Skip links

Türkiyədə Təhsil Almaq Üçün Nə Etməli? – 2022 ƏN YENİ

Şərqlə Qərbin kəsişdiyi yer olan Türkiyə istər təhsil, istərsə də tətil üçün əlverişli və münasib bir dövlət olaraq seçilir və həm Avropaya, həm də Asiyaya yaxın olması Türkiyədə təhsil üçün müraciət etməyi bir çox beynəlxalq tələbələr üçün əlverişli seçim edir. Bununla yanaşı, Türkiyə dövləti son illərdə təhsil sahəsində adını dünyada tanıdan mühüm ölkəyə çevrilib. Tələbələrə yaratdığı rahatlıq, təhsilin keyfiyyətinin günü-gündən artması və həyat səviyyəsinin yüksəlməsi, xarici tələbələrin universitet təhsili üçün Türkiyəyə üstünlük verməsində təsirli olan amillər sırasındadır.

Xarici tələbələr üçün dövlət universitetlərinə və ya özəl universitetlərə qəbul tələbləri eyni olsa da, bəzi hallarda universitetlər arasında fərqli sənəd tələbləri və qəbul tələbləri ola bilir. 170-dən çox universiteti olan Türkiyədəki bütün universitetlər keyfiyyətli təhsili, ictimai həyatda kampusları və bir çox fərqli imkanları ilə həm türk, həm də xarici tələbələrin həyata hazırlanmasında və peşə keyfiyyətlərini qazanmalarında mühüm rol oynayır.

turkiyede bakalavr tehsili

Bakalavr Proqramlarına Qəbul Tələbləri

Türkiyə universitetlərində təhsil almaq istəyən xarici tələbələr əvvəlcə tələb olunan sənədləri tam şəkildə hazırlayaraq aidiyyatı quruma təqdim etməlidirlər və həmin sənədləri aşağıdakı kimi sadalaya bilərik;

  • Tələbə qəbul forması: hər bir universitetin öz qəbul forması var və bu formalar tam doldurulmalı və universitetə təqdim edilməlidir.
  • Orta məktəb diplomu və ya ekvivalenti: orta məktəb attestatı Türkiyə Xarici Nümayəndələri və ya notarius tərəfindən təsdiq edilməli və türk dilinə tərcümə edilməlidir.
  • Transkript (qiymət cədvəli): transkrtipt də məktəb və ya notarius və xarici nümayəndələr tərəfindən təsdiq edilməli və türk dilinə tərcümə edilməlidir.
  • Maliyyə zəmanət məktubu
  • Qeydiyyat haqqı

Universitet qeydiyyatı üçün tələb olunan bu sənədlər akademik təqvimdə göstərilən müddətə qədər universitetin müvafiq şöbələrinə təqdim edilməlidir və buna əlavə olaraq, nəzərinizə çatdırmaq istəyirik ki, sənədlərin gecikməsi və ya çatışmayan sənədlər kimi problemlər üçün qeydiyyat mümkün deyil. Əcnəbi tələbələr Türkiyədə universitet təhsili almaq üçün dil imtahanı verməli və universitetin tələb etdiyi keçid balını keçməlidirlər. Xarici dil imtahanlarında tələb olunan balı toplaya bilməyən tələbələr bir il müddətində dil hazırlığı təhsili alırlar və bu təlimlərdən sonra dili bilinyini təmin edən tələbələr universitet proqramları üzrə əsas proqramda təhsil almaq hüququ qazanırlar.

Tələb olunan imtahanlar

2011-ci ildən etibarən Türkiyədə xarici tələbələrin universitetə qəbul sistemlərində dəyişiklik olub və 2011-ci ilə qədər xarici tələbə imtahanı ildə bir dəfə mərkəzi sistem tərəfindən keçirilirdi. Bu gün hər bir universitet xarici tələbə (YÖS) imtahanını öz strukturunda həyata keçirir. Seçiləcək universitetin xarici tələbə imtahanları universitetlərin rəsmi internet saytında ətraflı şəkildə paylaşılır. Tələbələr imtahan tarixləri, baza balları və imtahan girmək üçün edilməli olanlar kimi bütün məlumatları universitet vasitəsilə asanlıqla əldə edə bilərlər.

Şərh yaz