İngiltərədə Təhsil Haqqı Qiymətləri və Yaşam Xərcləri
Böyük Britaniya ölkələri arasında ən populyar təhsil məkanı kimi İngiltərə dünyanın hər yerindən gələn tələbələr üçün unikal öyrənmə və yaşam təcrübəsi təklif edir. Tarixi quruluşu, müasir infrastrukturu, ənənəvi texnologiyadan ən müasir texnologiyaya qədər qısa və çevik proqramları və dünyanın ən hörmətli universitetləri ilə seçilən İngiltərə, xaricdə təhsil almaq istəyənlər üçün Amerikadan sonra ilk dayanacaqlardan biridir.
Beləliklə, İngiltərədə təhsil almaq üçün nə qədər vəsait lazımdır? Əgər İngiltərədə təhsil almaq ilə maraqlanırsınızsa, nəzərə alınmalı ən vacib məsələlərdən biri hər şeyin nə qədər baha olacağıdır və bu yazımızda siz Böyük Britaniyada təhsil və yaşam xərcləri haqqında ətraflı məlumat əldə edəcəksiniz.
İngiltərədə Təhsil Haqqı Qiymətləri Nə Qədərdir?
Böyük Britaniyada universitet qiymətləri təhsil almağı planlaşdırdığınız bakalavr və ya magistr dərəcələrindən və proqramlarından asılı olaraq dəyişir. Böyük Britaniya və Aİ üzv dövlətlərindən olan tələbələr üçün illik təxminən 9.250 £, beynəlxalq bakalavr tələbələri üçün isə orta hesabla 10.000 £ ilə 26.000 funt sterlinq arasındadır. Siz həmçinin tibb bakalavr dərəcəsi üçün 58.600 £-a qədər ödəniş etməlisiniz.
Beynəlxalq tələbələr üçün Böyük Britaniyada magistr və doktorantura təhsili haqları seçdiyiniz universitet proqramlarından asılı olaraq dəyişir və onlar bakalavr proqramlarından daha baha ola bilər. MBA dərəcələri 12.000 £ ilə 35.000 £ arasında dəyişən magistr proqramlarına əlavə olaraq daha yüksəkdir. Dünyanın ən yaxşı MBA universitetlərinin yerləşdiyi Böyük Britaniyada 12 aydan 21 aya qədər akademik müddət ərzində MBA təhsili almaq üçün siz 31.450 £ ilə 87.900 £ arasında ödəniş etməlisiniz.
Böyük Britaniyada Yaşamaq Bahalıdırmı?
Xaricdə yaşayış minimumu baxımından Böyük Britaniya, şübhəsiz ki, dünyanın ən bahalı ölkələri sırasında olacaqdır, xüsusilə də İngiltərənin paytaxtı London tələbələrin büdcəsini bahalı yaşam və yemək haqları ilə sıxışdıracaq. Bununla belə, Böyük Britaniyada təhsil almağın Amerika və Avstraliya kimi ölkələrlə müqayisədə bir çox üstünlükləri var. Əvvəlcə Böyük Britaniyada neçə il təhsil almaq olur sualından başlayaq! Çünki ölkədə bakalavr proqramları 3 ilə, magistr proqramları isə 1 ilə tamamlanır. Bu o deməkdir ki, siz Böyük Britaniyada təhsil və yaşam xərcləri üçün daha az pul ödəcəyəksiniz.
İkincisi, Böyük Britaniya şəhərləri nəqliyyatdan tutmuş muzeylərə və incəsənət qalereyalarından festivallara qədər tələbələr üçün çoxsaylı endirimlər təklif edir. Siz həmçinin ölkədə həftədə 20 saat qədər kampusda və ya kampusdan kənar işləyə və təhsil alarkən əlavə gəlir əldə edə bilərsiniz. Hər bir universitetdə part-time iş tapmaqda sizə kömək etmək üçün karyera mərkəzi olacaq.
Böyük Britaniyada yaşam variantları hansılardır?
Böyük Britaniyada təhsil almaq üçün ilk il əksər tələbələr üçüm ümumi seçim universitet yataqxanalarında yaşamaqdır. Aylıq yerləşmə haqqı daxilində tələbələrə həm mətbəx, həm də yemək təklif edən bu yataqxanalarda yaşayarkən işıq, su və istilik kimi ödənişlərdən də xilas olursunuz. Yaşam üçün orta qiymət illik 5000 £ ilə 9.200 funt strelinq arasında dəyişir, Böyük Britaniyada isə təkcə yaşayış yerinin aylıq yaşayış dəyəri 630 £ ilə 760 £ arasındadır. Londondakı tələbə evlərində bu ödənişlər təxminən 727 £ təşkil edir.
Yataqxanalar əvəzinə şəhərdə bir otaqlı mənzil seçsəniz, ayda təxminən 800 funt sterlinqə başa gələcək, yox əgər dostunuzla birgə mənzil kirayə götürmək qərarınıza gəlsəniz, yaşam xərcləriniz daha da az olacaqdır. Çünki hər ay ödəməli olacağınız elektrik, su, istilik kimi qəbzləriniz üçün 150-200 funt strelinq arası xərc çıxacaqdır.