Skip links

Bakalavr, Magistr və PhD Təhsili Xaricdə: Əsas Fərqlər

Xaricdə təhsil almaq bir çox tələbənin həyatı boyu arzuladığı fürsətlərdən biridir. Yüksək səviyyəli universitetlərdə təhsil almaq, beynəlxalq mühitdə bilik və təcrübə qazanmaq, fərqli mədəniyyətlərlə tanış olmaq xaricdə təhsili cazibədar edən əsas amillərdəndir. Lakin bu qərarı verərkən ilk və ən vacib suallardan biri də budur: “Hansı təhsil pilləsində xaricdə oxumağa başlamalıyam – bakalavr, magistr, yoxsa PhD?”

Hər bir təhsil mərhələsi məqsəd, struktur, qəbul tələbləri, təhsil müddəti və gələcək imkanlar baxımından bir-birindən ciddi şəkildə fərqlənir. Bu yazıda məhz bu pillələr arasındakı fərqləri aydın şəkildə izah edəcək, sizə xaricdə təhsil planınızı düzgün qurmaq üçün lazımi məlumatları təqdim edəcəyik.

Əgər siz də hansı mərhələdə xaricdə təhsilə başlamağın daha məqsədəuyğun olduğunu düşünürsünüzsə, bu bloq sizin üçün bələdçi olacaq.

Xaricdə Təhsilin Ümumi Mərhələləri: Bakalavr, Magistr və PhD

Xaricdə təhsil sistemi, bir çox ölkədə müəyyən mərhələlərə bölünür. Bu mərhələlər beynəlxalq səviyyədə qəbul olunan üç əsas pillədən ibarətdir: 

  • bakalavr (undergraduate)
  • magistr (graduate/master’s) 
  • PhD-doktorantura (doktorantura/doctoral)

Hər bir pillənin öz məqsədi, davametmə müddəti, akademik yükü və tələbələrə təqdim etdiyi imkanlar var. Bu mərhələləri başa düşmək, xaricdə təhsil planlamasında düzgün qərar vermək üçün olduqca vacibdir.

Bakalavr təhsili (Undergraduate)

Bakalavr mərhələsi orta məktəb və ya kollecdən sonra ali təhsilə başlayan tələbələr üçün nəzərdə tutulub. Bu təhsil pilləsində tələbələr həm ixtisaslarını seçir, həm də akademik və şəxsi bacarıqlarını inkişaf etdirirlər. Ən çox yayılmış bakalavr dərəcələri bunlardır: BA (Bachelor of Arts), BSc (Bachelor of Science), BEng (Bachelor of Engineering) və s.

  • Təhsil müddəti: Ölkədən asılı olaraq adətən 3-4 ildir, bəzi ixtisaslarda isə 5 il.
    Məsələn, Böyük Britaniyada 3 il, ABŞ və Kanadada isə 4 il davam edir.
  • Tədris dili: Əksər ölkələrdə ingilis dili ilə yanaşı yerli dillərdə də proqramlar mövcuddur.
  • Tədris formatı: Mövzulara giriş səviyyəsində yanaşılır və tələbələrə geniş akademik baza təqdim olunur.
  • Əsas məqsəd: Tələbələrin ixtisas sahəsini öyrənməsi və gələcək magistr təhsili və ya iş həyatı üçün baza formalaşdırmasıdır.

Magistr təhsili (Graduate/Master’s)

Magistratura bakalavr təhsilini uğurla bitirmiş və ixtisasını daha da dərindən öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulub. Bu mərhələ həm nəzəri, həm də praktik bilikləri daha peşəkar səviyyəyə çıxarmaq məqsədi daşıyır.

