Skip links

Yunanıstanda təhsil almaq üçün ən yaxşı səbəblər

Yunanıstan dünyanın ən qədim tarixə və mədəniyyətə malik ölkəsidir. Afina Akropolundan Poseidon Məbədinə və qədim Olimpiyaya qədər çoxsaylı gəzməli və görməli yerləri var. Turistik bölgələri ilə yanaşı, Yunanıstan həm də keyfiyyətli təhsili ilə tanınır. Məqalədə Yunanıstanda təhsil almaq üçün ən əsas səbəbləri qeyd edəcəyik.

Təhsil və yaşayış xərclərinin aşağı olması

Avropada yaşayan tələbələr üçün Yunanıstanın dövlət universitetlərində təhsil almaq pulsuzdur (bəzi Magistr proqramları istisna olmaqla). Təhsil haqları digər beynəlxalq tələbələr üçün də münasibdir – illik 1500 ilə 9000 avro arasında dəyişir. Ən yaxşı universitetlər arasında Krit Universiteti, Afina İqtisadiyyat və Biznes Universiteti və Saloniki Aristotel Universiteti yer alır.

Bundan əlavə, Yunanıstanda yaşamaq Avropadakı digər universitetlərlə  müqayisədə nisbətən daha ucuzdur. Ayda 700 avrodan aşağı, şəhərin mərkəzindəki mənzil kirayəsi də daxil olmaqla, 250-450 avroya aylıq xərclərinizi qarşılaya bilərsiniz.

5000 illik sivilizasiyaya malik olan Yunanıstan, Afina Akropolu, Poseydon məbədi və Parthenon (e.ə. 5-ci ildə tikilmişdir) kimi tarixi yerlərə ev sahibliyi edir. Görməli yerlərdən başqa, siz Yunanıstanda təhsil aldığınız müddətdə unikal yerli mədəniyyətlə də tanış olacaqsınız. Buraya maraqlı şənliklər, ləzzətli mətbəx və rahat həyat tərzi daxildir. Yunanlar ailə, din və adət-ənənələrlə fəxr edirlər. Onlar həm də istiqanlı və mehribandırlar.



Təhsil sistemi

Yunanıstanda ingilis dilində tədris proqramları təklif edən özəl kolleclər və dövlət universitetləri var. Bakalavr proqramlarının müddəti 2-6 il, magistr proqramları isə 1-2 ildir. Bundan əlavə, PhD proqramlarının müddəti 5-6 il arasında olacaq.

Yunanıstanda 24 universitet və 16 texniki universitet var. Yunanıstanda təhsil almağı planlaşdırırsınızsa, seçə biləcəyiniz bəzi məşhur universitetlər bunlardır:


    • Afina Milli Texniki Universiteti

    • Saloniki Aristotel Universiteti

    • Krit Universiteti

    • Patras Universiteti

    • Afina Milli və Kapodistrian Universiteti

    • Harokopio Universiteti

    • Krit Texniki Universiteti

    • Ege Universiteti

    • Afina İqtisadiyyat və Biznes Universiteti

    • Ioannina Universiteti


İş imkanları

Yunanıstanda çoxlu iş imkanları mövcuddur. Həmçinin, Yunanıstanda ingilisdilli işçi qüvvəsinə böyük tələbat olduğundan, Yunanıstanda təhsil alarkən sizin işləmək şansınız yüksəkdir. Beynəlxalq tələbə olaraq həftədə gündə 8 saata qədər işləyə bilərsiniz. Əgər universiteti bitirdikdən sonra iş imkanlarını əldə etmək istəyirsinizsə, ilk növbədə iş icazəsi əldə etməlisiniz.

Şərh yaz