Skip links

Erasmus Proqramı Niyə Vacibdir? | Proqrama Qəbul Tələbləri Nələrdir?

Erasmus proqramı 1980-ci illərin sonlarından mövcud olan və Avropa İttifaqı tərəfindən idarə olunan dünyada ən populyar tələbə mübadilə proqramıdır. Erasmus proqramı bakalavr tələbələri üçün xaricdə təhsil və təcrübə imkanlarından əlavə, magistr və doktorantura səviyyələri və professor-müəllim heyəti üçün layihələri də əhatə edir. 3-12 ay davam edən proqrama 37 ölkədə 4000-dən çox ali təhsil müəssisələri daxil olmaqla, İspaniya, Almaniya və Fransa beynəlxalq tələbələrin ən çox üstünlük verdiyi ölkələr sırasındadır.

erasmus proqrami

Erasmus Proqramının Faydaları Nələrdir?

Avropada yaşayan bütün tələbələr üçün ən populyar mübadilə proqramı olan Erasmus proqramı tələbələrə geniş kurs və təhsil proqramları təklif etməklə yanaşı, proqramın faydalarını aşağıdakı kimi sadalaya bilərik:

  • Xaricdə təhsil almaq istəyən tələbələr üçün Erasmusun bir parçası olmaq, xarici ölkədə məhdud müddətə də olsa yaşamaq təcrübəsi qazanmaq və yeni insanlarla tanış olmaq deməkdir.
  • Səfər etdiyiniz ölkədə xarici dilinizi təkmilləşdirmək, sizin kimi müxtəlif Avropa ölkələrindən olan tələbələrlə təcrübə keçmək və öyrənmək imkanınız olacaq.
  • Erasmus proqramı ilə siz gələcək karyera planlarınız üçün mühüm bir addım atmış və CV-nizə əlavə etmək üçün yaxşı təcrübə qazanmış olacaqsınız. Unutmayın ki, işəgötürənlər xaricdə təhsili və iş təcrübəsi olan işçilərə daha çox rəğbət bəsləyirlər!
  • Və təbii ki, ən yaxşı tərəfi odur ki, inkişaf etmiş sosial mühitdə unudulmaz təcrübə keçirib, dostluq dairəsi qaazanırsınız. Eyni zamanda, Erasmus proqramı ilə siz ölkənizin hüdudlarından kənarda hər zaman ziyarət edə biləcəyiniz və sizi ziyarətə gələcək insanlarla tanış olursunuz.

Erasmus Proqramının Qəbul Tələbləri Nələrdir?

Erasmus mübadilə proqramında iştirak etmək istəyən tələbələr Erasmusa müraciət edə bilmək üçün müəyyən şərtlərə cavab verməlidirlər. Getmək istədiyi ölkə, şəhər və universiteti seçən namizəd tələbələr üçün Erasmus şərtləri aşağıdakılardır:

  1. Namizəd tələbə bakalavr və ya magistr təhsilinin birinci kursunu tamamlamalıdır.
  2. Bakalavriat tələbələri üçün 4.00-dan ən azı 2.00-dan, magistr və doktorantura tələəbləri üçün isə 4.00-dan ən azı 2.50-dən orta akademik qiymətləri olmalıdır.
  3. Erasmus proqramı üçün İELTS və ya TOEFL kimi xarici dil biliyi imtahanlarından ən azı 70 bal toplamalıdırlar.
  4. Erasmus proqramına daxil olan universitet sşöbəsinə müraciət etməlidirlər.

Unutmayın ki, hər bir tələbə təhsil müddəti ərzində yalnız bir dəfə qrantla Erasmus proqramından yararlana bilər!

Erasmus Proqramı İlə Hansı Ölkələrə Gedə Bilərsiniz?

Erasmus proqramı ilə gedə biləcəyiniz 37 ölkə var, burada universitet həyatınızın ən gözəl, ən rəngarəng və həyəcanlı təcrübələrini yaşaya bilərsiniz. Hər ölkə və şəhərə görə alacağınız Erasmus haqları və nəqliyyat xərclərinə görə dəyişə bilər. Bu baxımdan, Danimarka və Finlandiya kimi ölkərədə yaşayış xərclərinin yüksək olması bu ölkələrin əvəzinə Polşa və Estoniya kimi ölkələri seçməyinizi tələb edə bilər.

Müraciət etməklə Erasmus Proqramında iştirak etmək hüququ qazanan tələblər müqavilə bağladıqları ölkələrdən və universitetlərdən özlərinə uyğun olanı seçirlər. Bu mərhələdə tələbə Erasmus Proqramı ilə nə etmək istədiklərini sadalayaraq qərar verməlidir. Yaxşı təhsil almaq, xarici dil inkişaf etdirmək, yeni yerlər görmək və mədəniyyətləri tanımaq ən bariz olanlardır.

Şərh yaz