Rusiyada Dövlət Xətti İlə Necə Təhsil Almaq Olar? – Qəbul Tələbləri Nədir?
Xaricdə təhsil almağı düşünən beynəlxalq tələbələr üçün Rusiya dövləti son illərdə iqtisadi və mədəni inkişafı ilə Avropa və Asiyanın müxtəlif ölkələrində təhsil alan tələbələr üçün bir nömrəli seçim halına gəlmişdir. Rusiyada təhsil almağa üstünlük verən tələbələrin sayını nəzərə alsaq, son iki ilə nisbətən ciddi bir artım dərəcəsinin olduğunu müşahidə etmiş olacayıq. Bu artımın səbəbini təhsil mütəxəssisləri Rusiyada verilən yüksək keyfiyyətli təhsilin olması və bir çox Avropa və Asiya ölkələri tərəfindən tanınan diplomların alınması Rusiyada təhsil seçimini artıran ən vacib amillərdən biridir.
Ümumiyyətlə, xaricdə təhsil almaq əvəzsiz təcrübədir, lakin bir çox tələbələr xaricdə təhsil almağın yüksək qiyməti səbəbindən qərarlarını təxirə salmalı olurlar, ancaq xaricdə pulsuz və ya daha az pulla təhsil almaq mümkündür! Bununla belə, xaricdə təhsilin qiyməti müraciət edəcəyiniz proqramın növündən, yerləşdiyi yerdən və ölkənin həyat tərzindən asılı olaraq çox dəyişir. Həyatınızın sonuna qədər unutmayacağınız və gələcəyinizi formalaşdıracaq bir macəra yaşayarkən xərcləri azaltmaq və minimuma endirmək üçün dövlət proqramı, proqrama qəbul şərtləri və tələbləri haqqında bütün məlumatları ətraflı şəkildə bu məqaləmizdə izah etdik.
Dövlət Proqramı Nədir?
“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə 28.02.2022-ci il tarixində Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşekar kadrların hazırlanmasını təmin etməkdir.
Dövlət Proqramı bu sahədə mövcud olan beynəlxalq təcrübə və meyillər nəzərə alınaraq hazırlanmışdır. Dövlət Proqramında bu sahədə müşahidə edilən qlobal trendlər və onların ölkə potensialına təsirləri qiymətləndirilmiş, mövcud vəziyyət təhlil edilmiş, uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılmış, hədəf göstəriciləri və prioritet istiqamətlər, o cümlədən icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təsbit edilmişdir. Dövlət Proqramının əsas istiqamətləri isə aşağıdakılardır:
- prioritet istiqamətlər üzrə ixtisas sahələrinin müəyyən edilməsi;
- prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının müəyyən edilməsi;
- Dövlət Proqramında iştirakın seçim meyarlarının və prosedurlarının müəyyən edilməsi;
- xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı qaydaların müəyyən edilməsi;
- Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi imkanlarının yaradılması.
Rusiyada dövlət proqramı ilə necə təhsil almaq olar?
Dövlət Proqramı icrası müddətində hər il 400 nəfərdən çox tələbə olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin edilir. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı gələvək inkişafına əlavə dəyər yaratmalarını təşviq edir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənc tələbə namizədlərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaqdır.
Dövlət proqramında iştirak etmək üçün qəbul tələbləri nələrdir?
Rusiyada təhsil almaq istəyən hər bir tələbə namizədi bur proqrama müraciət edə bilər və proqramda iştirak etmək üçün ilk tələb Rusiyadakı ali təhsil müəssisəsinə qəbul olmalı, daha sonra müsabiqə elan olunduqda sənədlərinizi Təhsil Nazirliyinə təqdim etməlisiniz. Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyən tələbə namizədlərin ali təhsil müəssisələrinə qəbul prosesini deyildə, təhsil alacağınız ali məktəbin illik təhsil haqqını dəstəkləyir. Dövlət Proqramına qəbul olmağın əsas şərtlərindən biri odurki, siz dövlət xətti ilə xaricdə təhsil almaq üçün proqramın tələb etdiyi prioritet ixtisaslardan birini seçməlisiniz. Dövlət Proqramının icrası zamanı aşağıdakı prioritet ixtisas sahələrinə üstünlük veriləcəkdir:
- informasiya texnologiyaları;
- mühəndislik;
- statistika və verilənlərin təhlili;
- fundamental və tətbiqi elmlər;
- ictimai səhiyyə;
- ətraf mühit;
- aviasiya və kosmos;
- dövlət idarəetməsi;
- nəqliyyat və logistika;
- energetika;
- maliyyə;
- arxitektura və dizayn;
- kənd təsərrüfatı.