Skip links

2025-2026 Dövlət Proqramına Qeydiyyat Başladı

Azərbaycanlı gənclər üçün xaricdə nüfuzlu universitetlərdə təhsil almaq imkanı yenidən qapılarını açır!

2025-2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu rəsmi olaraq başladı.

  • Son müraciət tarixi: 15 iyun 2025, saat 23:59

Kimlər müraciət edə bilər?

Bakalavriat, magistratura və doktorantura pillələri üzrə təhsil almaq istəyənlər

Dünyanın ən yaxşı universitetlərində təhsil alın

Dövlət Proqramı çərçivəsində təqdim olunan yenilənmiş universitet siyahısı 29 dekabr 2024-cü ildə elan edilib. Yenilənmiş siyahı ilə bu linkə keçid edib tanış ola bilərsəniz.

Müraciət edən namizədlər yalnız ənənəvi (offline) təhsil formatında olan proqramlar üzrə qəbul sənədlərini təqdim edə bilərlər. İkili və birgə diplom proqramları nəzərə alınmır.

Bundan əlavə, Times Higher Education, QS World University Rankings və Academic Ranking of World Universities (Shanghai) reytinq sistemlərində dünyanın TOP-10 universiteti sırasında yer alan ali məktəblər tərəfindən təqdim olunan istənilən ixtisas üzrə qəbul alan şəxslər də Dövlət Proqramına müraciət edə bilərlər.

Müraciət üçün nələri bilmək lazımdır?

  • “Executive”, “distant” və “non-degree” proqramları qəbul edilmir.
  • Siyahıda olmayan universitetlərdə qəbul alanlar proqramdan yararlana bilməz.
  • Mədəniyyət və incəsənət sahəsində təhsil almaq istəyənlər üçün ayrıca universitet siyahısı mövcuddur.

Xaricdə təhsil almaq və karyeranı güclü təməllər üzərində qurmaq istəyənlər üçün bu proqram ideal fürsətdir! Vaxtı qaçırmadan sənədlərinizi hazırlayın və gələcəyiniz üçün mühüm addım atın!

Dövlət proqramı haqqında ətraflı məlumat və müraciət üçün İstanbul Group-a müraciət edin. Peşəkar xaricdə təhsil mütəxəssislərimiz sənəd qəbulunda sizə dəstək olacaq!

Şərh yazın