Fransada Təhsil Və Yaşam Xərcləri Nə Qədərdir?
Dünyanın ən məşhur turistik yerlərindən biri olan Fransa, 300.000-dən çox beynəlxalq tələbə ilə xaricdə təhsil almaq üçün ən yaxşı yerlərdən biridir. Fransada təhsil almağa qərar verdiyiniz zaman, ölkə mürəkkəb və dinamik mühit axtaran hər bir tələbəyə unikal təcrübə təklif edir. Bəs, Fransada təhsil almaq nə qədərdir? Əgər Fransada təhsil almaqda maraqlısınızsa, nəzərə alınmalı ən vacib şeylərdən biri hər şeyin nə qədər başa gələcəyini bilməkdir, çünki Fransada təhsil haqları nisbətən aşağıdır, lakin yaşayış xərcləri dünyada ən yüksəklərdən biridir. Bu yazımızda xaricdə təhsil aalmaq istəyən tələbələrin ən çox maraqlandığı mövzulardan biri olan xərcləri araşdırarkən Fransada təhsil və yaşam haqları ilə bağlı təfərrüatları araşdırdıq.
Fransada yaşayış minimumu nə qədərdir?
Fransada təhsil haqları aşağı olsa da, yaşam xərcləriniz üçün bir az daha çox vəasit ayırmalısınız. Ayda 800 ilə 1200 avro arasında bir büdcə yemək, nəqliyyat və yaşayışdan ibarət olan Fransada yaşayış minimumu üçün kifayət edəcək. Ancaq bu, yaşayış vərdişlərinizə və təhsil alacağınız şəhərlərə görə dəyişəcəkdir və ilk növbədə hər kəs tərəfindən seçilən Fransanın paytaxtı Paris, aylıq 1250 avro ilə 1800 avro arasında yaşayış minimumu ilə Avropanın əksər şəhərlərindən daha bahalıdır. Hətta Fransanın Bordo, Lyon və Tuluza kimi şəhələri yaşayış da daxil olmaqla yaşam xərcləri üçün 850 ilə 1000 avro arasında büdcə ayırmalıdır.
Fransada yaşayış haqları yüksəkdir?
Fransada təhsil beynəlxalq tələbələr arasında populyar olduğundan ölkədə tələbə dostu kirayə evlər populyardır. Ümumilikdə, Fransada mənzilin orta qiyməti ayda 250 ilə 700 EUR arasındadır, lakin bu ödənişlər qaldığınız şəhər və yerdən asılı olaraq dəyişir.
Fransada daha sərfəli büdcə ilə universitet yataqxanalarında qalmaq istəyirsinizsə, Fransa universitetləri citesU adlı yerləşdirmə imkanları təklif edir. CROUS kimi tanınan və Fransa hökuməti tərəfindən dəstəklənən milli tələbə xidmətləri agentliyi tərəfindən idarə olunan bu yataqxanaların aylıq dəyəri Parisdə ayda 400 avro, digər şəhərlərdə isə təxminən 200 avro təşkil edir. Bu məqamda nəzərinizə çatdırmaq istəyirik ki, tələb çox yüksək olduğu üçün erkən müraciət vacibdir.
Fransada nəqliyyata nə qədər pul ödəməlisiniz?
Dünyanın ən çox ziyarət edilən ölkələrindən biri olan Fransa yaxşı inkişaf etmiş avtobus, tramvay və metro nəqliyyat şəbəkəsinə malikdir. Parisdə təhsil almağı düşünürsünüzsə, 14 xətti ilə dünyanın ən böyük metro şəbəkələrindən biri olan Paris metrosu sizi qarşılayır və tələbələr arasında populyar olan endirimli səyahət və ya nəqliyyat bileti ayda təxminən 70 avroya başa gəlir. Siz həmçinin piyada hərəkət edə və velosiped icarəyə götürə bilərsiniz.
Fransada yemək xərcləriniz üçün büdcəniz nə qədər olmalıdır?
Qastronomiya cənnəti kimi tanınan Fransada təhsil alarkən özünüzü restoranlardan uzaq tutmağınız faydalıdır, çünki ölkədə ulduzlu restoranlar və Alain Ducasse və Paul Bocuse kimi məşhur aşpazların yüksək qiymətləri olduğu halda, siz 10 avroya qonşu restoranda nahar edə bilərsiniz. Ancaq sizə məsləhətimiz odur ki, Fransada oxuyarkən yemək bişirməniz imkanınız varsa, həftədə 2 və ya 3 dəfə qurulan və demək olar ki, hər məhəllədə rastlaşa biləcəyiniz orqanik marketlərə üstünlük verin. Ümumilikdə isə, Fransada yemək alış-verişiniz üçün ayda orta hesabla 250 EUR ilə 200 EUR arasında xərcləyə bilərsiniz.
Başqa bir seçim isə universitet restoranlarıdır və büdcə problemi olan əksər tələbələrin mütəmadi olaraq üstünlük verdiyi Fransada təhsil alarkən 450 universitet restoranından birinə daxil olaraq tələbə kartınızla 3.25 avro qiymətinə əsas yemək və desertdən ibarət başlanğıc menyusundan həzz ala bilərsiniz.