Skip links

Xorvatiyada Təhsil və Yaşam Xərcləri Nə Qədərdir?

Keçmiş Yuqoslaviya ölkələrindən biri olan Xorvatiya müstəqillik əldə etdikdən sonra sürətli və planlı inkişaf prosesində mühüm addımlar atmışdır və bu gün ölkənin təbii gözəllikləri ilə yanaşı, keyfiyyətli universitetləri də beynəlxalq miqyasda böyük diqqət çəkir. Avropa ölkəsi olan Xorvatiya xüsusən də təhsil müəssisələri üçün aldığı əhəmiyyətli maliyyə yardımı ilə əla xüsusiyyətlərə malik universitetləri qazanmışdır. Sloveniya, Macarıstan və Bosniya və Herseqovina ölkələri ilə qonşu olan Xorvatiya, həm quru əraziləri, həm də dənizə baxan sahilləri ilə mütləq ziyarət edilməli və görülməli bir ölkədir.

Bəs Xorvatiyada ali təhsil almağın üstünlükləri nələrdir?

Orta məktəb təhsilinizi bitirdikdək sonra yüksək keyfiyyətli bakalavr və ya magistr proqramlarına yazıla bilərsiniz və keyfiyyətli ali təhsil ocaqlarında bir çox ölkələrdən olan tələbələrlə tanış olmaqla yanaşı, siz müasir kampuslarda və ixtisaslı müəllimlərdən dərs ala biləcəksiniz. Ölkəmizlə yaxın əlaqələri olan və türk xalqını tanıyan bir ölkədə tələbə olmaq, əcnəbi olmadan özünüzü rahat hiss etdirəcək və təhlükəsiz və dinc mühitdə təhsil həyatının sizi gözləməsi deməkdir. Qeyd edək ki, xaricdən gələn tələbələr üçün də Xorvatiya digər Avropa ölkələri ilə müqayisə də, çox əlverişlidir.

Mühəndislik təhsili, incəsənət və idman tədqiqatları, biznes və iqtisadiyyat, menecment tədqiqatları, ətraf mühit elmləri, həyat elmləri, turizm və otel idarəçiliyi, memarlıq, texnologiya, marketinq və jurnalistika üzrə bakalavr və ya magistr proqramları mövcuddur və siz özünüzə uyğun proqram və ixtisas növünü seçməklə, Xorvatiyada yüksək keyfiyyətli və qabaqcıl universitetlərdə ali təhsil ala bilərsiniz.

Xorvatiyada yaşam xərcləri və yataqxana qiymətləri nə qədərdir?

Cənuş-şərqi Avropanın ən diqqət çəkən ölkələrindən biri olan Xorvatiyada turizm, kənd təsərrüfatı və heyvandarlıq əsas dolanışıq mənbələrindən biridir. Bundan əlavə, ölkədə yetişdirilən bitki və heyvan mənşəli məhsullar sayəsində ərzaq məhsulları qiymətləri münasibdir və bu baxımdan tələbə namizədlərimizin qida ehtiyaclarını ödəmələrində heç bir problem yoxdur və yemək və içki xərclərini münasib qiymətə ödəyə biləcəklər.

Bununla yanaşı, ictimai nəqliyyat ödənişləri də qənaətcildir və taksi qiymətləri də münasibdir. Mərkəzdən piyada məsafədə planlaşdırılan şəhərlərdəki bir çox nöqtəyə də rahatlıqla çata bilərsiniz. Xorvatiyada yataqxana və ev kirayə qiymətlərinə gəlincə isə, ilk növbədə burada da iqtisadi və münasib rəqəmlərlə və təmiz yataqxanalarda qala biləcəyinizi qeyd etmək istəyirik. Belə ki, ev kirayələri də münasibdir və siz bir neçə tələbə dostunuzla birlikdə ev kirayələyə də bilərsiniz.

 

Şərh yaz