Skip links

Dövlət Xətti İlə Xaricdə Necə Təhsil Almaq Olar? – Qəbul Tələbləri Nədir?

Xaricdə təhsil almaq əvəzsiz təcrübədir, lakin bir çox tələbələr xaricdə təhsil almağın yüksək qiyməti səbəbindən qərarlarını təxirə salmalı olurlar, ancaq xaricdə pulsuz və ya daha az pulla təhsil almaq mümkündür! Bununla belə, xaricdə təhsilin qiyməti müraciət edəcəyiniz proqramın növündən, yerləşdiyi yerdən və ölkənin həyat tərzindən asılı olaraq çox dəyişir. Həyatınızın sonuna qədər unutmayacağınız və gələcəyinizi formalaşdıracaq bir macəra yaşayarkən xərcləri azaltmaq və minimuma endirmək üçün dövlət proqramı, proqrama qəbul şərtləri və tələbləri haqqında bütün məlumatları ətraflı şəkildə məqaləmizdə izah etdik.

Dövlət Proqramı Nədir?

“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə 28.02.2022-ci il tarixində Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşekar kadrların hazırlanmasını təmin etməkdir.

Dövlət Proqramı bu sahədə mövcud olan beynəlxalq təcrübə və meyillər nəzərə alınaraq hazırlanmışdır. Dövlət Proqramında bu sahədə müşahidə edilən qlobal trendlər və onların ölkə potensialına təsirləri qiymətləndirilmiş, mövcud vəziyyət təhlil edilmiş, uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılmış, hədəf göstəriciləri və prioritet istiqamətlər, o cümlədə icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təsbit edilmişdir. Dövlət proqramının əsas istiqamətləri aşağıdakılardır:

  • prioritet istiqamətlər üzrə ixtisas sahələrinin müəyyən edilməsi;
  • prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının müəyyən edilməsi;
  • Dövlət Proqramında iştirakın seçim meyarlarının və prosedurlarının müəyyən edilməsi:
  • xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı qaydaların müəyyən edilməsi;
  • Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi imkanlarının yaradılması.

Dövlət Proqramı icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbyacn Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl ali təhsil müəssisələrindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edəcəkdir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaqdır.

turkiyede tehsil 2022

Dövlət Proqramına Qoşulmaq Üçün Qəbul Tələbləri Nədir?

Xaricdə təhsil almaq istəyən hər bir tələbə namizədi bu proqrama müraciət edə bilər və proqramda iştirak etmək üçün ilk tələb xaricdəki ali təhsil müəssisəsinə qəbul olmalı, daha sonra müsabiqə elan olunduqda sənədlərinizi Təhsil Nazirliyinə təqdim etməlisiniz. Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyən tələbə namizədlərin ali təhsil müəssisələrinə qəbul prosesini deyildə, təhsil alacağınız ali məktəbin illik təhsil haqqını dəstəkləyir. Dövlət Proqramına qəbul olunmağın əsas şərtlərindən biri odurki, siz dövlət xətti ilə xaricdə təhsil almaq üçün proqramın tələb etdiyi prioritet ixtisaslarından birini seçməlisiniz. Dövlət Proqramının icrası zamanı aşağıdakı prioritet ixtisas sahələrinə üstünlük veriləcəkdir:

  • informasiya texnologiyaları;
  • mühəndislik;
  • statistika və verilənlərin təhsili;
  • fundamental və tətbiqi elmlər;
  • ictimai səhiyyə;
  • təhsil;
  • ətraf mühit;
  • aviasiya və kosmos;
  • dövlət idarəetməsi;
  • nəqliyyat və logistika;
  • energetika;
  • iqtisasiyyat;
  • maliyyə;
  • arxitektura və dizayn;
  • kənd təsərrüfatı.

Şərh yaz