  • Təhsil müddəti: 1–2 il (məsələn, Böyük Britaniyada 1 il, Avropa və Şimali Amerikada 2 ilə qədər davam edir.)
  • Qəbul tələbləri: Bakalavr diplomu, GPA (ortalama bal), tövsiyə məktubları, motivasiya məktubu, bəzən dil sertifikatları (IELTS, TOEFL) və hətta təcrübə tələbləri ola bilər.
  • Proqram tipləri:
    • Tədqiqat yönümlü (research-based)
    • Kurs yönümlü (course-based)
    • Professional proqramlar (MBA, MPA və s.)
  • Əsas məqsəd: Müəyyən sahədə ixtisaslaşmaq, akademik və ya peşəkar inkişafı sürətləndirmək.

PhD təhsili (Doktorantura/Doctoral)

PhD – xaricdə təhsilin ən yüksək akademik pilləsidir. Bu mərhələdə tələbə müəyyən bir sahədə tədqiqat aparır, elmi araşdırmalar yazır və akademik elmlərə töhfə verir. Bu pilləyə qəbul olunmaq daha rəqabətlidir və motivasiya, araşdırma bacarığı və ciddi elmi maraq tələb edir.

  • Təhsil müddəti: 3–6 il arası (ölkədən və mövzudan asılı olaraq)
  • Qəbul tələbləri: Magistr dərəcəsi, tədqiqat təklifi (research proposal), elmi nəşrlər (əgər varsa), akademik referanslar və potensial elmi rəhbər (supervisor)
  • Tədris formatı: Mühüm hissəsini müstəqil tədqiqat və elmi dissertasiya təşkil edir.
  • Əsas məqsəd: Akademik və ya elmi karyera qurmaq, universitetlərdə müəllim və ya tədqiqatçı kimi çalışmaq.

Bu üç mərhələ arasında seçim edərkən şəxsi məqsədlərinizi, hazırkı təhsil səviyyənizi, karyera planlarınızı və maliyyə imkanlarınızı nəzərə almaq vacibdir. 

Xaricdə bakalavr təhsili 

Xaricdə bakalavr təhsili, beynəlxalq təcrübə qazanmaq və qlobal əmək bazarında rəqabətə davamlı olmaq istəyən gənclər üçün mühüm başlanğıc nöqtəsidir. Orta məktəbi və ya kollec təhsilini tamamlayan tələbələr üçün xarici universitetlərdə bakalavr proqramları yeni imkanlar, yüksək keyfiyyətli təhsil və fərqli mədəniyyətlərlə tanışlıq imkanı təqdim edir. Bu mərhələ, tələbənin həm akademik, həm də şəxsi inkişafına güclü təkan verir.

Təhsil müddəti və ölkələrə görə fərqlər

Xaricdə bakalavr təhsilinin müddəti ölkəyə və təhsil sisteminə görə dəyişir. Məsələn:

  • Böyük Britaniya və Avstraliya: 3 il
  • ABŞ və Kanada: 4 il
  • Almaniya, Hollandiya, Fransa və digər Avropa ölkələri: 3 il (bəzən 3.5–4 il)
  • Türkiyə: 4 il (bəzi ixtisaslarda 5–6 il, məsələn, tibb və mühəndislik)

ABŞ və Kanada kimi ölkələrdə tələbələr ilk iki ildə daha çox ümumi təhsil (General Education) fənləri keçərək üçüncü ildən ixtisaslaşmaya başlayırlar. Böyük Britaniya və Avropa ölkələrində isə birbaşa ixtisas yönümlü təhsil sistemi mövcuddur.

Ən çox seçilən bakalavr proqramları

Tələbələrin maraq və gələcək karyera planlarına əsasən aşağıdakı bakalavr ixtisasları daha çox seçilir:

  • Biznes və İdarəetmə (Business Administration, Management)
  • Kompüter elmləri və İT (Computer Science, Software Engineering)
  • Tibb və səhiyyə sahələri (Medicine, Nursing, Public Health)
  • Mühəndislik (Mechanical, Civil, Electrical Engineering)
  • Hüquq və Beynəlxalq Münasibətlər
  • Psixologiya və Sosial Elmlər
  • Dizayn və İncəsənət (Graphic Design, Fashion Design, Fine Arts)
  • Turizm və Otelçilik

Əlavə olaraq, bəzi ölkələrdə interdisiplinar proqramlar (məsələn, Business + Data Science və ya Media + Marketing) da geniş yayılıb və tələbələrə bir neçə sahəni birləşdirən biliklər qazandırır.

