Skip links

Xorvatiyanın Ən Yaxşı Universitetləri Hansılardır?

Xorvatiya Balkan yarımadasının şimal-qərbində yerləşən nisbətən yeni Avropa ölkələrindən biridir. Şimal-qərbdən Sloveniya, şimaldan Macarıstan, cənubdan Bosniya və Herseqovina, qərbdən Adriatik dənizi və şimal-şərqdən Serbiya ilə həmsərhəd olan Xorvatiyanın paytaxtı Zaqrebdir.

Zəngin tarixi və mədəni irsi ilə Xorvatiya xaricdə təhsil almaq istəyən beynəlxalq tələbələrin təhlükəsiz və keyfiyyətli təhsil alacağı bir ölkədir və ölkədə dünyanın ən yaxşı 1000 reytinqli universitet siyahısında yer alan universitetləri var. Bu universitetlər akademik sahədə çoxlu nailiyyətlərə malikdir və Xorvatiya universitetlərindən məzun olan tələbələrin əldə etdikləri diplomları demək olar ki, bütün dünyada tanınır.

Bəs, Xorvatiyanın Ən Yaxşı Universitetləri Hansılardır?

Zaqreb Universiteti

Zaqreb universiteti cənub-şərqi Avropanın ən qədim universitetlərindən biridir. Universitet rəsmi olaraq 23 sentyabr 1669-cu ildə Zaqreb şəhərinin imperatoru və kralı Leopold tərəfindən yaradılmışdır. Avropada tarixi və elmi nailiyyətləri ilə dünyanın ən yaxşı 1000 universiteti sırasında olan Zaqreb universiteti Avropada ən çox xarici tələbə qəbulu olan universitetlərdən biridir. Tibb – Stomatologiya – Əczaçılıq – Mühəndislik fakültələri də daxil olmaqla 70-dən çox şöbəyə malikdir və universitetin əksər kafedraları ingilis dilində tədris olunur.

Algebra Universiteti

1998-ci ildə əsası qoyulmuş Algebra universiteti bu gün Xorvatiya Respublikasının ən böyük özəl təhsil universitetlərindən biridir. Univeritetin hazırda 120-dən çox tam ştatlı işçisi, 400-dən çox əlaqəli mütəxəssisi və təcrübəli mükafatlı akademik heyəti var. Google və Microsoft ilə müqavilələri olan Vern universiteti Avropanın ən yaxşı proqram təminatı və kompüter mühəndisliyi universitetlərindən biridir.

Vern Universiteti

Vern universitetinin əsası 1990-cu ildə qoyulmuşdur və 1994-cü ildə bir illik proqram olaraq təhsilə başlamışdır. Daha sonra 2000-ci ildə yaradılmış Tətbiqi Elmlər Universiteti və Xorvatiya Respublikasının Elm və Texnologiya Departamentinin üzvü olmuşdur, hazırda isə Vern universiteti İdarəetmə Fakültəsindədir.

Osijek Universiteti

Xorvatiyada yerləşən Osijek universitetinin bu sahədə ali təhsil tarixi təxminən üç əsr əvvəl, yəni 1707-ci ildə Osijekdə ilk ali təhsil müəssisənin qurulduğu vaxt başlayıb. Osijek universiteti 45-dən çox şöbə ilə, xüsusən də tibb fakültəsi – stomatologiya – mühəndislik kimi sahələrdə universitet təhsili təklif edir və Avropa İttifaqında olduğu üçün həm Avropa İttifaqı diplomu verir, həm də burada yaşayan tələbələr Avropa Birliyində vizasız səyahət edə bilərlər.

 

Şərh yaz