Türkiyədə Magistr Təhsili Almaq Üçün Nə Etməli?
Türkiyə ali təhsilə keçiddə 94% qəbul nisbəti ilə dünyanın ən qabaqcıl ölkələrindən biridir, universitetləri və akademik təşkilatları ilə beynəlxalq miqyasda çox prestijli mövqede olan bir təhsil ölkəsidir. Eyni zamanda, Türkiyə Avropa Ali Təhsil Sisteminin bir hissəsidir; Qloballaşan dünyada hər sahədə sürətli dəyişikliyə görə ali təhsil sahəsinin yenidən qurulması ehtiyacı kimi ortaya çıxan və Avropa ölkələrində ali təhsil müəssisələrinin ortaq başlanğıc nöqtəsi olan Boloniya prosesində mühüm mövqeyə malikdir.
Türkiyədə bir universitetinin diplomları dünyanın bir çox ölkəsində, xüsusən də Avropada tanınır. AKTS sistemi ABŞ və Avropaya uyğun kurs keçmə sistemi kimi tətbiq edilir. Bundan əlavə, Türkiyə tələbə və müəllim heyətinin mobilliyini dəstəkləyən Erasmus çərçivəsində mübadilə proseslərində iştirak edən ən uğurlu ölkələrdən biridir və Erasmus proqramları ilə yanaşı, Mövlana və Farabi mübadilə proqramları da bir çox universitetlərlə güclü beynəlxalq əlaqələrə malikdir. Dünyada ən çox danışılan 5-ci dil olan və mədəniyyət, təhsil və ticarət sahələrində istifadə edilən türkcəni ən doğru və sürətli şəkildə öyrənə biləcəyiniz ölkə Türkiyədir.
Türkiyədə Magistr Təhsili Almaq Üçün Hansı Sənədlər Tələb Olunur?
Türkiyə universitetlərində magistr proqramları yuxarıda qeyd olunduğu kimi, tezli və tezsiz proqramlara ayrılır. Təhsil almaq istədiyiniz magistr proqramını və universitetleri seçdikdən sonra qəbul prosesində tələb olunan sənədlər, imtahanlar və akademik göstəricilər haqqında ətraflı və dəqiq məlumatları universitetlərin rəsmi internet saytında tapa bilərsiniz. Lakin biz sizə indi ümumilikdə əsasən tələb olunan sənədləri təqdim edəcəyik:
- Beynəlxalq Tələbə Qəbul Forması
- Bakalavr və ya magistratura diplomu və onun türk və ya ingilis dilinə tərcümə olunmuş sürəti
- Notarial qaydada təsdiq edilmiş transkript və onun türk və ya ingilis dilinə tərcümə olunmuş sürəti
- Motivasiya və tpvsiyə məktubları
- CV
- Dil biliyini təsdiq edən sənəd
- Proqrama qəbul olunmaq üçün Beynəlxalq İmtahanı (ALES)
- Yazılı imtahanlar və müsahibələr
- Maliyyə zəmanət məktubu
- Qeydiyyat haqqı
Türkiyə universitetlərinə qəbul olunmaq istədiyiniz təhsil dərəcəsindən asılı olmayaraq, müraciət etdiyiniz hər bir proqram növünə qeydiyyatdan keçmək üçün tələb olunan müəyyən ödəniş haqqı vardır və ödənişin miqdarı da universitetdən dəyişiklik göstərməkdədir. Magistr dərəcəsi üçün ilk tələb bakalavr dərəcəsinin olmasıdır və müvəqqəti məzuniyyət sertifikatı qəbul edilmir və bakalavr dərəcəsi tələb olunur. Maturagistra proqramlarına uyğun olaraq fərqli orta qiymətlər olunur və bu orta bal təmin edilməli və ALES imtahanından ən azı 55 bal toplamalıdır.