Xaricdə bakalavr təhsilinin üstünlükləri

Xaricdə bakalavr dərəcəsi almağın bir çox üstünlüyü vardır:

  • Yüksək səviyyəli təhsil – Dünya reytinqində yer alan universitetlərdən müasir və tətbiqi biliklər öyrənmək imkanı
  • Beynəlxalq mühit – Fərqli ölkələrdən olan tələbələrlə birgə təhsil alaraq multikultural təcrübə qazanmaq
  • İngilis dili və ya digər beynəlxalq dillərdə təhsil – Dil bacarıqlarının inkişafı və beynəlxalq kommunikasiya bacarığı
  • Tələbə mübadilə proqramları – Erasmus+, Exchange və ya Dual Degree imkanları
  • Beynəlxalq səviyyədə tanınan diplom – Beynəlxalq səviyyədə tanınan və iş həyatında rəqabət üstünlüyü verən diplom
  • Karyera imkanları – Xarici ölkələrdə təcrübə proqramları, təqaüdlər və hətta məzuniyyətdən sonra işləmə icazəsi (məsələn, İngiltərədə 2 illik Graduate Route, Kanadada 3 il PGWP)

Qəbul tələbləri

Xaricdə bakalavr təhsili almaq üçün sənədlər ixtisaslar, ölkədən asılı olaraq dəyişsə də, lazım olan ümumi sənədlər aşağıdakılardır: 

  • Orta məktəb və ya kollec bitirmək (attestat və ya diplom)
  • Transkript (qiymət cədvəli)
  • Dil biliyi – IELTS, TOEFL, Duolingo və ya ölkəyə uyğun yerli imtahanlar
  • Motivasiya məktubu (Statement of Purpose)
  • Tövsiyə məktubları
  • Bəzi proqramlar üçün portfolio (məsələn, dizayn sahəsində)
  • Bəzi ölkələrdə SAT və ya digər qəbul imtahanları (xüsusilə ABŞ üçün)

Təhsil haqları və təqaüd imkanları

Bakalavr proqramlarının təhsil haqqı universitetin növünə, yerləşdiyi ölkəyə və proqramın sahəsinə görə dəyişsə da, təxmini minimal ödənişlər belədir:

  • ABŞ: 15,000–50,000 USD / il
  • Böyük Britaniya: 10,000–25,000 GBP / il
  • Avropa ölkələri (xüsusilə Almaniya, Norveç və Fransa kimi dövlət universitetləri): 0–3,000 EUR / il
  • Türkiyə: Dövlət universitetlərində 1,000 USD, özəl universitetlərdə 3,000–10,000 USD / il

Əksər ölkələrdə təqaüd proqramları mövcuddur. Universitetlərin daxili təqaüdləri, hökumət təqaüdləri (məsələn, Chevening, DAAD, Fulbright) və digər fondlar vasitəsilə tələbələr təhsil və yaşayış xərclərini qismən və ya tam şəkildə qarşılaya bilərlər. Həmçinin tələbələr Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı çərçivəsində də təqaüdlə xaricdə bakalavr təhsili ala bilərlər.

Xaricdə bakalavr təhsili kimlər üçün uyğundur?

Xaricdə bakalavr təhsili almaq, yeni mühitlərə açıq olan, fərqli akademik yanaşmaları öyrənmək istəyən və gələcəkdə beynəlxalq karyera qurmaq arzusunda olan gənclər üçün ideal seçimdir. Xarici universitetlərdə təhsil almaq yalnız diplom deyil, həm də dünyagörüşü, məsuliyyət, müstəqil qərarvermə və qlobal əlaqələr deməkdir. Bunlara sahib olmaq istəyən gənclər xaricdə bakalavr təhsilinə müraciət edə bilərlər.

