Skip links

Xaricdə Təhsil Almaq Üçün Tələbə Mübadilə Proqramları

Xaricdə təhsil almaq əvəzsiz təcrübədir, lakin bir çox tələbələr xaricdə təhsil almağın yüksək qiyməti səbəbindən qərarlarını təxirə salmalı olurlar, ancaq xaricdə pulsuz və ya daha az pulla təhsil almaq mümkündür! Bununla belə, xaricdə təhsilin qiyməti müraciət edəcəyiniz proqramın növündən, yerləşdiyi yerdən və ölkənin həyat tərzindən asılı olaraq çox dəyişir. Həyatınızın sonuna qədər unutmayacağınız və gələcəyinizi formalaşdıracaq bir macəra yaşayarkən xərcləri azaltmaq üçün tələbə mübadilə proqramları haqqında bütün məlumatlar burada.

Tələbə Mübadilə Proqramı Nədir?

İngilis dilində Student Exchange Program kimi bilinən tələbə mübadilə proqramı bir tələbənin başqa bir ölkədə və adətən dərslərdə iştirak edəcəyiniz və ya işləyəcəyiniz tərəfdaş bir universitetdə keçirdiyi müəyyən vaxtdır. Bu proses zamanı universitet tələbələrinə yerli dili öyrənmək, yeni ölkə və məədniyyətlər tanış olmaq imkanı verir və bu baxımdan deyə bilərik ki, tələbə mübadilə proqramları tələbələri qlobal perspektiv inkişaf etdirməyə təşviq edir.

Bəs hər hansı bir ödəniş edilirmi?

Əlbəttə yox! Tələbə mübadilə proqramlarında iştirak edən tələbələr ödəniş etməməklə yanaşı, həm də getdikləri ölkələrdə təhsil və yaşayış haqları üçün iştirak etdikləri proqramlara uyğun olaraq müəyyən qrant alırlar. Yaşayış üçün sizə ev sahibi ailə ilə qalmaq və ya tələbə yataqxanalarında qalmaq təklif oluna bilər. Bu, fərqli həyat tərzi, yeni perspektivlər və alternativ akademik təcrübələr yaşamaq üçün əla fürsətdir.

Ən Yaxşı Tələbə Mübadilə Proqramları Hansılardır?

Erasmus Proqramı

Tələbə mübadilə proqramları dedikdə ilk ağıla Erasmus proqramı gəlir və Azərbaycanda ən məşhur və ən çox müraciət edilən tələbə mübadilə proqramı olan Erasmus tələbələrə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Avropa ölkələrində təhsil almaq və ya işləmək imkanı verir. Azərbaycanlı tələbələr arasında ən çox üstünlük verilən Erasmus proqramı ölkələri arasında Fransa, İtaliya, İspaniya, Almaniya və İtaliya var, buna baxmayaraq proqram ümumilikdə 33 ölkəni əhatə edir və 3 aydan 1 ilə qədər daavm edir.

Mevlana Mübadilə Proqramı

Mevlana tələbə mübadiləsi proqramının Erasmus proqramından ən fərqli cəhəti onun təkcə Avropanı deyil, dünyanın bir çox ölkəsini əhatə etməsidir və Mevlana tələbə mübadiləsi proqramı ilə bu gün 66 ölkədə təhsil ala bilərsiniz. YÖK tərəfindən müəyyən edilən və maliyyələşdirilən Mevlana tələbə mübadiləsi proqramı Türkiyədəki və digər xarici universitetlər arasında tələbə və müəllim mübadiləsini təşviq edir. Bakalavr, magistr və ya doktorantura dərəcələri ilə yanaşı, professor-müəllim heyəti üçün də müraciətlərə açıqdır.

ISEP

40 ildən artıqdır ki, Beynəlxalq Tələbə Mübadilə Proqramları (ISEP) tələbələrə dünyanın müxtəlif ölkələrinin universitet və kolleclərində təhsil almaq imkanı yaradır. ISEP tələbə mübadilə proqramı 50 müxtəlif ölkədə 300-dən çox qurumla həyata keçirilir, lakin imkanlar oxuduğunuz məktəbdən asılı olacaqdır. Müvafiq olaraq, əgər hazırda təhsil almağa davam etdiyiniz universitet, ISEP üzvüdürsə, siz başqa ISEP mübadilə təşkilatlarından olan tələbə ilə yerləri dəyişə bilərsiniz. 10-a qədər tərəfdaş universitet və ya kollec arasında seçim imkanınız olacaqdır.

Şərh yaz