Skip links

Dil sertifikatı olmadan xaricdə təhsil al

IELTS sertifikatı olmadan qəbul prosesinə insanlar daha çox neqativ yanaşırlar və keyfiyyətli təhsil alacaqlarından çəkinirlər. Halbuki, bir qədər analiz etsək, ortaya başqa bir mənzərə çıxacaqdır. Burada qeyd olunan məna “İngilis dilini IELTS olmadan da bilmək olarmı ya yox?” sualıdır. Əlbəttə ki, IELTS sertifikatını əldə etməyən çoxlu sayda adam var ki, ingilis dilində səlis danışır. Yəni, bu sertifikat hər şey demək deyil. Məsələ budur ki, universitetlərin əksəriyyəti IELTS/TOEFL və ya digər beynəlxalq sertifikatları öz işlərini yüngülləşdirmək və sığortalamaq üçün tələb edirlər. Yüngülləşdirmək ona görə ki, universitet əlavə zaman itirib, hər bir müraciət edən tələbəni onlayn qaydada müsahibə etmək istəmir.

Sertifikat olmamasının minusları

IELTS/TOEFL sertifikatının olmamasının mənfi cəhətlərini aşağıda qeyd etdiyimiz bir neçə məqamla aydınlaşdırmaq istərdik. Beləki, sertifikatın olmaması:

universitetlərin seçim sayına ciddi şəkildə mənfi təsir göstərir. Yəni, sertifikat seçim imkanlarını genişləndirir. Eyni zamanda yadda saxlamaq lazımdır ki, IELTS/TOEFL balı da həlledici təsirə malikdir. Məsələn, Avropada magistratura təhsili üçün adətən IELTS 6.0+ tələb olunur.

təqaüd imkanlarına da öz neqativ təsirini göstərir. Müəyyən təqaüd proqramları sertifikat tələb edir və ya təqaüd proqramı universitetin nüfuzunu da nəzərə alır. Nüfuzlu universitetlərin əksəriyyəti üçün isə sertifikat önəmlidir. Dolayısı ilə təqaüd və sertifikat arasında sıx bir bağlılıq var.

tələbəni daha çox təhsil haqqı ödəmək məcburiyyətində qoyur. Məsələn, Polşada IELTS 6.0 ilə İqtisadiyyat sahəsində 2,000-2,500 avro (illik təhsil haqqı) ödəməklə yaxşı bir universitetdə oxumaq mümkündür. Amma sertifikatın yoxluğu bu kimi imkanları da əldən almış olur.

Bəs IELTS və ya TOEFL olmadan hansı ölkələrdə təhsil almaq olar?

1. Polşa

Mərkəzi Avropada yerləşən Polşa müxtəlif mədəniyyəti, sakit gözəlliyi ilə məşhurdur və məşhur olaraq Pierogi ölkəsi adlandırılır. Polşanın paytaxtı Varşava Polşa mədəniyyətinə və kosmopolitlərin təlaşına əsaslanan səs-küylü paytaxt şəhəridir və həmçinin Şərqi-Mərkəzi Avropa zonasında ən böyük birjaya malik Avropa İttifaqında altıncı ən böyük iqtisadiyyata malikdir.

Polşa zəngin tarixi, mədəniyyəti və iqtisadiyyatı ilə yanaşı, Avropanın digər hissələri ilə müqayisədə yüksək səviyyəli akademik institutları, canlı mədəniyyəti və müvafiq olaraq daha ucuz təhsili ilə də tələbələrin diqqətini çəkir. Həmçinin, ingilis dili bilməyən beynəlxalq tələbə namizədləri üçün İELTS və ya TOEFL imtahan nəticəsi də tələb etməməsi, onu xaricdə təhsil almaq üçün ən çox müraciət edilən Avropa ölkəsi edir. Polşanın İELTS və ya TOEFL imtahan nəticəsi də tələb etməyən ali təhsil ocaqlarını aşağıdakı kimi sadalaya bilərik:

WSB University

Poznan University of Economics and Business

Vistula University

University of Humanities and Economics

University of LODZ

University of Humanities and Economics in Lodz

2. Latviya

Baltik dənizinin sahilində yerləşən və İsveçlə dəniz sərhədi olan Latviya şimali-mərkəzi Avropanın üç ölkəsindən biridir və ölkə Litva, Estoniya, həmçinin Rusiya və Belarusiya ilə həmsərhəddir. Nisbətən düz coğrafiyaya malik olan ölkədə ən hündür yerlər 300 metri keçmir. Ölkədə 2 milyona yaxın insan yaşayır ki, bu da əhalinin sayına görə kifayət qədər kiçikdir, lakin ölkənin kiçik olmasına baxmayaraq, sıx təbii gözəllikləri və milli parkları ilə görülməyə dəyərdir!

Latviyadakı bir çox universitetlər İELTS və TOEFL imtahanları əvəzinə onlayn şəkildə keçirilən öz imtahanlarını və əvvəllər oxuduğunuz təhsil müəssisəsindən ingilis dili biliyi sənədlərinizi və ya Skype müsahibəsini xarici dil biliyi kimi qəbul edir. Latviya İdman Akademiyası üçün ingilis dili şərti yoxdur, ancaq sizə veriləcək çox sadə ingilis dili imtahanı kifayətdir. Bir sözlə, namizəd tələbələr Avropanın ən gözəl şəhərlərindən birin də, İELTS imtahanı tələb olunmadan təhsil ala bilərlər.

3. Litva

Orta əsr qaynaqlarında Litvaniya (Lietuva), rəsmi adı isə Litva Respublikası (Republic of Lithuania) Avropada Baltik dənizinin şərq sahilində yerləşir və respublikanın paytaxtı isə Vilnüs şəhəridir. Ölkə şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə isə Polşa və Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir.

Hər il dünya üzrə orta hesabla 7000-dən çox beynəlxalq tələbə namizədi xaricdə təhsil almaq üçün Litva universitetlərinə müraciət edir, buna səbəb əlbəttə ölkənin keyfiyyətli təhsil sisteminə malik olması və xarici tələbələr üçün İELTS və ya TOEFL imtahan sertifikatını tələb etməməsidir.

4. Xorvatiya

Şərqi Avropanın ən dinc və sevimli ölkələrindən biri olan Xorvatiya tələbələrimizi İELTS və TOEFL olmadan universitet təhsili üçün qəbul edir. Ölkənin paytaxtı Zaqrebdir və onun əsas şəhərində təxminən 2 milyon əhali yaşayır və ölkənin şəhərlərində, xüsusən də paytaxt Zaqrebdə reytinqli universitetlərdə təhsil almaq şansı əldə edə bilərsiniz.

Ölkənin bütün şəhərləri görülməli xüsusiyyətləri ilə seçilir və beynəlxalq tələbələrimiz üçün vacib olan bir digər məqam isə Xorvatiyada təhsil haqqı qiymətlərinin və yaşam xərclərinin digər Avropa ölkələri ilə müqayisədə, çox münasib olmasıdır. Çox sayda turistin diqqətini çəkən bu ölkə təbii gözəllikləri, tarixi xüsusiyyətləri və sivil həyatı ilə cəlbedicidir və ümumiyyətlə, xorvat xalqı türk xalqına da yaxın və qonaqpərvər mühit bəxş edir.

Leave a comment