Skip links

Fransa Təhsil Sistemi | Fransada Magistr Təhsili Almaq Üçün Nə Etməli?

Fransada Təhsil Almağın Üstünlükləri Nələrdir?

Dünyanın ən məşhur yerlərindən biri olan Fransa, hər il 300.000-dən çox beynəlxalq tələbə ilə xaricdə təhsil almaq üçün ən yaxşı ölkələrdən biridir. Fransada təhsil almağa qərar verdiyiniz zaman, ölkə mürəkkəb və dinamik mühit axtaran hər tələbəyə unikal akademik təcrübə təklif edir. Ölkənin mədəniyyətinin, mətbəxinin cazibəsi və mükəmməlliyi xaricdə təhsil almaq istəyən tələbə namizədləri üçün ilk seçimlərdən birinə çevirir.

fransada ixtisaslar

Bununla yanaşı, Fransada təhsil keyfiyyətinin yüksəkliyi və ölkədə çoxlu sayda yüksək reytiqnli universitetlərin olması xaricdə təhsil almaq istəyən beynəlxalq tələbə namizədləri üçün dəbir nömrəli seçim halına gətirir. Ali təhsil sistemi güclü dövlət dəstəyinə əsaslanır və Fransada tədqiqat şöbələri və biznes məktəbləri ilə dünyanın ən yaxşıları sırasındadır. Fransada təhsil almaq üçün müraciət etməzdən əvvəl bu ölkədə ali təhsil sisteminin necə işlədiyini başa düşməyinizi tövsiyə edib, sizlərlə bilməli olduğunuz ən vacib məqamları paylaşırıq..

Fransa Ali Təhsil Sistemi Haqqında

Fransa universitet sistemi şaxələndirilmiş təhsil, interaktiv təhsil mühiti ilə xarakterizə olunur və yüksək keyfiyyətli təhsilin çatdırılmasına diqqət yetirir. Hər il təxminən 2.5 milyon beynəlxalq tələbə qəbulu həyata keçirən Fransız universitetlərinin 12%-ni xaricdən olan beynəlxalq tələbə namizədləri təşkil edir və Fransada beynəlxalq tələbə olaraq siz bakalavr, magistr və ya doktorantura dərəcələrinin geniş proqramları arasından seçim edə və təhsil almağa başlaya bilərsiniz. Nəinki bu proqram növləri, həmçinin Fransada MBA dərəcəsi də ali təhsil dərəcəsi üçün əla seçim hesab olunur, çünki Fransa dünyanın 7-ci, Avropanın isə 3-cü ən böyük iqtisadiyyatına malik ölkədir və ümumiyyətlə biznes öyrənmək üçün əla ölkədir!

fransada magistr tehsili

Fransada Təhsil Almaq Üçün Tələb Olunan Dil Biliyi Hansıdır?

Fransa universitet sistemi 72 universitetdən və 200-dən çox biznes və mühəndislik institutundan, həmçinin 3500-dən çox özəl və dövlət ali təhsil qurumundan ibarətdir. Fransada universitetlər Avropa Kreditlərinə (AKTS) əsaslanan Avropa “Bolonya” sisteminə uyğun olaraq üç növ dərəcə verirlər. Bakalavr dərəcəsi Bakalavr Peşekardır və 3 il davam edir, Magistr dərəcəsi intizamdan asılı olaraq təxminən 5 il çəkir və Doktorluq dərəcəsi isə ən azı 8 illik təhsildən sonra verilir. Fransız universitet sistemini beynəlxalq tələbələr üçün daha cəlbedici edən tamamilə ingilis dilində təhsil almaq imkanıdır və yüzlərlə tədris proqramını tapa bilərsiniz! Bunun üçün sadəcə ingilis dil biliyiniz TOEFL və ya İELTS imtahanı ilə sübut etməlisiniz. Ancaq fransız dilində təhsil almağı planlaşdırırsınızsa, DELF, DALF, TCF və TEF imtahanları ilə sübut etmək kifayətdir.

Fransada Magistr Təhsili Almaq

Fransa universitetindən magistr dərəcəsi, Diplome National de Master (DNM) və ya öz ölkənizdən oxşar magistr proqramını bitirdikdən sonra verilir. Fransada siz standart magistr dərəcələrini, xüsusən memarlıq, biznes və ya mühəndislik kimi sahələrdə, həmçinin müəyyən bir universitet üçün yaradılmış magistr dərəcələrini tapa bilərsiniz. Fransada dörd növ magistr və hər birinin öz mövzusu, müddəti və universitetlər tərəfindən müəyyən edilən giriş tələbləri var.

fransada karyera

Fransada Magistr Təhsili Almaq Üçün Tələb Olunan Sənədlər Hansılardır?

Fransada magistratura ərizələri üçün giriş tələbləri üumumiyyətlə eyni olsa da, onlar müraciət edəcəyiniz universitet və ixtisaslara, xüsusən də orta qiymət balları (ÜMOG) və dil biliyi testi nəticələrindən alınan ballar baxımından dəyişir.

  • Notarial qaydada tərcümə və təsdiq edilmiş bakalavr diplomu və ya məzun olmayanlar üçün tələbə sertifikatı
  • Bakalavr təhsilinizdən orta qiymətiniz (ÜMOG)
  • Pasport və tələbələr üçün fransa vizası
  • Müraciət etdiyiniz universitetdən alacağınız Qəbul Sertifikatı və universitetin sizdən tələb etdiyi Niyət Məktubu
  • Fransız dilində təhsil alacaq şəxslər üçün DALF və TFC-DAP imtahanlarından fransız dili sertifikatı və ya ingilis dilində təhsil alacaq şəxslər üçün TOEFL və ya İELTS imtahan nəticələri
  • MBA proqramlarına iştirak edəcək şəxslərin təcrübə və iş təcrübənizi təsdiqləyən CV

Şərh yaz