Skip links

Təqaüd proqramları və necə müraciət etmək olar

Xaricdə təhsil haqqında düşünəndə insanların ağlına ilk gələn şeylərdən biri maliyyə məsələsidir. Bəziləri elə düşünür ki, xaricdə oxumaq yalnız çox imkanlı ailələr üçün mümkündür. Halbuki reallıq tam fərqlidir. Bu gün dünyada minlərlə təqaüd proqramı var və onlardan hər kəs yararlanmaqla sərfəli, hətta ödənişsiz təhsili asanlıqla ala bilər.

Təqaüd nədir və hansı növləri var?

Təqaüd proqramları tələbələrin təhsil xərclərini tam və ya qismən qarşılayan maliyyə dəstəkləridir. Bu proqramlar müxtəlif qurumlar tərəfindən təklif olunur:

– Universitetlərin öz daxili təqaüdləri
– Dövlət texqaüd proqramları
– Beynəlxalq fondlar və təşkilatların təqaüdləri
– Şirkətlər və özəl qurumların yaratdığı proqramlar

Bəzi təqaüdlər yalnız təhsil haqqını ödəyir, bəziləri isə yaşayış, sığorta, bilet və hətta aylıq stipendiya da daxil olur.

Təqaüd proqramlarını haradan tapmaq olar?

Bir çox tələbə uyğun təqaüd tapa bilmədiyini deyir. Amma əslində problem tapmamaq yox, düzgün axtarmamaqdır.

Təqaüdləri aşağıdakı mənbələrdən tapmaq mümkündür:
– Universitetlərin rəsmi səhifələri
– Rəsmi dövlət proqramlarının platformaları
– Beynəlxalq fondların saytları
– Təhsil bloqları və akademik resurslar

Təqaüd üçün hansı sənədlər tələb olunur?

Əksər təqaüd proqramlarında standart olaraq bu sənədlər istənilir:

– CV
– Motivasiya məktubu
– Akademik transkript
– Dil sertifikatı
– Tövsiyə məktubları

Bəzi proqramlar əlavə olaraq esse, müsahibə və ya xüsusi layihə təqdimatı da tələb edə bilər.

Ən kritik sənəd adətən motivasiya məktubudur. Çünki burada sizin sadəcə yaxşı tələbə yox, niyə bu təqaüdə layiq namizəd olduğunuz açıqlanır.

Motivasiya məktubu necə yazılmalıdır?

Təqaüd üçün yazılan motivasiya məktubu qəbul üçün yazılandan fərqli yanaşma tələb edir. Burada siz yalnız öz arzularınızdan yox, bu təqaüdü alaraq hansı problemi həll edə biləcəyinizdən də danışmalısınız.

Yəni sual belədir: bu təqaüd sizə yox, siz bu təqaüdə nə verəcəksiniz?

Sosial fəaliyyətləriniz, liderlik təcrübələriniz, cəmiyyət üçün etdikləriniz bu məktubda xüsusi rol oynayır. Ümumi cümlələr yox, konkret real nümunələr daha çox diqqət çəkir.

Təqaüd proqramına müraciət edənlər arasında necə fərqlənmək olar?

Təqaüd proqramlarına minlərlə insan müraciət edir. Ona görə də sadəcə yaxşı GPA və dil biliyi bəzən kifayət etmir.

Sizi fərqləndirən faktorlar ola bilər:
– Sosial layihələrdə aktivlik
– Könüllü fəaliyyətlər
– Elmi tədqiqatlar
– Startap və innovativ ideyalar
– Liderlik rolları

Komissiyaların diqqət etdiyi əsas şey sizin personallığınızdır. Rəqəmlər yoxduğu kimi, hekayəniz və yolunuz da önəmlidir.

Müraciət prosesində vaxtın rolu

Təqaüdlər üçün müraciətlər çox vaxt erkən bitir. Bir çox tələbə bunu gec fərqinə varır və son tarixə az qalmış sənədləri tələsik hazırlamağa başlayır.

Bu isə keyfiyyəti aşağı salır.

Ona görə ideal olaraq təqaüd planlamasına ən azı 6–8 ay əvvəldən başlamaq lazımdır. Bu müddətdə həm sənədlərinizi rahat hazırlaya, həm də daha çox proqram araşdıra bilərsiniz.

Təqaüdə müraciət edərkən ən çox edilən səhvlər

Birinci səhv eyni motivasiya məktubunu bütün təqaüdlərə göndərməkdir. Hər proqramın öz dəyərləri və məqsədi var, məktub da ona uyğun yazılmalıdır.

İkinci səhv real olmayan məlumat yazmaq və ya özünüzü olduğunuzdan fərqli göstərməyə çalışmaqdır. Təqaüd komissiyaları bunu çox rahat ayırd edirlər.

Üçüncü səhv isə yalnız məşhur və böyük təqaüdlərə fokuslanmaqdır. Bəzən daha lokal və kiçik proqramlarda şans daha yüksək olur.

Təqaüd prosesi niyə strategiya tələb edir?

Təqaüd almaq təkcə form doldurmaq deyil, bu uzunmüddətli strategiyadır. Hədəflərinizi, imkanlarınızı və güclü tərəflərinizi analiz etmək lazımdır. Hansı sahədə daha şanslısınız, hansı proqramlara daha uyğun namizədsiniz – bunlar doğru qiymətləndirilməlidir.

Məsələn, güclü akademik nəticələriniz varsa, akademik əsaslı təqaüdlərə, aktiv ictimai fəaliyyətiniz varsa, sosial yönümlü proqramlara fokuslanmaq daha məntiqlidir.

Təqaüd proqramları təkcə maliyyə dəstəyi deyil, eyni zamanda sizin potensialınıza verilən dəyərin göstəricisidir. Bu prosesə ciddi, planlı və strateji yanaşmaq lazımdır.

Əgər siz də xaricdə təhsil üçün təqaüd imkanlarını dəyərləndirmək istəyirsinizsə, bu mərhələdə düzgün istiqamətləndirmə çox önəmlidir. İstanbul Group-un xaricdə təhsil üzrə peşəkar və təcrübəli komandası tələbələrə uyğun təqaüd proqramlarının seçilməsində və müraciət prosesində praktik dəstək göstərir. İndiyədək yüzlərlə tələbəmizin təqaüdlü təhsil almasına dəstək göstərmişik.

Şərh yazın