Xaricdə magistr təhsili

Xaricdə magistr təhsili, həm akademik sahədə ixtisaslaşmaq, həm də peşəkar biliklərini dərinləşdirmək istəyən şəxslər üçün mərhələdir. Bakalavr dərəcəsini tamamlayan tələbələr üçün magistr təhsili, qlobal miqyasda tanınan diplom, yeni biliklər və beynəlxalq karyera imkanları deməkdir. Bu səviyyə tələbəyə həm ixtisas biliklərini inkişaf etdirmək, həm də tədqiqat bacarıqları qazanmaq imkanı verir.

Təhsil müddəti 

Magistr proqramlarının müddəti ölkəyə və proqramın strukturuna görə dəyişir:

  • Böyük Britaniya və Avstraliya: 1 il
  • ABŞ və Kanada: 1.5–2 il
  • Avropa ölkələri: 1.5–2 il
  • Türkiyə: 1.5–2 il (tezli və tezsiz variantlar mövcuddur)

Magistr proqramları əsasən iki formatda təqdim olunur:

  • Tədqiqat yönümlü proqramlar (Research-based) – Elmi araşdırma və dissertasiya əsaslıdır. Akademik karyera və PhD üçün baza rolunu oynayır.
  • Peşə yönümlü proqramlar (Course-based / Taught) – Praktik dərslər, layihələr və staj əsaslı proqramlardır. Karyeraya tez başlamaq istəyənlər üçün uyğundur.

Ən çox seçilən magistr ixtisasları

Xaricdə magistratura səviyyəsində tələbələrin seçdiyi ixtisaslar daha çox aşağıdakılardır:

  • Biznes və MBA (Master of Business Administration)
  • Beynəlxalq münasibətlər və siyasət elmləri
  • Data Science, Süni İntellekt və Kompüter elmləri
  • Marketinq, Media və Rəqəmsal Kommunikasiya
  • Təhsil və Pedaqoji elmlər
  • İqtisadiyyat və Maliyyə
  • Enerji və Ətraf Mühit Elmləri
  • Hüquq (LLM), Kriminologiya və İnsan Hüquqları
  • Dizayn, Memarlıq və İncəsənət ixtisasları
  • Tibb sahələri: İctimai Səhiyyə, Fizioterapiya, Qidalanma və s.

Xaricdə magistr təhsilinin üstünlükləri

Magistr səviyyəsində xaricdə təhsil almağın əsas üstünlükləri bunlardır:

  • Peşəkar ixtisaslaşma – Müəyyən sahə üzrə dərin bilik və təcrübə qazanmaq
  • Beynəlxalq əlaqələr qurmaq – Akademik heyət, həmkarlar və tələbə dostları ilə qlobal əlaqələr
  • Karyera imkanları – Bir çox ölkədə magistr məzunlarına iş icazəsi (Post Study Work Visa) verilir
  • Dil bacarığının təkmilləşməsi – İxtisas dili və beynəlxalq təqdimat bacarığı
  • Tədqiqat imkanları və elmi resurslar – Yüksək səviyyəli laboratoriyalar, kitabxanalar və elmi layihələrdə iştirak
  • Təqaüd və maliyyə dəstəyi – Dövlət və universitetlər tərəfindən geniş təqaüd imkanları

Qəbul tələbləri

Xaricdə magistr proqramlarına qəbul üçün tələblər ölkə və ixtisasdan asılı olaraq dəyişsə də, ümumən aşağıdakı sənədlər tələb olunur:

  • Bakalavr diplomu və transkript
  • Dil biliyini təsdiqləyən sertifikat – IELTS, TOEFL, Duolingo və ya bəzən universitetin daxili imtahanı
  • Motivasiya məktubu (Statement of Purpose) – Niyə bu proqram, bu universitet və gələcək planlarınız
  • Tövsiyə məktubları (2 və ya 3 ədəd) – Əvvəlki müəllim və ya iş rəhbərindən
  • CV və ya Resume – Təcrübələr, bacarıqlar və təhsil tarixçəsi
  • Portfolio – Əgər dizayn, memarlıq və ya incəsənət sahəsindədirsə
  • Bəzi hallarda qəbul imtahanları – GMAT, GRE (xüsusilə ABŞ universitetlərində bəzi proqramlar üçün)

