Skip links

Dövlət Proqramı ilə Xaricdə Təhsil

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir.

Dövlət Proqramının icrası Azərbaycan Respublikasının Dövlət Neft Fondunda bu məqsədlə nəzərdə tutulan vəsait hesabına həyata keçirilir.

Dövlət Proqramında yer alan ixtisas sahələri

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın 6.1-ci yarımbəndində sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələrinin siyahısı qeyd edilmişdir. 

– informasiya texnologiyaları;

– mühəndislik;

– statistika və verilənlərin təhlili;

– fundamental və tətbiqi elmlər;

– ictimai səhiyyə;

– təhsil;

– ətraf mühit;

– aviasiya və kosmos;

– dövlət idarəetməsi;

– nəqliyyat və logistika;

– energetika;

– iqtisadiyyat;

– maliyyə;

– arxitektura və dizayn;

– kənd təsərrüfatı. 

“2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində təhsil üçün prioritet ixtisas sahələrinə uyğun təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələrinin 2023/2024-cü tədris ili üçün siyahısı ilə keçid linki vasitəsilə tanış olmaq olar.

Şərh yaz