuşdur. Daha sonralar distant təhsil həyata keçirilməyə başlamışdır və ilk dəfə kompyuter dəstəyi vasitəsilə 2000-ci ildə İstanbul Bilgi Universitetinin MBA proqramlarında distant təhsil tətbiq olunmuşdur.
Qiyabi təhsil üçün tələb olunan imtahan və sənədlər hansılardır?
Ölkəni tərk etmədən Türkiyə universitetlərinin heç birində imtahan vermədən, tək attestat sənədiniz və hansı dərəcə ilə bitirməyinizdən asılı olmayaraq, universitet diplomlarınız ilə təhsil ala bilərsiniz. Təhsil aldığınız müddət ərzində isə yalnız smestr imtahanları zamanı, yəni 6 aydan bir Türkiyə dövlətinə gedib imtahanlarda iştirak etməyiniz lazım olacaqdır. Türkiyə universitetlərinin bir çoxu tələbə namizədləri üçün qiyabi təhsil proqramları təklif etməkdədir və həmin universitetlər arasında Qazi Universiteti, Sakarya Universiteti, Ankara Universiteti, ODTÜ və Mersin Universiteti kimi prestijli və beynəlxalq nüfuza malik universitetlər yer alır.
Yuxarıda qeyd olunan universitetlərdə isə illik təhsil haqqı qiymətləri 2000 tl, yəni 500 manatdan başlayır və həmin universitetlərdə qiyabi təhsil almaq üçün tələb olunan sənədləri aşağıdakı kimi sadalaya bilərik:
- Attestat sənədinin tərcümə olunmuş və notarial qaydada təsdiqi
- Bakalavr diplomunun tərcümə olunmuş və notarial qaydada təsdiqi
- Rəsmi transkript sənədi
- Şəxsiyyət vəsiqəsi
- 3×4 ölçüdə 6 ədəd fotoşəkil
Qiyabi təhsilin üstünlükləri nələrdir?
- Qiyabi təhsil tamamilə tələbə mərkəzlidir və təhsildə bərabər imkanlar yaradır.
- Qiyabi təhsil yer və zaman maneəsini aradan qaldıran və geniş auditoriyanı əhatə edən təlim proqramıdır.
- Texnologiyanın qabaqcıl imkanlarından və vasitələrindən faydalanmaq fürsəti təqdim edir.
- Sağlamlıq problemlərinə görə təhsil hüququndan məhrum olan insanlara 24/7 təhsil imkanları yaradır.
- Ənənəvi təhsildən yararlana bilməyən və işləyən insanlar üçün təhsillərini davam etdirmək imkanı təqdim edən ən yaxşı alternativdir.
- Ənənəvi təhsil sisteminin əlavə xərclərini aradan qaldıraraq, müxtəlif səbəblərdən təhsilini yarımçıq qoyan insanların yenidən təhsil almasına şərait yaradır.
[bizimleelaqe]