Skip links

Fransada Hansı Təqaüd Proqramları Var? | Tələb Olunan Göstəricilər

İncənət, kino və moda mərkəzi olaraq keçmişdən bu günə ən çox turist cəlb edən ölkə olan Fransa, bu gün xüsusilə Paris şəhəri, aşağı təhsil haqları, 100% savadlılıq səviyyəsi, mədəni müxtəliflik və populyar təhsil müəssisələri tez-tez hökumət tərəfindən idarə olunan və dəstəklənən və karyera imkanları ilə beynəlxalq tələbələri cəlb edir. Fransa dedikdə, adətən, ölkənin simvolu Eyfel qülləsi olduğu üçün ağlımıza Paris gəlir.

Fransada təhsil haqları münasib ola bilər, lakin yaşayış, nəqliyyat və gündəlik yaşayış xərclərini əlavə etdikdə, xərclər arta bilər – xüsusən də siz özəl universitetdə təhsil alırsınızsa, lakin xoşbəxtlikdən, Fransada bir sıra təqaüdlər və qrantlar mövcuddur. Bu məqaləmizdə isə Fransada təhsil almaq istəyən beynəlxalq tələbələr üçün təqaüd proqramları, təqaüd proqramlarının tələb və şərtlərini, həmin tələblərə cavab verib-vermədiyinizi birlikdə müzakirə etdik və bu məlumatları öyrənmək istəyirsinizsə, məqaləmizi oxumağa davam edin…

fransada karyera

Emile Boutmy Təqaüdləri

Emile Boutmy təqaüd proqramı Avropa Birliyi ölkələrindən kənar olan beynəlxalq tələbələr üçün əla fürsətdir. Science Po kimi tanınan Paris Siyasi Tədqiqatlar İnstitutu öz təsisçisinin adını daşıyan Emile Boutmy Fellowship təqaüd proqramını yaratmışdır. Emile Boutmy təqaüd proqramı tələb olunan ixtisaslar üçün ən uyğun namizədlərə verilən mükəmməllik təqaüdüdür. Bu təqaüd proqramı həm bakalavr, həm də magistratura səviyyəsində Science Po universitetinə ilk dəfə müraciət edən Aİ xaricindəki Fransada təhsil almaq istəyən beynəlxalq tələbələr üçündür.

Emile Boutmy bakalavr proqramı 3 illik bakalavr təhsili üçün 3.000 € və 12.000 € arasında ola bilər. İstisna olaraq, kollecin üç ilini əhatə etmək üçün 19.000 € təqaüdü də verilə bilər və magistratura səviyyəsində Emile Boutmy təqaüdü ildə 10.000 € və ya magistr proqramları üçün ildə 5.000€ stipendiya verə bilər. Təqaüd proqramına müraciət etmək üçün son tarixlər bakalavr proqramları üçün may və magistr proqramları üçün isə yanvar ayıdır. Emile Boutmy təqaüd proqramı haqqında ətraflı məlumatı bu linkdən tapa və müraciət edə bilərsiniz.

Eiffel Excellence Təqaüd Proqramı

Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi tərəfindən təsis edilən Eiffel Excellence Təqaüd Proqramı magistratura və doktorantura səviyyəsində ən uğurlu beynəlxalq tələbəsi Fransa universitetlərinə cəlb etmək məqsədi ilə yaradılmışdır. Bu proqram məhdud sayda institutlarda mövcuddur və magistratura proqramları üçün müraciət edənlərin yaşı 30 və ya daha aşağı, doktoranturaya müraciət edən namizədlərin isə 35 və daha kiçik yaşda olması tələb olunur. Təqaüd proqramına müraciət etmək üçün son tarixlər oktyabr ayında başlayıb, yanvar ayında bitir və təqaüd proqramının qalibləri isə mart ayında elan olunur. Eiffel Excellence təqaüd proqramı haqqında ətraflı məlumatı bu linkdən tapa və müraciət edə bilərsiniz.

Beynəlxalq Tələbələr üçün Erasmus Mundus Təqaüdləri

Avropa İttifaqının dəstəyi ilə verilən Beynəlxalq Tələbələr üçün Erasmus Mundus Təqaüdləri magistr və doktorantura səviyyələrində Erasmus Mundus Birgə Proqramlarından birində iştirak etmək hüququ olan həm Aİ, həm də Aİ üzvü olmayan tələbələr üçün nəzərdə tutulmuşdur. Təqaüdlər biznes və hüquq, elm, kənd təsərrüfatı və baytarlıq elmləri, mühəndislik, istehsalat və tikinti, səhiyyə və rifah, humanitar və ədəbiyyat, riyaziyyat və informatika və sosial elmlər sahələrində 100-dən çox magistratura və çoxsaylı doktorantura proqramları mövcuddur. Erasmus Mundus Təqaüd proqramına müraciətlər üçün başlanğıc və son tarixlər təhsil almaq istədiyiniz proqram növündən asılı olaraq fərqlənə bilər və buna görə də təqaüd proqramının rəsmi veb saytından məlumat almağınızı tövsiyə edirik. Erasmus Mundus Təqaüd proqramı haqqında daha ətraflı məlumatı bu linkdən ala bilərsiniz.

Şərh yaz