Təhsil haqları və təqaüd imkanları

Magistratura səviyyəsində təhsil haqları ölkəyə və proqramın səviyyəsinə görə dəyişir. Ancaq təxmini minimal təhsil haqları belədir:

  • Böyük Britaniya: 10,000 – 25,000 GBP / il
  • ABŞ: 20,000 – 45,000 USD / il
  • Avropa ölkələri (DAAD – Almaniya, Erasmus – Avropa İttifaqı ölkələri): 0 – 5,000 EUR / il
  • Türkiyə: 1,000 – 5,000 USD (özəl universitetlərdə daha yüksək ola bilər)

Təqaüd imkanlarına aşağıdakılar daxildir:

  • Universitet daxili təqaüdlər
  • Azərbaycan Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı
  • Dövlət təqaüdləri – Məsələn, Chevening (Böyük Britaniya), Fulbright (ABŞ), DAAD (Almaniya)
  • Erasmus Mundus magistr proqramları – Çoxölkəli və tam təqaüdlü magistr imkanı
  • Özəl fondlar və korporativ sponsorluqlar

Magistr təhsili kimlər üçün uyğundur?

Xaricdə magistr təhsili, biliklərini dərinləşdirmək, müəyyən sahədə mütəxəssis kimi yetişmək və beynəlxalq karyera qurmaq istəyən şəxslər üçün uyğundur. Eyni zamanda, ixtisas dəyişmək və ya fərqli sahəyə keçid etmək istəyənlər üçün də yeni başlanğıc üçün idealdır.

Bu mərhələ həm akademik, həm də şəxsi inkişaf baxımından dönüş nöqtəsi ola bilər. Xarici ölkədə magistr təhsili sizi yalnız daha bilikli bir mütəxəssisə çevirmir, eyni zamanda daha müstəqil, çevik və dünyagörüşü geniş bir fərd halına gətirir.

Xaricdə doktorantura təhsili

Doktorantura və ya PhD təhsili (Doctor of Philosophy), akademik və elmi sahədə ən yüksək təhsil pilləsidir. Xaricdə doktorantura təhsili almaq, nəzəri bilikləri deyil, tədqiqat bacarıqlarını, analitik düşünmə qabiliyyətini və sahə üzrə dərin ixtisaslaşmanı da özündə birləşdirir. Bu təhsil səviyyəsi gələcəkdə akademik və ya tədqiqat yönümlü karyera qurmaq istəyən şəxslər üçün nəzərdə tutulub.

Təhsil müddəti və struktur

Xaricdə PhD təhsili adətən 3–5 il arasında davam edir və ölkəyə, ixtisasa, tədqiqatın mürəkkəbliyinə görə dəyişir. Bəzi ölkələrdə təhsil müddəti belədir:

  • ABŞ və Kanada – 4–6 il (tez-tez magistratura daxil edilir)
  • Avropa ölkələri və Böyük Britaniya – 3–4 il
  • Avstraliya və Yeni Zelandiya – 3–4 il
  • Türkiyə – 3–5 il

PhD proqramları əsasən aşağıdakı mərhələlərdən ibarətdir:

  • Tədqiqat mövzusunun seçimi və təsdiqi
  • Əsas kurslar və metodologiya dərsləri (bəzi ölkələrdə)
  • Tədqiqat və araşdırma işləri
  • Elmi məqalələrin dərc olunması və konfrans iştirakları
  • Dissertasiyanın yazılması və müdafiəsi

Ən çox tədqiqat aparılan sahələr

Xaricdə doktorantura üçün populyar və geniş imkanlı sahələr bunlardır:

  • Təbiət elmləri və mühəndislik (STEM sahələri)
  • Süni intellekt, maşın öyrənməsi və proqramlaşdırma
  • İqtisadiyyat və maliyyə
  • Beynəlxalq münasibətlər, hüquq və sosial elmlər
  • İctimai səhiyyə, tibb və biotexnologiya
  • Pedaqogika və təhsil elmləri
  • Ədəbiyyat, dilçilik və fəlsəfə

Xaricdə doktorantura təhsilinin üstünlükləri

Xaricdə PhD proqramları yalnız akademik biliklər vermir, həm də sizi qlobal tədqiqatçı cəmiyyətinə daxil edir. Əsas üstünlüklər bunlardır:

  • Yüksək səviyyəli tədqiqat mühiti və laboratoriyalar
  • Beynəlxalq elmi nəşrlərlə əməkdaşlıq və dərc imkanı
  • Konfrans və seminarlarla qlobal elmi mühitə daxil olmaq
  • Akademik və elmi-tədqiqat sahəsində karyera imkanları
  • Tam və ya qismən maliyyələşdirilən təqaüd proqramları
  • Gələcəkdə müəllim, professor və ya tədqiqatçı kimi iş imkanları

Qəbul tələbləri

Xaricdə doktorantura proqramlarına qəbul olduqca rəqabətlidir. Tələb olunan sənədlər tədqiqat sahəsinə görə dəyişsə də, ümumən aşağıdakı sənədlər tələb olunur:

  • Magistr diplomu və transkript
  • Ətraflı tədqiqat təklifi (Research Proposal) – Elmi mövzu, məqsəd, metod və gözlənilən nəticələr
  • Dil sertifikatı – IELTS/TOEFL (ümumiyyətlə daha yüksək bal tələb olunur: IELTS 6.5–7.5)
  • Akademik CV – Məqalələr, konfrans iştirakları, layihələr və elmi fəaliyyətlər
  • Motivasiya məktubu (Statement of Purpose)
  • Tövsiyə məktubları (2 və ya 3 akademik şəxs tərəfindən)
  • Supervisor tapılması (bəzən tələb olunur) – Universitetdəki professorlardan biri ilə öncədən əlaqə qurub razılaşmaq

Təqaüd və maliyyələşmə imkanları

PhD təhsili üçün bir çox ölkə və universitet tam və ya qismən maliyyələşdirmə təklif edir:

  • Tam maliyyələşdirilən təqaüdlər (Full-funded PhD) – Təhsil haqqı + aylıq yaşayış xərcləri
  • Müəllim köməkçisi və ya tədqiqat köməkçisi kimi iş imkanı (Teaching/Research Assistantships)
  • Dövlət və beynəlxalq təqaüdlər – DAAD (Almaniya), Marie Curie (Avropa), CSC (Çin), Fulbright (ABŞ), Türkiye Bursları və s.

Aylıq təqaüdlər ölkəyə görə dəyişir və yaşayış səviyyəsini qarşılayacaq miqdarda olur (məsələn, Avropada 1000–1500 EUR civarında).

Xaricdə PhD təhsili kimlər üçün uyğundur?

  • Akademik sahədə karyera qurmaq istəyənlər üçün
  • Tədqiqat aparmaq və elmi yeniliklərə töhfə vermək arzusunda olanlar üçün
  • Seçilmiş sahədə dərin bilik və ekspert statusu qazanmaq istəyənlər üçün
  • Müstəqil işləmə, problem həll etmə və təhlil bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün

PhD təhsili ciddi əmək, uzunmüddətli planlama və motivasiya tələb edir. Lakin nəticəsi həm elmi, həm də şəxsi inkişaf baxımından böyük dəyərə malikdir.

İstər bakalavr, istər magistr, istərsə də doktorantura təhsili planlayırsınızsa, doğru seçim və düzgün istiqamətləndirmə uğur yolunun açarıdır. Xaricdə universitet seçimi, ixtisas seçimi, müraciət prosesləri, sənədləşmə və təqaüd imkanları kimi hər bir mərhələdə İstanbul Group yanınızdadır.

Peşəkar komandamızla sizə uyğun ölkəni, universiteti və proqramı birgə müəyyən edək, təhsil arzunuzu gerçəkləşdirək!

Şərh yazın